|
Berti Foqts böyük hesablı qələbəyə sevindi
|
Almaniyada təlim-məşq toplanışında olan Azərbaycan yığması yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının xəbərinə görə, milli komandamızın rəqibi aşağı dəstə təmsilçisi “SV Rust” klubu olub. Yığmamız zəif rəqibini böyük hesabla məğlub edib. 4:0 hesablı qələbədə Vaqif Cavadov dubl edib, Araz Abdullayevlə Fabio Luis Ramim isə hərəyə bir qol vurublar. Bu, Avro-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Kölndə Almaniya yığması ilə qarşılaşacaq millimizin son sınağı olub.
|
Oxumaq
03.09.10
|
| |
|
|
|
|
|
|
|
|
«Tamaşaçıları gözləyirəm...”
|
Xalq artisti Yaşar Nuri 60 yaşın astanasındadır. Deyir ki, yaşla bağlı heç bir qorxusu yoxdur. Sadəcə, ömrün keçdiyinə təəssüflənir
Onun oynamaq istədiyi rollar, arzusunda olduğu tamaşalar var... Bir də həyatdan kim doyur ki... Sentyabrın 3-də qeyd edəcəyi doğum günü ərəfəsində qəzetimizə müsahibə verən aktyor onu da bildirdi ki, ömür Tanrının qismətidir. Tanrının yazdığına isə pozu yoxdur.
|
Oxumaq
02.09.10
|
| |
|
|
«Tamaşaçıları gözləyirəm...”
|
|
Xalq artisti Yaşar Nuri 60 yaşın astanasındadır. Deyir ki, yaşla bağlı heç bir qorxusu yoxdur. Sadəcə, ömrün keçdiyinə təəssüflənir
|
Oxumaq
02.09.10
|
| |
|
|
“Mətbuatın inkişafı üçün radikal addımlar atılacaq”
|
Əflatun Amaşov: “Mətbuatda uzun illərdir fəaliyyət göstərən şəxslər var ki, yataqxanalarda, kirayələrdə yaşayırlar”
“İlin sonuna kimi mətbuatın inkişafı üçün heç kimin gözləmədiyi halda radikal addımlar atılacaq”. Bu sözləri Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov jurnalistlərə açıqlamasında deyib.
|
Oxumaq
02.09.10
|
| |
|
|
«Mercedes» qəza törətdi
|
Yol qəzası iki nəfərin həyatına son qoyub
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir neçə ağır yol nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində Ramana qəsəbə sakini Ramin Vəliyevin idarə etdiyi "Mercedes" markalı və Nardaran qəsəbə sakini İlqar Hüseynəliyevin idarə etdiyi "VAZ-21011" markalı avtomaşınlar toqquşub. Nəticədə İ.Hüseynəliyev hadisə yerində dünyasını dəyişib, xəsarət alan R.Vəliyev isə xəstəxanaya yerləşdirilib.
|
Oxumaq
02.09.10
|
| |
|
|
Axtarışda olan üç nəfər ələ keçib
|
Onlardan biri Ukraynada, digəri Rusiyada yaxalanıb
Hüquq-mühafizə orqanları axtarışda olan üç nəfəri yaxalamağa müvəffəq olub. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, İnterpolun Azərbaycan Respublikasında Milli Mərkəzi Bürosu əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsi (Mənimsəmə və ya israf etmə) ilə axtarışda olan Rafəddin Əsgərov Ukrayna Respublikasında tutulub. R.Əsgərovun ölkəmizə ekstradisiya olunması üçün tədbirlər görülür.
|
Oxumaq
02.09.10
|
| |
|
|
Silah alverçiləri yaxalanıb
|
«Naqan" tipli tapançanın qiyməti 2.000 manat olub
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları silah satan şəxsləri yaxalayıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış təsdbirləri nəticəsində Şəki şəhər sakini Namiq Seyfullayev və Goranboy rayon sakini Bəxtiyar Əhmədov saxlanılıb. Onlar 1 ədəd "Naqan" tipli tapançanı 2.000 manata satarkən ələ keçiblər. Faktla bağlı araşdırmalar aparılır.
|
Oxumaq
02.09.10
|
| |
|
|
|