Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Sen.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
27282930   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 2.9.2010
Səhifələr : # « 1 2
Bir gündə 44 cinayət
Cinayət törədən 38 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 44 cinayət faktı qeydə alınıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, qeydə alınan cinayətlərin 22-i “isti izlər”lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 21 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 2 nəfər ölüb, 6 nəfər isə yaralanıb. Gün ərzində 13 yanğın hadisəsi qeydə alınıb.  Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 38 nəfər saxlanılıb.
Oxumaq
02.09.10  
 
Əsgəri qətlə yetirib silah oğurlayan dəstə zərərsizləşdirilib
Saxlanılanlar «Sahil camaatı» adlı silahlı qrupun üzvləridir

Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq 2008-ci ilin dekabrında Tərtər rayonundakı hərbi hissədə baş verən ölüm və digər hadisələrdə şübhəli bilinən şəxsləri ifşa edərək yaxalayıb.  Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai əlaqələr mərkəzindən verilən məlumata görə, MTN və Baş Prokurorluq tərəfindən birgə həyata keçirilən istintaq hərəkətləri nəticəsində mümkün olub. Belə ki, 2008-ci il dekabrın 26-da saat 03:25 dəqiqədə Tərtər rayonu ərazisində dislokasiya olunan Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsinin kəşfiyyat tağımının əsgəri Xaşayev Üzeyir Elşad oğlu qəsdən öldürülüb, həmin tağımın kiçik çavuşu Şeyubov İslam Şeyub oğluna odlu silahla güllə yarası xəsarəti yetirilib və hərbi hissəyə məxsus odlu silahlar talanıb. 
Oxumaq
02.09.10  
 
Dilənçiliklə məşğul olan şəxslər saxlanılıb
Səbail RPİ, Nəsimi RPİ və Nizami RPİ əməkdaşları tərəfindən  paytaxt küçələrində avaralıq və dilənçiliklə məşğul olan 25 nəfəri saxlanılıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə,  saxlanılanlar Bakı BPİ-nin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə göndərilib.
Oxumaq
02.09.10  
 
Yoahim Löv Bundestimin kapitanının adını açıqladı
Yoahim Löv Almaniya yığmasında kapitanlıqla bağlı yaranan münaqişəyə son qoyub. Apasport.az saytının məlumatına görə, baş məşqçi Mihael Ballakın kapitan kimi qalacağını bildirib.
Məlum olduğu kimi, zədə üzündən son mundialı buraxan Ballak Avro-2012-nin seçmə mərhələsinin startında Belçika və Azərbaycan yığması ilə rəsmi oyunlardan kənarda qalacaq. Bundestimin digər oyunçusu Filip Lam DÇ-2010-dan sonra kapitanlığı asanlıqla Ballaka qaytarmaq fikrində olmadığını açıqlamışdı. Mihael isə qayıdandan sonra özünün sarğının daşıyacağını bildirmişdi.
Oxumaq
02.09.10  
 
Drente ilə Van der Vaart Mourinyoya gərək olmadı
İyunun əvvəlində "Real"ın baş məşqçi vəzifəsinə təyinat alandan sonra Raul Qonsales başda olmaqla bir sıra futbolçuların xidmətinə ehtiyac duymayan Joze Mourinyo komandadan daha iki futbolçunun getməsinə səbəbkar olub. Söhbət holland xavbeklər - Royston Drente ilə Rafael van der Vaartan gedir.
Oxumaq
02.09.10  
 
Qalatasaray" azarkeşlərini sevindirdi
İstanbul nəhəngi "transfer pəncərəsi"nin son günlərində iki önəmli oyunçunun keçidini reallaşdırdı

Transfer dönəmində səssizliyi ilə diqqət çəkən "Qalatasaray" nəhayət ki, ardıcıl transferlərlə azarkeşlərini sevindirdi. Belə ki, İstanbul nəhəngi "transfer pəncərəsi"nin son günlərində iki önəmli oyunçunun keçidini reallaşdırıb. Söhbət Bosniya və Herseqovina yığmasının şərəfini qoruyan Zvezdan Misimoviç və argentinalı müdafiəçi Emiliano İnsuadan gedir. Qeyd edək ki, hər iki futbolçu artıq tibbi müayinədən keçib və rəsmi müqaviləyə imza atıb. Misimoviç "Cim-Bom"la dördillik müqaviləyə qol çəkib. İnsuaya gəlincə, "Aslan" bu futbolçunu birillik icarəyə götürüb.
Oxumaq
02.09.10  
 
Fateh Təkkə yenidən Türkiyəyə döndü
Mərkəz hücumçusu axtarışında olan “Beşiktaş” bu problemi həll edib. Apasport.az saytının məlumatına görə, “qara qartallar” Rusiyanın “Rubin” klubunda forma geyinən Fateh Təkkə ilə müqavilə imzalayıb. Bununla da 33 yaşlı hücumçu 4 illik fasilədən sonra vətəninə dönüb.
O, “Rubin”dən öncə çıxış etdiyi “Zenit”in heyətində böyük uğurlara imza atıb. Sankt-Peterburqlularla UEFA kubokunu və Superkuboku qazanan Təkkə 1 dəfə Rusiya çempionu və Rusiya superkubokunun adına da sahib olub. Türkiyəli futbolçu “Rubin”in heyətində isə Rusiya superkubokuna yiyələnib.
Qeyd edək ki, hücumçu “Zenit”ə 2006-cı ildə “Trabzonspor”dan transfer olunmuşdu.
Oxumaq
02.09.10  
 
Qəddafinin özünəməxsus tələbi
“Qara Avropa” təhlükəsinin qarşısını almaq üçün Aİ ildə ən azı 5 milyard avro ödəməlidir

Liviya lideri Müəmmar Qəddafinin İtaliya səfəri davam edir. Səfərinin sonuncu günü o deyib ki, Avropa İttifaqı 5 milyard avronu qanunsuz afrikalı mühacirlərin Avropaya axınının qarşısını saxlamaq üçün ödəməlidir. O bunları Romada İtaliyanın baş naziri Silvio Berluskoninin təşkil etdiyi qəbul zamanı deyib.
Oxumaq
02.09.10  
 
Beynəlxalq Universitet bağlandı
Fəaliyyətində ciddi nöqsanlar aşkarlanan Azərbaycan Beynəlxalq Universitetinin lisenziya müddəti dayandırıldı
Oxumaq
02.09.10  
 
“Bayraqdan uca rəmz yoxdur”
Ziyalılar, ictimaiyyət nümayəndələri Dövlət Bayrağı Meydanının açılmasını ölkəmiz üçün qürur doğuran hadisə kimi qiymətləndirirlər
Oxumaq
02.09.10  
 
Səhifələr : # « 1 2
ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev Çikaqoda bir sıra rəsmi görüşlər keçirib
  • Əli Həsənov: “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”
  • “5 mətbu orqan Azərbaycan əleyhinə təbliğat aparır”
  • Əli Həsənov: “Azərbaycana gələn qonaqların təhlükəsizliyinə təminat vermişik”
  • Azərbaycan və Fransa arasında əməkdaşlıq üzrə protokol imzalanıb
  • Azərbaycanlı deputat Fransada sosial problemlərin müzakirəsinə qatılacaq
  • Azərbaycanlı deputatlar Ermənistana getdilər
  • Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən monoqrafiya çap olunub
  • “Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar”
  • PA rəsmisi: “İran tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq”
  • İranda saxlanılan gənc şairlərin məsələsi gündəlik diqqətdədir
  • “Təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir”
  • “NATO Cənubi Qafqazdakı münaqişələrə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”

  •