|
|
|
AXCP sədrinin müşavirinin məhkəməsi təxirə salınıb
|
Səbəb vəkillərdən birinin prosesə qatılmamağı olub
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tamella Nəsrullayevanın sədrliyi ilə paytaxtda quldurluq hadisəsi törətməkdə təqsirləndirilən şəxslərin təyin olunan məhkəməsi təxirə salınıb. Məhkəmə qarşısında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin müşaviri Qalib Məmmədrzayev, Mirzə Ağayev, Racu Mehrəliyev, Hüseyn Qurbanov, Elnur Mirzəliyev cavab verib.
|
Oxumaq
01.09.10
|
| |
|
|
Berti Foqts və milli komandamız ABŞ telekanalında
|
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində ilk oyununu sentyabrın 7-də keçirəcək Azərbaycan milli komandasının Almaniya yığması ilə qarşılaşmasının yayımlayacaq telekanalların siyahısı məlum olub. Apasport.az saytının məlumatına görə, Köln şəhərində baş tutacaq görüş ABŞ-da da yayımlanacaq. Belə ki, yerli ARD Daa Herte, Xorvatiyanın “Sportklub”, Macarıstanın “Sport 2” kanalları oyunu birbaşa yayımlayacaq. Bundan başqa, millimizin oyununa okeanın o tayında da baxacaqlar. ABŞ-ın ESPN kanalı matçı yayımlamaq hüququnu əldə edib. Qeyd edək ki, Almaniya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
|
Oxumaq
01.09.10
|
| |
|
|
Mahir Şükürov 3 ən yaxşı futbolçudan biri oldu
|
|
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovun Rusiya Premyer Liqasında çıxışı yüksək qiymətləndirilir. Apasport.az saytının məlumatına görə, “Anji”də oynayan 28 yaşlı yarımmüdafiəçi son turda evdə “Sibir” üzərində 1:0 hesabı ilə qələbə qazandıqları oyunun ən yaxşılarından sayılıb.
|
Oxumaq
01.09.10
|
| |
|
|
"İnter" ötən mövsümdəki simasını itirməyə başlayır
|
Benitesin komandası çempionata xal itkisi ilə başladı
Deyəsən, "İnter"Joze Mourinyonun gedişindən sonra ötən mövsümdəki simasını itirməyə başlayır. Hər halda, milanlıların cari mövsümdə keçirdiyi 3 rəsmi oyunda qeydə alınan nəticələrə görə belə fikir yürütmək olar.
|
Oxumaq
01.09.10
|
| |
|
|
Droqba Kot d`İvuar yığmasından imtina etdi
|
|
Didye Droqba bir müddət yığma komanda haqda heç nə düşünmək istəmir. Başqa sözlə ifadə etsək, məşhur hücumçu son mundialdan sonra Kot d`İvuar millisinin formasını geyməmək qərarına gəlib. Amma o, milli komandadan heç də birdəfəlik imtina etmir. Bu məsələyə Afrika komandasının yeni çalışdırıcısı Fransua Zaui aydınlıq gətirib. Onun dediyinə görə, 2012-ci ildə keçiriləcək Afrika Millətlər Kubokunun Ruanda ilə seçmə oyunu ərəfəsində "Çelsi"nin forvardıyla görüşüb. Didye bir müddət yalnız klub karyerası haqda düşünmək istədiyini yeni çalışdırıcıya açıq şəkildə bildirib:
|
Oxumaq
01.09.10
|
| |
|
|
Pletikosa və Jiranek "Spartak"ı tərk etdilər
|
Yay boyunca Stipe Pletikosa ilə Martin Jiranekin "Spartak"ı tərk edə biləcəyi haqda yayılan xəbərlər avqustun 30-da doğrulub. Bəri başdan onların futbolçu həyatını İngiltərədə davam etirəcəklərini bildirək. Moskvalıların xorvat qapıçısı Pletikosa "Tottenhem"in oyunçusuna çevrilib. Londonlular hələlik onu birilliyə icarəyə götürüb. Amma onlar gələn ilin yayında 31 yaşlı əlcək sahibinin transfer hüququna birdəfəlik yiyələnə bilər. "Spartak"a 2007-ci ildən xidmət edən və ötən müddətdə ağ-qırmızı formada keçirdiyi 63 oyuna 74 top buraxan Xorvatiya millisinin qolkiperinin agenti Marko Naletiliçi dinləyək: "Bəli, Stipe artıq "Tottenhem"in sıralarındadır. İngilislər bir ildən sonra 2 milyon avro ödəməklə onu daimi əsasda heyətində saxlaya bilər".
|
Oxumaq
01.09.10
|
| |
|
|
Robinyo “Milan”la müqavilə bağlayır
|
Tanınmış braziliyalı futbolçu Robinyo karyerasını İtaliyada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 26 yaşlı hücumçu Milana eyni adlı klubla müqavilə bağlamağa gəlib. İngiltərənin “Mançester Siti” klubuna məxsus olan Robinyo yaxın vaxtda tibbi müayinədən keçərək, rəsmi anlaşma imzalayacaq. Qeyd edək ki, Robinyo ötən mövsümü vətənində icarə əsasında “Santos”da keçirib. O, “Mançester Siti”nin hazırkı italiyalı baş məşqçisi Roberto Mançininin gəlişindən sonra komandadan ayrılası olub. Ön xəttini gücləndirən “Milan” Robinyoya qədər daha bir hücumçu, “Barselona”dan isveçli Zlatan İbrahimoviçi transfer edib.
|
Oxumaq
01.09.10
|
| |
|
|
|
|
|