Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Avq.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 28.8.2010
Səhifələr : 1 2 » #
Medvedyev Putinin sərəncamını dayandırdı
Rusiya prezidenti meşə müdafiəçilərini dəstəkləyir
Oxumaq
28.08.10  
 
Avropa Liqasının qrup mərhələsinin də püşkü atıldı
"Qarabağ"ı mübarizədən kənarlaşdıran Dortmund "Borussiya"sı yenə postsovet məkanına səfər edəcək
Oxumaq
28.08.10  
 
Hərbi hissədə törədilən qətlin təfərrüatları açılır
Təqsirləndirilən zabitlər günahsız olduqlarını iddia edirlər

Ayqustun 27-də Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Rəşid Hüseynovun sədrliyi ilə Daşkəsən rayonunda hərbi hissədə törədilən qətl hadisəsi ilə bağlı məhkəmə prosesi keçirilib. Məhkəmə qarşısında hadisə baş verən hərbi hissənin zabitləri Qurbanov Vələd Qüdrət oğlu, Babayev Vazeh Məhəmməd oğlu, Mütəllimov Fuad Tahir oğlu, Əhmədov Rüstəm Əhmədağa oğlu və İmanov Əli Nazma oğlu cavab verib. 
Oxumaq
28.08.10  
 
Qumaşyan interpolun rəsmi səhifəsində
Dövlət Neft Akademiyasında törədilmiş terrorun təşkilatçılığında ittiham etdiyi erməni əsilli Gürcüstan vətəndaşı  “qırmızı xətt”lə axtarılır

Azərbaycan hüquq mühafizə orqanlarının Dövlət Neft Akademiyasında törədilmiş terrorun təşkilatçılığında ittiham etdiyi erməni əsilli Gürcüstan vətəndaşı Mardun Qumaşyanın adı İnterpolun “qırmızı xətt” ilə axtarışda olan şəxslərinin siyahısına daxil edilib. Bununla əlaqədar olaraq İnterpolun rəsmi internet səhifəsində Mardun Qumaşyanın fotoşəklinin surəti, onun təvəllüdü, doğulduğu yer, təqsirli bilindiyi cinayətin növü, onun həbsinə qərar verən məhkəmə barədə məlumatlar yerləşdirilib. M.Qumaşyanın fotoşəklinin surəti 2010/34005 qeydiyyat nömrəsi ilə təqdim olunub, onun 1951-ci il martın 6-da Gürcüstanın Marneuli bölgəsinin Şulaveri kəndində doğulduğu bildirilib.
Oxumaq
28.08.10  
 
Bakı İstintaq Təcridxanasında intihar
Akif Fətullayevin hansı səbəbdən özünə qəsd etməsi hələlik məlum deyil

Sabunçu rayon Prokurorluğundan verilən məlumata görə, avqustun 26-da Zabrat qəsəbəsində yerləşən 1 saylı istintaq təcridxanasında saxlanılan 1985-ci il təvəllüdlü Akif Fətullayev özünə qəsd edib. Masallı rayon Təzəkənd kənd sakini olan A.Fətullayevin meyiti səhər saatlarında saxlanıldığı kamerada aşkarlanıb. A.Fətullayevin hansı səbəbdən özünə qəsd etməsi hələlik məlum deyil.  A.Fətullayev Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) və 234.4.3-cü (külli miqdarda narkotik vasitəni qanunsuz olaraq satma, saxlama, gəzdirmə) maddəsi ilə təqsirləndirilirdi. Faktla bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb və araşdırma aparılır.
Oxumaq
28.08.10  
 
Ata oğlunu öldürəcəyi ilə hədələyib
Hadisəyə səbəb isə Sadiq İbrahimovun arvadı ilə münaqişəsi olub

Qaradağ  rayonunun Qızıldaş qəsəbəsində yaşayan Sadiq İbrahimov polisə zəng edərək ailə münaqişəsi zəminində bıçaqla uşaqlarından birini öldürdüyünü, digərini isə öldürəcəyi barədə məlumat verib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, dərhal hadisə yerinə gələn Qaradağ RPİ 38-ci PB əməkdaşlarına məlum olub ki, S.İbrahimov arvadı Səfayə ilə aralarında olan şəxsi münasibətlər zəminində 11 yaşlı oğlu Teymuru evin damına çıxarıb və bıçaqla onu öldürəcəyi ilə hədələyir. Aparılan izahedici söhbətlərdən sonra Teymur azad edilib, Sadiq isə həbs edilib. Faktla bağlı araşdırmalar aparılır.
Oxumaq
28.08.10  
 
Biznes mərkəzləri yalnız iş yeri hesab olunmur
Paytaxtın ofis bazarında biznes mərkəzlərinin mövqeyi 30-40 faizdir
Oxumaq
28.08.10  
 
Yersiz iddia
Vidadi Bərdəlinin 35 ildən sonra nəhayət, yadına düşüb ki, “mən də bu sənətdə varam, niyə mənim fəxri adım olmasın?”

Keçən həftə toy müğənnisi Vidadi Bərdəli "Ay Zaur" verilişinin qonağı idi. Sözün düzü, onu ilk dəfə idi ki, ekranda görürdüm. Uşaqlıq illərimin yaddaşında da belə bir müğənninin qaldığını nə illah edirəmsə, xatırlaya bilmirəm ki, bilmirəm. Mənə qəribə gələn onun toylarda oxuduğu "Görəsən dünyaya nöş gəlib insan?" tipli mahnılarını veriliş boyu səsləndirməsi yox, fəxri ada iddialı olması idi. Nöşün ki, verilişin aparıcısı ona "Siz sənət aləmində olduğunuz yerdən razısınızmı?"- deyə sual verəndə bir ağızdan: "Mən 35 ildir ki, sənətdəyəm. Amma bu müddətdə qapılar döyməyi xoşlamamışam" cavabını verdi.
Oxumaq
28.08.10  
 
Yersiz iddia
Vidadi Bərdəlinin 35 ildən sonra nəhayət, yadına düşüb ki, “mən də bu sənətdə varam, niyə mənim fəxri adım olmasın?”
Oxumaq
28.08.10  
 
İran çoxarvadlılığı asanlaşdırır
Kişilərə həyat yoldaşının razılığı olmadan ikinci arvad almağa icazə verilə bilər

İran parlamentinin müzakirəsinə hazırlaşdığı yeni qanun layihəsi «Ailəni mühafizə qanunu» adlanır. Amma onu «ailəni mühafizə» yox, «ailəylə mübarizə» qanunu adlandıranlar da var. Çünki bu qanun kişilərə həyat yoldaşının razılığı olmadan ikinci arvad almağa icazə verir. Və bunun guya ki, ailənin qorunması naminə edildiyi iddia olunur. İranda şəriətə görə, 4 arvad almağa imkan verilir, amma bundan ötrü arvadların icazəsi lazımdır. Yeni qanunda isə qadının icazəsi tələb edilmir.
Oxumaq
28.08.10  
 
Səhifələr : 1 2 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •