|
|
|
Bağlı qalan 3 cinayətin üstü açılıb
|
|
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 39 cinayət faktı qeydə alınıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, qeydə alınan cinayətlərin 27-i “isti izlər”lə açılıb. Həmçinin, ötən günlərdən bağlı qalan 3 cinayətin üstünü açmaq mümkün olub. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında baş verən 3 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb, 8 nəfər isə yaralanıb. Gün ərzində 1 yanğın hadisəsi qeydə alınıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 39 nəfər saxlanılıb.
|
Oxumaq
27.08.10
|
| |
|
|
Hərbi hissədə törədilən qətllə bağlı məhkəmə başlayıb
|
İstintaq hərbi hissədə küllü miqdarda dövlət əmlakının talanmasına yol verildiyi üzə çıxarıb
Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Rəşid Hüseynovun sədrliyi ilə Daşkəsən rayonunda hərbi hissədə baş törədilən qətl hadisəsi ilə bağlı məhkəmə prosesi keçirilib. Məhkəmə qarşısında hadisə baş verən hərbi hissənin zabitləri -Qurbanov Vələd Qüdrət oğlu, Babayev Vazeh Məhəmməd oğlu, Mütəllimov Fuad Tahir oğlu, Əhmədov Rüstəm Əhmədağa oğlu və İmanov Əli Nazma oğlu cavab verib. Prosesin əvvəlində prokuror ittiham aktını elan edib.
|
Oxumaq
27.08.10
|
| |
|
|
Bacısını qətlə yetirən şəxsin məhkəməsi yekunlaşıb
|
Murad Zeynalov 13 il müddətinə azadlıqdan məhrum edilib
Avqustun 26-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim İlqar Murquzovun sədrliyi ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi yekunlaşıb. Məhkəmə qarşısında Ağdam rayon sakini, 1985-ci il təvəllüdlü Murad Zeynalov cavab verib. M. Zeynalov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.
|
Oxumaq
27.08.10
|
| |
|
|
Dilənçiliklə məşğul olan 15 nəfər saxlanılıb
|
|
Paytaxt ərazisində avaraçılıq və dilənçiliklə məşğul olan şəxslər saxlanılıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Səbail, Nizami və Nərimanov RPİ əməkdaşları tərəfindən rayon ərazilərində saxlanılanlar 15 nəfər olub. Onlar Bakı BPİ-nin İnzibati Həbs Olunanların Saxlama Məntəqəsinə göndərilib.
|
Oxumaq
27.08.10
|
| |
|
|
Göydəndüşmə
|
|
Yəqin ki, göydən düşənlər daha asan və əziyyətsiz başa gəldiyindən bu söz belə ümumişləkdir. Bir də bu göydəndüşmələr üçün müasir variantda, nəfis tərtibatda işlənmiş məsələbənzər deyim də var: “Hazırın “nazir”i olmaq”. Bir də məsələnin başqa tərəfi var ki, bu da göydən düşənlərin daha müqəddəs, göstərişli, toxunulmaz hesab olunmasıdır. Çox vaxt isə bu söz özündə layiq olmayanların çiyninə qonmuş Simurq quşunun gətirdiyi xoşbəxtlik, var-dövlət, vəzifənin tənqidinə xidmət edən bütün mənfi tonlu anlayış və mənaları əks etdirir. Göydəndüşmə sərvət, göydəndüşmə vəzifə, göydəndüşmə şöhrət yerdəkilərin başına, çiyninə düşəndə isə yerdəkinin balansı hər baxımdan pozulur.
|
Oxumaq
27.08.10
|
| |
|
|
|
|
|