|
|
|
|
|
Braziliya Almaniyaya 22 ton zibil göndərir
|
Artıq sənaye tullantıları üçün emal vasitəsi kimi deklarasiya olunmuş yük Braziliyanın Riu-Qrandi limanına çatıb
Braziliya hökuməti daha əvvəl qeyri-qanuni olaraq ölkəyə gətirilən 22 ton zibili gəmi ilə Almaniyaya göndərir. Bu barədə məlumatı İspaniyanın EFE agentliyi Braziliyanın Ətraf Mühit və Təbii Sərvətlər İnstitutuna (İbama) istinadən yayıb. Artıq sənaye tullantıları üçün emal vasitəsi kimi deklarasiya olunmuş yük Braziliyanın Riu-Qrandi limanına çatıb. Ancaq tezliklə məlum olub ki, konteynerdə adıçəkilən məhsulun əvəzinə, almanların Latın Amerikası ölkəsinə bir vaxtlar atdıqları toksik məişət tullantılarıdır.
|
Oxumaq
26.08.10
|
| |
|
|
Moskva beynəlxalq avtosalonu açıldı
|
Avqustun 25-də Moskvada “Crocus Expo” mərkəzində Moskva avtosalonu 2010 sərgisi açılıb.
Lent.az-ın Rusiya saytlarına istinadən məlumatına görə, 8 futbol meydançası ölçüdə olan sərgidə 12 ölkənin 80 şirkəti iştirak edir. Sərgi iştirakçıları ümumilikdə 600 modellə tanış olmaq imkanı əldə edəcək, 8 beynəlxalq premyeraya şahid olacaqlar. Sərgi iştirakçıları həmçinin konseptual avtomobillər və ehtiyat hissələri ilə də tanışlıq imkanı əldə edəcək. Hələlik yalnız dəvətnamə ilə buraxılan sərgi 27 avqustda bütün əhali üçün açıq olacaq. Bu sərgidə 2 milyona yaxın insanın iştirakı gözlənilir.
|
Oxumaq
26.08.10
|
| |
|
|
Səlim Müslümov təzə işçilərini qəbul edib
|
Dövlət Sosial Müdafiə Fondunda dövlət qulluqçusu vəzifəsinə yeni qəbul olunan şəxslərlə görüş keçirilib
Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın keçirdiyi sonuncu müsabiqədə uğur qazanaraq fonda işə qəbul olunan şəxslərlə görüş keçirilib.
|
Oxumaq
26.08.10
|
| |
|
|
Avro bahalaşdı
|
Avronun dəyəri dünəndən etibarən dollar və ienaya nisbətdə qalxıb Avronun dəyəri avqustun 25-i səhərdən etibarən dollar və ienaya nisbətdə qalxıb. Səhmdarlar vahid valyutanın çoxillik minimuma nisbətdə kəskin şəkildə düşdüyünü hesab edirlər. İenanın dollara və avroya nisbətdə zəifləməsi isə Yaponiya Bankının ölkənin valyuta bazarında gözlənilən müdaxilələri ilə bağlıdır.
|
Oxumaq
26.08.10
|
| |
|
|
Nazirlik reydlərin nəticələrini açıqladı
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə aparılan araşdırmaların nəticələrini açıqlayıb
"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən 2010-cu ilin 1-15 avqust tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətini yoxlamaq məqsədilə araşdırma aparılıb. Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 230 akt və protokol tərtib olunub və nöqsanların aradan qaldırılması üçün icrası məcburi 69 göstəriş verilib". Bu barədə ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.
|
Oxumaq
26.08.10
|
| |
|
|
Ukrayna Gürcüstana taxıl satacaq
|
Dünya bazarlarında taxıl qıtlığına və aşağı səviyyəli məhsuldarlığa baxmayaraq, Kiyev Gürcüstana taxıl ixrac edəcək. Bu barədə çərşənbə günü Ukraynanın Gürcüstandakı səfiri Vasili Sibenko deyib. "Gürcüstanın iş adamları taxılın alışı ilə bağlı Ukrayna tədarükçüləri ilə artıq danışıqlar aparırlar", - o deyib. - "Ukrayna ən böyük taxıl ixracatçılarından biridir, biz onu mütləq Gürcüstana tədarük edəcəyik". Rusiyanın taxıl ixracını dayandıracağı barədə yayılan informasiyadan sonra, Gürcüstanda çörəyin qiyməti 10-15 tetri (1 dollar=1,84 lari) artıb.
|
Oxumaq
26.08.10
|
| |
|
|
Gürcüstan vətəndaşı qəza törədib
|
Yol qəzaları 5 nəfərin həyatına son qoyub
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir neçə yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Qobustan rayonu ərazisində, Gürcüstan vətəndaşı Ramil Gadiyevin idarə etdiyi "Mercedes" markalı və Mingəçevir şəhər sakini Rəsul Əliyevin idarə etdiyi "Ford" markalı avtomaşınlar toqquşub. Nəticədə, R.Gadiyevin sərnişinləri - Abşeron rayon sakinləri Lalə Hacıyeva və onun anası Kübra hadisə yerində dünyasını dəyişib.
|
Oxumaq
26.08.10
|
| |
|
|
Azərbaycanda qanunsuz yaşayan Çin vətəndaşları saxlanılıb
|
|
Azərbaycanda qanunsuz yaşayan Çin vətəndaşları saxlanılıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Xətai RPİ əməkdaşları tərəfindən saxlanılanlar Cianq Xuefanq, Cin Sucun, Lin Caiqionq və Ye Aihuadır. Müvafiq qeydiyyatları və icazələri olmadan Azərbaycan Respublikasının ərazisində qanunsuz yaşayan Çin vətəndaşlarının İnzibati Xətalar Məcəlləsinin 339-cu maddəsinə uyğun olaraq onların respublikanın hüdudlarından kənara çıxarılması məsələsi həll olunur.
|
Oxumaq
26.08.10
|
| |
|
|
|