|
|
|
|
|
|
|
|
|
Azərbaycan yığması Olimpiadada çıxışını başa vurdu
|
Boksçularımız 2 gümüş medal qazandılar
Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunları davam edir. Apasport.az saytının məlumatına görə, 12 idmançı ilə yarışa qatılan Azərbaycan yığması avqustun 25-də boks növündə iki medal qazanıb.
|
Oxumaq
26.08.10
|
| |
|
|
Ən çox “İnter”, ən az "Makkabi"
|
UEFA qitə kuboklarının 2009/10 mövsümündə klubların qazancıyla bağlı rəsmi hesabatını yayıb
UEFA qitə kuboklarının 2009/10 mövsümündə klubların qazancıyla bağlı rəsmi hesabatını yayıb. Bəri başdan ən çox qazanan klubun "İnter" olduğunu qeyd edək.Bu da səbəbsiz deyil. Nəinki Avropanın, hətta dünyanın ən gəlirli klub turniri sayılan Çempionlar Liqasının sonuncu qalibi məhz İtaliya təmsilçisi olmuşdu. Final matçında "Bavariya"nı 2:0 hesabıyla məğlub edərək tarixində 3-cü dəfə ÇL-də (ÇK-da) böyük qələbə qazanan milanlılar ötən mövsüm xəzinəsinə 48,759 milyon avro cəlb edib. Maraqlıdır ki, onlara həlledici matçda uduzan "Bavariya" bu planda heç də 2-ci yerdə deyil: Almaniya nəhəngi 44,862 avro irəli düşüb. Münhenlilər bu baxımdan "Mançester Yunayted"dən (45,811) də geri qalıb.
|
Oxumaq
26.08.10
|
| |
|
|
Vaqif Cavadov “Amkar”da peyda ola bilər
|
“Vaqif Cavadov maraqlı futbolçudur. Onu tanıyırıq. Hələ ötən il onunla maraqlanırdıq”. Bu sözləri apasport.az saytına açıqlamasında Rusiyanın “Amkar” klubunun texniki direktoru Vladislav Şelqunov deyib.
Komandasının uğursuz çıxış etdiyi üçün əhvalının o qədərə də yaxşı olmadığını gizlətməyən klub rəsmisi “transfer pəncərəsi”nin son günlərində heyəti gücləndirməyə çalışdıqlarını da etiraf edib. Şelqunov adı “Amkar”la yanaşı hallanan Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun mümkün keçidinə şərh vermək istəməyib: “Buna nə şərh verə bilərəm ki? Nə Vaqiflə, nə də onun klubu ilə danışıqlara başlamamışıq. Adının transfer siyahımızda olub-olmamağı isə sırf klubumuza məxsus məsələdir ki, bunu açıqlamaq fikrim yoxdur.
|
Oxumaq
26.08.10
|
| |
|
|
"Sevilya" və "Anderlext" uğursuzluqdan qaça bilmədi
|
|
Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunlarına start verilib. Turnirin pley-off mərhələsinin ilk 5 qalibi avqustun 24-də məlum olub. Bir həftə əvvəl keçirilən ilk oyunlarda qənaətbəxş nəticələr göstərən əksər komandalar ÇL-in qrup turnirində oynamaq hüququ qazanıb. Yalnız "Anderlext" "Partizan"la səfərdəki məhsuldar heç-heçənin bəhrəsindən öz meydanında yararlana bilməyib. Əlbəttə, "Sevilya"nın evdə də "Braqa"ya uduzacağı daha gözlənilməz olub. İmkanları yüksək dəyərləndirilən "Verder" isə Genuya səfərində fiaskodan son anda qurtulub.
|
Oxumaq
26.08.10
|
| |
|
|
|