|
|
|
“Real”ın yeni qapıçısı - Serxio Ramos!
|
“Real”ın baş məşqçisi Joze Mourinyo komandası üçün yeni qapıçılar tapıb. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis Madrid təmsilçisinin yeni mövsümü üçün planlarını açıqlayıb. Mourinyo komandasının qapıçıları İker Kasilyas və Yeji Dudekin sıradan çıxacağı halda, sahə oyunçularına güvənmək fikrindədir: “Biz artıq bu məsələyə aydınlıq gətirmişik. Serxio Ramos və Sami Xedira bizim qapıçılarımız olacaq. Onlar məşqlərdə də buna uyğun hazırlıq keçəcək”. Yeni qapıçıların hər ikisi yığma üzvüdür. Serxio İspaniya, Sami isə Almaniya millisinin şərəfini qoruyur. Bundestimin Avro-2012-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olduğunu nəzərə alsaq, almanlar Xediranın timsalında yeni qapıçı qazanıblar. Qeyd edək ki, Mourinyonun hesabına əlavə qüvvə qazanan Yoahim Lövün yetirmələri yığmamızın seçmə mərhələdəki ilk rəqibidir. Komandamız artıq sentyabrın 7-də Xedira və yoldaşlarının qonağı olacaq.
|
Oxumaq
25.08.10
|
| |
|
|
Kelin günahı üzündən “Borussiya” cəzalandırıldı
|
Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Borussiya” cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, Dortmund təmsilçisinin baş məşqçisi Yurgen Klopp bütün futbolçularına pul cəriməsi kəsib. Almaniyalı mütəxəssis bunu Bundesliqanın ilk turunun “Bayer”lə qarşılaşmasındakı zəif oyunla əlaqələndirib: “Bütün komanda cərimələnir. Çünki onlar “Bayer”lə görüşdə nəyə qadir olduqlarını göstərmədilər. Ümid edirəm ki, onlar növbəti matçda belə oynamayacaqlar”. Klopp “Bayer”lə qarşılaşmada çox zəif çıxış edən Sebastyan Keldən daha çox narazı qalıb. O, komandanın kapitanının 0:2 hesablı məğlubiyyətdə böyük pay sahibi olduğunu düşünür və “Qarabağ”la Bakıdakı görüşdə meydana buraxmaq istəmir. Bunun üçün isə onun sərəncamında 20 yaşlı perspektivli Sven Bender var. Qeyd edək ki, ilk oyunda “Qarabağ”ı 4:0 hesabı ilə məğlub edən “Borussiya” ilə təmsilçimiz arasında cavab oyunu avqustun 26-da keçiriləcək.
|
Oxumaq
25.08.10
|
| |
|
|
“Neftçi” bəyənmədi, “Sibir”ə getdi
|
"Neftçi"də baxışda olan Vaqiz Qaliullin komandanın düşərgəsini tərk edib. Apasport.az saytının məlumatına görə, Rusiya çempionu "Rubin" ilə əməkdaşlığın nəticəsi kimi, paytaxtımıza dəvət olunan özbəkistanlı futbolçu karyerasını Novosibirskdə davam etdirəcək. Belə ki, Kazan təmsilçisi “Neftçi”nin keçidi ilə bağlı qərar verməyə tərəddüd etdiyi yarımmüdafiəçisini “Sibir” klubuna icarəyə verib. Paytaxt təmsilçisinin baş məşqçisi Arif Əsədov isə klubun rəsmi internet saytına açıqlama verərək, Qaliullinin nə vaxt isə qayıdacağına ümid etdiyini bildirib: "Özbək futbolçunu həm məşqlərdə, həm də ikitərəfli oyunda sınamaq istəyirdik. Lakin evlərindən ona zəng vurub, atasının səhhətində problem olduğunu dedilər və Vaqiz vətəninə getməli oldu. Qaliullini cəmi iki məşqdə sınaya bildik, bu isə onun haqda əminliklə qəti fikir söyləməyə kifayət etmədi. “Transfer pəncərəsi”nin də bağlanmasına az zaman qaldığından, onu yenidən sınamağa vaxt qalmayacaq. Bununla belə, Özbəkistan yığma komandasının üzvünü nəzərimizdə saxlayacağıq. Ola bilsin ki, onu gələn il bir də yoxlayaq". Qeyd edək ki, Avropa Liqasında çıxışını davam etdirən Vaqizin yeni komandası Hollandiyanın məşhur PSV klubunu ilk oyunda 1:0 hesabı ilə məğlub edib.
|
Oxumaq
25.08.10
|
| |
|
|
|
|
“Mumiya aşkarlanıbsa, İran Azərbaycan tərəfə mütləq məlumat verməlidir”
|
|
“Xudafərin Su Anbarında qazıntı aparılanda bizim də əlimizə Azərbaycan padşahının mumiyasının tapılması ilə bağlı şəkillər gəlib çatmışdı. Bu şəkillər çox naməlum şəraitdə çəkilib, bilmək olmur haradan tapılıb. Bu məsələ hələ aydınlaşdırılmayıb. Bu, təxribat xarakterli də ola bilər. Buna görə də yalnız araşdırma aparıldıqdan sonra məsələyə münasibət bildirmək olar”.
|
Oxumaq
25.08.10
|
| |
|
|
Əkiz qüllələrin yeri etiraz aksiyaları məkanına çevrilib
|
100 milyon dollarlıq İslam Mədəniyyət Mərkəzi layihəsi ilə bağlı narazılıq artır
Nyu-Yorkda vaxtilə Dünya Ticarət Mərkəzinin Əkiz qüllələri dayanan yerin yaxınlığı son günlər etiraz aksiyalarının keçirildiyi məkana çevrilib. Bu dəfə iki aksiya birdən keçirilib. Məlumata görə, tərəfləri bir-birindən ancaq polis kordonları ayırıb. Aksiyaçılardan bir qrupu “Məscidə yox”, digəri isə “İrqçiliyə yox” qışqırıb. AP-nin xəbərinə görə, polis əlbəyaxa qarşıdurmanın qarşısını güc-bəlayla alıb. Amma söz davasına, qarşı tərəflərin bir-birinin üstünə qışqırmasına, bir-birini təhqir etməsinə mane ola bilməyib.
|
Oxumaq
25.08.10
|
| |
|
|
“İranın şilləsi çox kəskin olacaq”
|
Əhmədinejad ABŞ və İsrailə eyni tonla cavab verib
İran prezidenti Mahmud Əhmədinejad Qətər jurnalistlərinə müsahibədə əcnəbi qüvvələrin bölgəyə müdaxiləsi, İrana hərbi hücumu ehtimalından danışıb. Əhmədinejad xarici qüvvələrin İranın ərəb qonşuları ilə əlaqələrini zəiflətməyə çalışdığını deyib: “Düşmənlərin əxlaqı müstəmləkəçilik prinsiplərinə söykənir. Onlar bölgəyə müdaxilə üçün hər fürsətdən yararlanırlar. Lakin hesab edirəm ki, İran körfəzindəki ölkə başçılarının ayıq-sayıqlığı bu müdaxiləyə imkan verməyəcək. Düşmən bizə hərbi hücuma keçsə, İranın reaksiyasının necə olacağını yaxşı bilir. Elə buna görə də onların İrana qarşı hərbi hücumu gerçəkləşdirməsini güman etmirəm. Yaxşı başa düşürlər ki, İran basılmaz qaladır. Sionist rejimin Amerikadakı ərbabları da onlara belə bir hücumu gerçəkləşdirmək icazəsi verməyəcək. Başa düşürlər ki, İranın şilləsi çox kəskin olacaq. Bizə hərbi hücuma keçsələr, İranın cavab seçimləri bütün yer kürəsini əhatə edəcək”. Əhmədinejad ABŞ və İsrailin "bütün variantlar masadadır" təhdidinə eyni tonla cavab verib: "Biz də onlara bütün variantların masada olduğunu söyləyirik". O bildirib ki, İranın müdafiəsi ona hücum etməyi düşünənləri bu fikirdən daşındıracaq səviyyəyə çatmalıdır.
|
Oxumaq
25.08.10
|
| |
|
|
|
|
|
|
|