|
|
|
|
|
Geridə qalan qəbulun gələcəyi
|
|
Artıq respublikanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə aparılan növbəti qəbul prosesi arxada qalıb. Bəs bu ilin qəbul gedişi hansı məqamları ilə yadda qaldı?
|
Oxumaq
24.08.10
|
| |
|
|
Maestronun kimsəsiz muzeyi
|
Yöndəmsiz pillələri qalxıb, rəngləri qopuq-sökük divarların yanından keçib Niyazinin mənzil-muzeyin yerləşdiyi 3-cü mərtəbəyə çatanda laqeydliyin şahidi olursan
Bülbül prospekti 21. Bu məşhur binada dövrünün görkəmli musiqi xadimləri - Qara Qarayev, Maestro Niyazi yaşayıb. Binanın prospektə tərəf görünüşünün kifayət qədər baxımlı olmasına, 1-ci mərtəbəsində “Mango” mağazası kimi beynəlxalq brendin yerləşməsinə baxmayaraq, tikilinin iç tərəfi “üstü bəzək altı təzək” təsiri bağışlayır. Elə üstündə “Niyazinin mənzil-muzeyi” yazılan blokun girişi buranın maestronun adına layiq olmadığını xəbər verir. Yöndəmsiz pillələri qalxıb, rəngləri qopuq-sökük divarların yanından keçib mənzil-muzeyin yerləşdiyi 3-cü mərtəbəyə qalxanda bu laqeydliyin bir daha şahidi olursan.
|
Oxumaq
24.08.10
|
| |
|
|
Maestronun kimsəsiz muzeyi
|
|
Yöndəmsiz pillələri qalxıb, rəngləri qopuq-sökük divarların yanından keçib Niyazinin mənzil-muzeyin yerləşdiyi 3-cü mərtəbəyə çatanda laqeydliyin şahidi olursan
|
Oxumaq
24.08.10
|
| |
|
|
Tacikistanda Təhlükəsizlik Komitəsinin təcridxanasından 30-dək məhbus qaçıb
|
Onların hamısı dövlət çevrilişində və qanunsuz silahlı birləşmələrdə iştiraka görə məhkum olunanlardır
Ötən gecə Tacikistan Dövlət Milli Təhlükəsizlik Komitəsinin istintaq təcridxanasından 30-dək məhbus qaçıb. Qaçan məhbusların hamısı dövlət çevrilişində və qanunsuz silahlı birləşmələrdə iştiraka görə məhkum olunmuş şəxslərdir. Gecə saatlarında məhbuslardan biri mühafizəçiyə hücum edərək onun silahını və kameraların açarlarını alıb və yoldaşlarını azadlığa buraxıb. Məhbuslar altı mühafizəçini öldürərək təcridxanadan qaçmağa müvəffəq olublar. Onların Rəşt vadisi istiqamətində qaçdığı güman olunur. Hazırda qaçan dustaqların tutulması üçün xüsusi əməliyyat keçirilir, ölkənin bütün yollarında, aeroport və dəmiryolu stansiyalarında yoxlamalar aparılır.
|
Oxumaq
24.08.10
|
| |
|
|
Facebook-un müsəlman versiyası
|
|
Misirdə Facebook-un müsəlman versiyası açılır. Onlar deyirlər ki, məqsəd islamın mühafizəkar din olmadığını göstərən məlumatların yayılmasıdır. Müsəlman Qardaşlığı adlanan təşkilatın Facebook versiyası İkhwanbook adlanır və orijinal Facebooka çox bənzəyir. Ancaq istifadəçilər deyir ki, onlar islam dəyərlərinə hörmət edirlər, məsələn, necə deyərlər, daha abırlı fotoları qoyurlar, üzvlərin şəxsi həyatına daha az müdaxilə edirlər və homoseksuallığa başqa cür yanaşırlar. Müsəlman Qardaşlığı təşkilatının rəsmisi deyib ki, məqsəd qeyri-mühafizəkar İslam dəyərlərini yaymaqdır. Bu, Müsəlman Qardaşlığı qrupunun İnternetdə mövcudluğunun artırılması cəhdlərindən biridir. Qrup deyir ki, özlərini dünyadan təcrid etmək istəmirlər, Facebook-la rəqabətə girmək fikirləri isə yoxdur.
|
Oxumaq
24.08.10
|
| |
|
|
Pakistanda fəlakətin miqyası böyüyür
|
On minlərlə insan sağ qalmaq uğrunda mübarizə aparır
Pakistanda daşqın suları ölkənin cənubundakı yeni sahələri basdıqca, on minlərlə insan yaşadıqları yerləri tərk etməyə məcbur olub. Çayların səviyyəsinin qalxması indi şəhəri daşqından qoruyan sipərlərə təhlükə yaradıb. Ordu və könüllülər palçıqdan sipərlər tiksələr də, indi onların tezliklə çökəcəyi və Hari Xaro şəhərinin su altında qala bilməsi barədə narahatlıqlar artmaqdadır. Pakistanın baş naziri Yusif Rza Gilanı daşqına məruz qalmış ərazilərdə daha da pisləşmiş səhiyyə böhranının həlli yollarını müzakirə etmək üçün təcili görüş keçirir. Gecə vaxtı su basmış Hari Xaronun sakini burada nə baş verdiyini belə təsvir edir: "Qarşınızda gördüyünüz Hari Xaro şəhəridir. Bu, çoxlu dükan və fabrikləri olan böyük şəhərdir, indi onların hamısı suya qərq olub. Hökumət rəsmiləri bizə demişdilər ki, ən azı üç və ya dörd gün ərzində daşqın suları buraya daxil olmayacaq. Amma ötən gecə daşqın buranı basdı. Hər şeyi yuyub apardı".
|
Oxumaq
24.08.10
|
| |
|
|
|
|
Futbolçu redaksiyaya basqın etdi
|
Mahmud Qurbanov polis bölməsində ifadə verib
“Bakı” klubunun futbolçusu Mahmud Qurbanov avqustun 21-də “KomandA” qəzetinin redaksiyasına hücum edərək qəzetin baş redaktor Rəşad Ergünə xəsarət yetirib. Qəzetin təsisçisi Kənan Məstəliyevin sözlərinə görə futbolçu polis bölməsində ifadə verdikdən sonra sərbəst buraxılıb. Hazırda araşdırma aparıldığına görə Mahmud Qurbanovun şöbədə verdi ifadənin təfərrüatı məlum deyil. Baş vermiş olayla bağlı jurnalistlər mətbuat konfransı keçirmək qərarına gəliblər.
|
Oxumaq
24.08.10
|
| |
|
|
|