"Nabukko" qaz nəqli marşrutu layihəsinin iştirakçıları rəhbər komitənin Ankarada keçirilən sonuncu iclasında xəttin qazla təchizatı konsepsiyalarının modifikasiyası haqqında razılığa gəliblər. Bu barədə "Nabukko" konsorsiumunun məlumatında deyilir. Layihə iştirakçıları tərəfindən boru kəmərinin qazla iki təchizat xətti (Türkiyə-Gürcüstan və Türkiyə-İraq sərhədlərindən) təsdiqlənib, eyni zamanda, müvafiq injinirinq işlərinin görülməsi üçün təlimatlar verilib.
|