|
|
|
|
|
Türkiyə klubları “Beşiktaş”ın yolu ilə gedə bilmədi
|
Qalatasaray” məğlubiyyətdən çətinliklə qurtuldu
Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub. Çərşənbə axşamı keçirilən iki görüşlə start götürən ilk oyunlar çərçivəsində daha 35 qarşılaşma baş tutub. Bu komandalar gələn həftə cavab oyunlarında qüvvəsini sınadıqdan sonra qrup mərhələsinə vəsiqənin sahibləri müəyyənləşəcək.
|
Oxumaq
21.08.10
|
| |
|
|
Bir ay öncə törədilən oğurluq faktının üstü açılıb
|
Məhərrəm Rzayev 2 su nasosu oğurlamaqda təqsirləndirilir
Şirvan şəhərində bir ay öncə törədilən oğurluğun üstü açılıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisə cari il iyulun 20-də törədilib. Şirvan şəhər sakini Mətləb Əhmədova məxsus 2 ədəd su nasosu oğurlanıb. Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəhər sakini Məhərrəm Rzayev saxlanılıb. M.Rzayev əvvəllər də məhkumluq həyatı yaşayıb. Faktla bağlı araşdırmalar aparılır.
|
Oxumaq
21.08.10
|
| |
|
|
Soyğunçuluq edən Binəqədi sakini tutulub
|
Samir Baxşıyev həmyerlisinə məxsus avtomobili ondan alıb
Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq edən rayon sakini ələ keçib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, saxlanılan Binəqədi qəsəbə sakini Samir Baxşıyevdir. S.Baxşıyev avqustun 18-də Rizvan Əhmədova məxsus "Mercedes" markalı avtomaşını soyğunçuluq yolu ilə ondan almaqda təqsirləndirilir. Faktla bağlı araşdırmalar aparılır.
|
Oxumaq
21.08.10
|
| |
|
|
Erməni əsirliyində olan Azərbaycan əsgərinin məhkəməsi yekunlaşıb
|
Məhkəmənin hökmü ilə Rafiq Həsənov 13 il müddətinə azadlıqdan məhrum edilib
Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Zeynal Ağayevin sədrliyi ilə erməni əsirliyində olmuş Azərbaycan Ordusunun keçmiş əsgərinə hökm oxunub. Məhkəmə qarşısında Rafiq Rəhman oğlu Həsənov cavab verib. R.Həsənov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə) maddəsi ilə ittiham olunub.
|
Oxumaq
21.08.10
|
| |
|
|
Paytaxtda əxlaqsızlıq yuvası
|
Mənzilini əxlaqsızlıq yuvasına çevirən qadın saxlanılıb
Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtda əxlaqsızlıq yuvası aşkarlanıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, əxlaqsızlıq yuvası paytaxtın Nizami rayonundakı mənzillərdən birində təşkil edilib. Faktla bağlı şübhəli bilinən şəhər sakini Bağdagül Salmanova saxlanılıb.
|
Oxumaq
21.08.10
|
| |
|
|
Axtarışda olan 6 nəfər ələ keçib
|
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 39 cinayət faktı qeydə alınıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, qeydə alınan cinayətlərin 23-ü “isti izlər”lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında baş verən 6 yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Gün ərzində 5 yanğın hadisəsi qeydə alınıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 27 nəfər saxlanılıb.
|
Oxumaq
21.08.10
|
| |
|
|
“Aqrolizinq” MMC-nin filial rəhbərinə hökm oxunub
|
Vüqar Zeynalov 7 il müddətinə azadlıqdan məhrum edilib
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Cavid Hüseynovun sədrliyi ilə mənimsəmədə təqsirləndirilən şəxsin məhkəməsi yekunlaşıb. Məhkəmə qarşısında “Aqrolizinq” MMC-nin Bərdə rayon filialının rəhbəri Vüqar Zeynalov cavab verib. V.Zeynalov Cinayət Məcəlləsinin 179-cü (mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə ittiham olunub. İttihama görə, V.Zeynalov rəhbərlik etdiyi «Aqrolizinq» MMC-nin Bərdə rayon filialının rəhbəri vəzifəsində işləyərkən dövlət büdcəsindən rayonun kənd təsərrüfatının inkişafına ayrılan 160 min manatı mənimsəyib. O, Baş Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub. Məhkəmənin hökmü ilə V.Zeynalov 7 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, dövlət ittihamçısı V.Zeynalovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
|
Oxumaq
21.08.10
|
| |
|
|
Ali Məhkəmənin hökmünü saxtalaşdıranların apelyasiya şikayətinə baxılıb
|
Təqsirləndirilən şəxslərdən ikisinin cəza müddəti iki il azaldılıb
Bakı Apelyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə Ali Məhkəmənin hökmünü saxtalaşdırmaqda təqsirləndirilən şəxslərin apelyasiya şikayətinə baxılıb. Məhkəmə qarşısında Füzuli Orucov, Kənan Şərifov və Kənan Qafarov cavab verib. İttihama görə, Gəncə Apelyasiya Məhkəməsinin 24 iyul 2008-ci il tarixli qərarı ilə Türkiyə Respublikasının vətəndaşı Hasan Tarım Yakupa Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təyin olunan azadlıqdan məhrumetmə cəzasının müddəti 8 il müəyyən olunub. Ali Məhkəmənin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 9 iyun 2009-cu il tarixli qərarı ilə apelyasiya instansiyası məhkəməsinin həmin qərarını dəyişdirilmədən saxlayıb.
|
Oxumaq
21.08.10
|
| |
|
|
|