Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Avq.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 17.8.2010
Səhifələr : 1 2 » #
“Bakı” şokdan çıxa bilmir
Vinfrid Şeferin yetirmələri bu dəfə “Muğan”a uduzdular
Oxumaq
17.08.10  
 
Obama təkrar bəyanata məcbur oldu
O, əkiz qüllələrin yanında İslam mərkəzinin tikintisini şərh etməyib
Oxumaq
17.08.10  
 
Ballak qayıydı
Qazona kapitan sarğısıyla çıxan yarımmüdafiəçi 90 dəqiqə meydanda olub

Mihael Ballak onun mundialdan kənarda qoyan ağır zədəsini tam sağaldaraq yaşıl meydana qayıdıb. Təcrübəli futbolçu uzun fasilədən sonra ilk dəfə qazona çıxıb. "Çelsi"ni tərk edəndən sonra əvvəlki klubu "Bayer-04"ə qoşulan Mihael komandasının 2-ci bundesliqa təmsilçisi "Veen Visbaden"lə keçirdiyi yoldaşlıq matçında iştirak edib. Sevindiricidir ki, qazona kapitan sarğısıyla çıxan Almaniya millisinin yarımmüdafiəçisi 90 dəqiqə meydanda olub. Onun komandasının 4:0 hesablı qələbə qazandığını da qeyd edək. Onu da bilin ki, Ballak ağır zədə üzündən düz 3 ay yaşıl meydanlardan kənarda qalmışdı: "Çox sevinirəm. Çünki hər hansı problemsiz 90 dəqiqə meydanda top qovdum.
Oxumaq
17.08.10  
 
İdmançılarımız I Yay Olimpiya Oyunlarında 3 qızıl medal qazanıblar
Azərbaycan idmançıları Sinqapurda keçirilən yeniyetmələrin I Yay Olimpiya Oyunlarına uğurla başlayıblar. Apasport.az saytının məlumatına görə, yarışın ilk iki günündə mübarizəyə qoşulan 2 həmyerlimiz qızıl medal qazanıb. Belə ki, yunan-Roma güləşi üzrə Murad Bazarov (42 kq) rəqiblərinə öz gücünü göstərib. İlk görüşdə ukraynalı Aleksey Jabskinin kürəyini yerə vuran təmsilçimiz növbəti mərhələdə ekvadorlu Anri Pilaya da eyni aqibəti yaşadıb. Maraqlıdır ki, Bazarov final görüşündə də Yosvanis Pena Floresə (Kuba) əvvəlki döyüşlərində olduğu kimi eyni – 3:0 hesabı ilə qalib gələrək, Olimpiya çempionu adına sahib olub.
Oxumaq
17.08.10  
 
Yol qəzalarının sayı artıb
Dörd yol qəzasında yeddi nəfər həlak olub

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir neçə yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Xətai rayonunun Gəncə prospektində, Bakı şəhər sakini Xəyyam Azadovun idarə etdiyi "Mercedes" markalı və Rüfət Mirzəyevin idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşublar. Nəticədə, R.Mirzəyevin xəsarət alan sərnişini - Nurlan Əmənov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Xəsarət alan hər 2 sürücü və R.Mirzəyevin 3 sərnişini xəstəxanaya yerləşdirilib. 
Oxumaq
17.08.10  
 
Oğurluq etdiyinə görə saxlanılan şəxsin əlavə cinayətləri üzə çıxıb
Oğurluq etdiyinə görə saxlanılan şəxsin əlavə cinayətləri üzə çıxıb.  DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə,
Binəqədi RPİ və Nərimanov RPİ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 14-də oğurluq etdiyinə görə Nağı Allahverdiyev tutulub. Onun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun elə həmin gün E.Kazımova məxsus "VAZ-2106" markalı,  2009-cu il oktyabrın 11-də M.Məmmədova məxsus "VAZ-2106" markalı, cari il aprelin 29-da E.İbrahimova məxsus "VAZ-2107" markalı və cari il iyulun 16-da  B.Əliyevə məxsus "VAZ-2107" markalı avtomaşınları qaçırması müəyyən edilib.
Oxumaq
17.08.10  
 
Qəbələ sakini çayda, Balaxanı sakini dənizdə boğulub
Qəbələ rayonunun 4 yaşlı sakini boğulub. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, avqustun 15-də Qəbələ şəhəri ərazisində, şəhər sakini 4 yaşlı Ömər Bayramov Dəmiraparan çayında çimərkən suda boğulub. Bakının Pirşağı çimərliyində, Balaxanı qəsəbə sakini Mirzəbəy Yüzbəyov dənizdə çimərkən boğulub.
Oxumaq
17.08.10  
 
Qaz balonu partlayışa səbəb olub
Avqustun 15-də Xaçmaz rayonunun Qalağan kənd sakini, Mərdan İsayevə məxsus ümumi sahəsi 100 kvadratmetr olan 2 mərtəbəli 6 otaqlı evdə partlayış baş verib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, partlayışa səbəb məişətdə istifadə olunan qaz balonundan qaz sızması olub. Nəticədə 1 otağın yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırmalar aparılır.
Oxumaq
17.08.10  
 
Metroda bomba həyəcanı
Bu dəfə hədəf «Elmlər Akademiyası» stansiyası olub

Metronun «Elmlər Akademiyası» stansiyasında bomba həyəcanı yaşanıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, avqustun 15-də saat 17.11-də, naməlum şəxs Fövqəladə Hallar Nazirliyinin “112” xidmətinə zəng edərək metronun "Elmlər Akademiyası" stansiyasına bomba qoyulması barədə məlumat verib. Məlumat DİN Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülüb, müvafiq tədbirlər görülüb. Amma məlumat təsdiqini tapmayıb. Faktla bağlı araşdırma aparılır. 
Oxumaq
17.08.10  
 
Narkotik alverçisi yaxalanıb
Rizvan Vəliyevdən 2 kiloqram 0,48 qram heroin götürülüb

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik alverçisi saxlanılıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, saxlanılan Astara rayon sakini Rizvan Vəliyevdir. Əvvəllər də məhkum olunan R.Vəliyevdən 2 kiloqram 0,48 qram heroin götürülüb. Faktla bağlı araşdırmalar aparılır. 
Oxumaq
17.08.10  
 
Səhifələr : 1 2 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •