Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Avq.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 14.8.2010
Səhifələr : 1 2 » #
“WikiLeaks” daha 15 min sənədi yaymağa hazırlaşır
Pentaqon narahatdır
Oxumaq
14.08.10  
 
“Dortmunda uduzmamaq üçün yollanacağıq”
“Biz “Borussiya”nı kollektiv oyun sayəsində keçə bilərik”
Oxumaq
14.08.10  
 
Sol əlim sağ əlimi üstələdi
Solaxayları sağa meyilləndirməyin, təhkükəli heç nə yoxdur
Oxumaq
14.08.10  
 
Qara piar hərisliyi
Bəzi müxalifət qəzetləri mövcud söz və məlumat azadlığından sui-istifadə etməkdə davam edirlər
Oxumaq
14.08.10  
 
Qara piar hərisliyi
Bəzi müxalifət qəzetləri mövcud söz və məlumat azadlığından sui-istifadə etməkdə davam edirlər

Son günlər mətbuatda yenidən qara piar elementləri artmağa başlayıb. Bir sıra mətbuat orqanları, xüsusilə də müxalifət qəzetləri mövcud söz və məlumat azadlığından sui-istifadə edərək ictimai nüfuza sahib şəxslər haqqında etik normalara, mənəvi-əxlaqi dəyərlərimizə zidd, peşəkarlıq, obyektivlik, qərəzsizlik prinsiplərindən uzaq materiallar dərc edir, “məlumatlar” yayırlar.  Xüsusilə də “Azadlıq” və “Yenİ Müsavat” kimi müxalifət qəzetləri dövlət orqanlarının fəaliyyəti haqqında dezinformasiya yayır, ictimaiyyətdə onlara qarşı inamsızlıq formalaşdırmağa cəhd göstərirlər.
Oxumaq
14.08.10  
 
BP-yə fırıldaq gəlmək istəyirlər
Kompensasiyanın bir hissəsinin səhv ünvanlara çatdırıldığı iddia olunur

BP Meksika körfəzindəki neft quyusu qəzasından ziyan çəkənlərə kompensasiya ödənilməsi üçün xüsusi istintaq şöbəsindən istifadə etdiyini bildirib. Şirkət deyir ki, bəzi fırıldaqçılar saxta iddialar etməklə şirkətdən pul qoparmağa çalışa bilərlər. BP 20 milyard dollarlıq kompensasiya paketindən artıq 300 milyon xərcləyib. Lakin balıqçılar deyirlər ki, bu pulların bir hissəsi səhv ünvanlara çatdırılır. Məsələn, balıqçı Pit Vuynoviç mayın sonlarından bəri qayığını dənizə çıxara bilmədiyini deyib. Lakin balıqçı lisenziyasına malik olduğu üçün BP-dən 15 min dollar müavinəti hər hansı problem olmadan ala bilib. Amma Pit Vuynoviç deyir ki, indi möhtəkirlər özlərini balıqçı kimi təqdim edərək cərimə pulundan bəhrələnmək istəyirlər: “İki nəfər məndən xahiş edib ki, guya mənim şirkətimdə işlədiklərini deyim. Əlbəttə, mən imtina etdim.
Oxumaq
14.08.10  
 
Ankara bütün tələbləri yerinə yetirib
Avropa Birliyinə daxil olmaq üçün süni maneələr çıxarılmamalıdır

Rəsmi Ankara Avropa Birliyinə daxil olmaq üçün bütün tələbləri yerinə yetirdiyini bəyan edib. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan xarici ölkələrin diplomatları ilə iftar süfrəsində ölkəsinə qarşı ayrı-seçkiliyin olduğunu dilə gətirib. «Avropa Birliyi məsələsində artıq Türkiyənin qarşısına süni maneələr çıxarılmamalıdır. Baxın, Kipr məsələsi təhrif olunaraq Türkiyə ilə Avropa Birliyi arasında bir problemə çevrilib. Bu, son dərəcə yanlışdır.
Oxumaq
14.08.10  
 
Şeyx Nəsrallah işə düşdü
«Hizbullah» Rafiq Həririnin qətlində İsrail izlərini faktlarla sübut etməlidir

Livanın eks-baş naziri Rafiq Həririnin qətlini araşdıran BMT-nin Livan üzrə Xüsusi Tribunalı rəsmi Beyruta müraciət edib. Xüsusi komissiya bu həftənin əvvəli «Hizbullah» şiə qruplaşmasının lideri Həsən Nəsrallahın faş etdiyi materialların onlara verilməsini xahiş edib. «Hizbullah» nümayəndələri bəyan ediblər ki, videogörüntülər İsrailin bu gurultulu qətllə bağlılığını sübut edə bilər. Kanadalı Daniel Belmarın rəhbərlik etdiyi BMT-nin Livan üzrə Xüsusi Tribunalının bəyanatı dünən yayılıb. Orada vurğulanır ki, prokurorluğun dəftərxanası mandatına uyğun olaraq Livanın hakimiyyət orqanlarını «Hizbullah» liderinin malik olduğu informasiyanın onlara verilməsində yardımçı olmağa çağırıb. Belmarın mətbuat katibi Fatima İssavi bildirib ki, tribunal hər zaman Rafiq Həririyə hücumla bağlı məlumatlı şəxsləri onlarla əməkdaşlığa dəvət edib.
Oxumaq
14.08.10  
 
Şenol Günəş “Liverpul”dan qorxmur
"Trabzonspor"un düşərgəsində əhval-ruhiyyə əladır

Ötən mövsümə əla yekun vuran və yeni "futbol ili"nin əvvəlində son çempion "Bursaspor"u superkubok matçında 3:0 hesabıyla məğlub edən "Trabzonspor"un düşərgəsində əhval-ruhiyyə əladır. Komandanın baş məşqçisi Şenol Günəş bu mövsüm daha yaxşı oynayacaqlarını düşünür. Mətbuat konfransı keçirən Şenol Günəş iddialı açıqlamalarıyla diqqət çəkib: "Digərlərindən fərqlənmək istəyirik. Biz güclü komandayıq. İstədiklərimizi həyata keçirməyə qadirik. "Bursaspor"la oyunda azarkeş coşğusunu görüb çox sevindim. Bu komandanın bir parçası olduğuma görə xoşbəxtəm. Azarkeşlərimizə təşəkkür edirəm".
Oxumaq
14.08.10  
 
Klyuvert vətəninə qayıdıb
Patrik Klyuvert vətəninə qayıdıb. Ötənlərin məşhur hücumçusu bundan sonra "Neymegen"ə xidmət edəcək.
Hollandiya millisinin keçmiş bombardiri Hollandiya klubunun məşqçi korpusunda fəaliyyət göstərəcək. Onun müqaviləsi birilliyə nəzərdə tutulub. Maraq üçün 34 yaşlı Klyuvertin "Neymegen"in baş məşqçisi Vilyam Vluta kömək edəcəyini bildirək. O, bu klubdan aldığı təklifi heç də təsadüfən müsbət cavablamayıb. Axı Klyuvert Vlutla PSV-də birgə çalışıb. Bu yerdə Patrikin karyerasını 2008-ci ildə bitirdiyini xatırladaq. Sonradan məşqçilik kurslarına gedən sabiq hücumçu bu ilin yanvarında Avstraliyanın "Brisben" klubunda məşqçi-köməkçisi postuna təyinat almışdı.
Oxumaq
14.08.10  
 
Səhifələr : 1 2 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •