Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Avq.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 12.8.2010
Səhifələr : 1 2 3 » #
Fransa miqrantlara “yox” deyir
Sarkozi səs qazanmağın populist yolundan faydalanır
Oxumaq
12.08.10  
 
Londonda sensasiya
İtaliya Kot d’İvuar yığmasına uduzub
Oxumaq
12.08.10  
 
Mirşahin Ağayev onu ittiham edənlərə cavab verdi
«Mən Eynullanı jurnalist hesab eləmirəm. Biz onu Londona kursa aparmışıq, amma onu jurnalist edə bilməmişik. Onu dəqiq və qərəzsizliyə öyrədə bilmədiyimizdən işdən qovmuşuq... Özü də mən!!! Şəxsən mən qovmuşam!»
Oxumaq
12.08.10  
 
«Turan»ın maliyyə mənbələri araşdırılmalıdır
Mehman Əliyev israrla ölkə KİV-inin maliyyə mənbələrinin araşdırılmasını tələb edir. Əgər belədirsə, ilk növbədə o özündə cəsarət tapıb qaranlıq mənbələrdən aldığı vəsaitlərin hesabatını versin
Oxumaq
12.08.10  
 
Günahkar mənəm
Ehud Barak Türkiyə gəmiləri ilə bağlı baş verənlərə görə məsuliyyəti öz üzərinə götürüb

İsrailin müdafiə naziri Ehud Barak Aralıq dənizində Türkiyə gəmiləri ilə bağlı baş verənlərə görə yalnız özünün məsuliyyət daşıdığını deyib. Müdafiə naziri yardım donanması ilə əlaqədar verilən bütün hərbi təlimatların ona aid olduğunu deyib və məsuliyyəti öz üzərinə götürüb. Xatırladaq ki, İsrail ordusunun 31 mayda Qəzzaya yardım aparan “Mavi Marmara” gəmisinə hərbi basqınla bağlı yaradılan araşdırma komissiyasında bu ölkənin baş naziri Benyamin Netanyahu ifadə verib. O, müdafiə nazirinə yardım donanması ilə bağlı lazımi işləri görməsini tapşırdığını deyib. Ehud Barak isə öz növbəsində əməliyyat planının 5 gün öncə, mayın 26-da baş nazirə təqdim edildiyini bildirib. İsrailin müdafiə naziri, həmçinin nəticəsindən asılı olmayaraq, gəmilərə hərbi basqını müdafiə edib.
Oxumaq
12.08.10  
 
Qeytsin qənaət planı işə düşür
Müdafiə Nazirliyində böyük ixtisarlar aparılacaq

ABŞ-ın müdafiə naziri Robert Qeyts iki müharibənin - İraq və Əfqanıstan müharibələrinin reallıqlarını və həddən artıq artmış dövlət borcunu nəzərə alaraq Müdafiə Nazirliyində böyük ixtisarlar aparılacağını elan edib. Pentaqonda keçirilən mətbuat konfransında Qeyts bildirib ki, ixtisar nəticəsində qənaət ediləcək vəsaitə Müdafiə Nazirliyinin başqa sahələrində ehtiyac var.
Oxumaq
12.08.10  
 
Milli komandamız İraqı da qabaqladı
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, ötən ayla müqayisədə 1 pillə irəliləyən Azərbaycan millisi 105-ci yerdə qərarlaşıb. Yığmamızın hesabında 266 xal var. Berti Foqtsun yetirmələri ötən ay arxada qaldığı İraq yığmasını geridə qoymağı bacarıblar. Onlar Avropada 45-ci yerdədirlər.
Avro-2012-nin seçmə mərhələsindəki rəqiblərimizdən ən yaxşı göstəriciyə Almaniya malikdir. Foqtsun həmvətənləri 1464 xalla yenə 4-cü pillədə qərarlaşıb. Digər rəqiblərimizdən Türkiyə 810 xalla 28-ci, Belçika 589 xalla 48-ci, 536 xala malik Avstriya isə reytinqin 60-cı komandasıdır. Siyahıda arxada qoyduğumuz yeganə rəqib – Qazaxıstan isə 184 xalla bir pillə irəliləyərək, 125-ci olub.
Siyahıya isə yenə İspaniya başçılıq edir – 1883 xal. İlk “üçlük”dəki yerini qoruyan Hollandiyanın 1658, Braziliyanın isə 1524 xalı var.
Oxumaq
12.08.10  
 
Daum yenidən Türkiyəyə qayıdır
“Fənərbaxça” ilə yollarını ayıran Kristof Daum yenidən Türkiyəyə qayıdır. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis qonşu ölkədə bu dəfə baş məşqçi kimi deyil, şərhçi kimi çalışacaq.
Türkiyənin məşhur TRT telekanalı Daumun bir günlük şərhinə 300 min avro təklif edib. Lakin məşqçi bu təklifə hələ rəsmi cavab verməsə də, sözləşməni imzalamaq üçün vaxt istəyib.
Qeyd edək ki, almaniyalı çalışdırıcının yenidən Türkiyəyə dönməsi “Fənərbaxça” rəsmilərinin də hərəkətə gətirib. Onlar bu sözləşmənin baş tutmaması üçün ciddi hərəkətə keçiblər.
Oxumaq
12.08.10  
 
Avstriya yığması ciddi itki ilə üzləşdi
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Avstriya yığması ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, rəqibimizin kapitanı Mark Yanko bu gün İsveçrə ilə keçiriləcək yoldaşlıq oyununda iştirak edə bilməyəcək. Buna 27 yaşlı hücumçunun baldır əzələsindəki zədə səbəb olub.
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovla birlikdə Hollandiyanın “Tvente” klubunun şərəfini qoruyan Yanko yalnız 60 faiz bərpa olunduğundan sağlamlığı ilə risk etmək istəməyib.
Qeyd edək ki, Markdan başqa, avstriyalıların heyətində daha iki itki var. Qapıçı Yurgen Maxo və yarımmüdafiəçi Daniel Bayxler də zədə ucbatından oynamayacaq.
Oxumaq
12.08.10  
 
Mircavadovun baxışa çağırdığı futbolçu “Xəzər-Lənkəran”da
“Xəzər Lənkəran” daha bir futbolçunun transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, cənublular rumın müdafiəçi Adrian Yordaşe ilə anlaşıb. Bu futbolçu 2 il “ağ-yaşıllar”ın şərəfini qoruyacaq.
Arxa xətt oyunçusu hələ Ağasəlim Mircavadovun baş məşqçiliyi dövründə baxışa çağırılmışdı. Almaniyada təlim-məşq toplanışı zamanı sınanan Adrian yalnız həmyerlisi Mirça Rednikin baş məşqçi postuan gəlməsindən sonra transfer olunub.
1.87 m boya malik legionerin karyerası daha çox vətəninə bağlıdır. 30 yaşlı Adrian Rumıniyada “Papid”ə qədər “Arceş”, “Otselul”, “Dinamo” kimi klublarda, Rusiyada “Şinnik”, Kiprdə “Alki”, AEL-də oynayıb.
Oxumaq
12.08.10  
 
Səhifələr : 1 2 3 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •