|
|
|
Avtomaşın qaçıran şəxs tutulub
|
|
Paytaxtda avtomobil qaçıran şəxs tutulub. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Anar Rəhimov saxlanılıb. O, iyulun 23-də Azər Behbudova məxsus "Mercsedes" markalı avtomaşını qaçırmaqda təqsirləndirilir. Mehdiabad qəsəbə sakini olan A.Rəhimov əvvəllər də məhkumluq həyatı yaşayıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
|
Oxumaq
12.08.10
|
| |
|
|
Bir gündə 34 cinayət
|
|
Respublikanın daxili işlər orqanları tərəfindən avqustun 11-də gün ərzində 34 cinayət faktı qeydə alınıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, qeydə alınan cinayətlərin 25-i “isti izlər”lə açılıb. Həmçinin ötən günlərdən bağlı qalan 2 cinayətin üstünü açmaq mümkün olub. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
|
Oxumaq
12.08.10
|
| |
|
|
Adam oğrularına hökm oxunub
|
Vadim Quliyev 9 il, Nikolay Limberq isə 10 il müddətinə azadlıqdan məhrum edilib
Avqustun 11-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim İlqar Murquzovun sədrliyi ilə adam oğurluğunda təqsirləndirilən şəxslərin məhkəməsi başa çatıb. Məhkəmə qarşısında Bakı şəhəri sakinləri Vadim Quliyev və Nikolay Limberq cavab verib. İttihama görə, hadisə 2010-cu il yanvarın 25-də törədilib. V.Quliyev və N.Limberq qabaqcadan əlbir olaraq Bakı şəhər sakini, 25 yaşlı Timur Əliyevi girov götürüblər.
|
Oxumaq
12.08.10
|
| |
|
|
Mənzilləri qarət edən dəstə üzvlərinin məhkəməsi başlayıb
|
Məhkəmə qarşısında cavab verənlər çeçenlərdir
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Novruz Kərimovun sədrliyi ilə oğurluqla məşğul olan dəstə üzvlərinin məhkəməsi başlayıb. Məhkəmə qarşısında Çeçenistan Respublikasının vətəndaşları Maqomed Ramzanoviç Nuxayev, Eduard Yakovleviç Yusifov, David Aleksandr Kakonridze, Elnur Əzizov və Ramiz Nemətov cavab verib. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 180.2.1. (soyğunçuluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunublar.
|
Oxumaq
12.08.10
|
| |
|
|
Narkotik alverində təqsirləndirilən qadınların məhkəməsi yekunlaşıb
|
Məhkəmənin hökmündən sonra onlardan biri həbsxanaya, digəri evinə yollanıb
Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə hakim Ələkbər Quliyevin sədrliyi ilə narkotik vasitə alverində təqsirləndirilən şəxslərin məhkəməsi yekunlaşıb. Məhkəmə qarşısında Ucar rayon sakini Yeganə Həsənova və Sumqayıt şəhər sakini Aynurə Abdullayeva cavab verib. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunublar.
|
Oxumaq
12.08.10
|
| |
|
|
Mamukanın müəmmalı ölümü
|
Kinomanlar onu daha çox “Yaramaz” filmindən tanıyırlar. Ancaq gürcü və rus kinosevərləri üçün o çox sevimli və məşhur aktyordur. Mamuka Kikaleyşvili Tbilisidə doğulub. Onun anası Gürcüstanın Xalq artisti Leyla Dzuqraşvili bütün ömrü boyu Şota Rustaveli adına teatrda çalışıb. Atası Andro Kikaleyşvili onun direktoru olub.
|
Oxumaq
12.08.10
|
| |
|
|
|
|
|
|
|
|
|