|
|
|
|
|
|
|
|
|
Elm Asiyaya köçür
|
Az vaxtdan sonra dünya üzrə alimlərin və mühəndislərin 90 faizi bu qitədə yaşayacaq
Son yarım əsrdə Amerika iqtisadiyyatının inkişafının əsas səbəbkarı elm və texnika olub. Ancaq tədricən o, bu sahədəki birinciliyini əldən verir və liderlik Asiyanın yeni super dövlətlərinə keçir. Az vaxtdan sonra dünya üzrə alimlərin və mühəndislərin 90 faizi Asiyada yaşayacaq.
|
Oxumaq
10.08.10
|
| |
|
|
Mişel Obamanın bir günü 80 min dollara başa gələn istirahəti
|
ABŞ-ın birinci ledisi səkkizinci məzuniyyətini götürür
Barak Obama Çikaqoda öz yoldaşları ilə 49 yaşını qeyd edəndə xanımı Mişel Obama 9 yaşlarında olan qızı Saşayla İspaniyada istirahət edirdi. Ağ Ev Obama ailəsinin dostlarının da qoşulduğu bu səfəri dörd günlük «şəxsi səfər» kimi təsvir edir. Əlbəttə ki, heç bir birinci xanımın həyatı şəxsi sayılmır və artıq Mişel Obamanın xarici ölkədəki gəzintisi ətrafında çoxlu söz-söhbət yaranıb. Foks Nyus məlumat verir ki, birinci xanımın səyahətindən əvvəl ABŞ Dövlət Departamenti İspaniyaya səfər edən afroamerikalılara xəbərdarlıq edib ki, «irqçi mənfi rəylər onların həbsinə səbəb ola bilər».
|
Oxumaq
10.08.10
|
| |
|
|
Türkiyədə «təyinat böhranı» sona çatıb
|
Abdulla Gül Ali Hərbi Şuranın təyinatlara dair qərarnaməsini imzalayıb
Türkiyə Ali Hərbi Şurasının ötən həftə sonu keçirilən iclaslarında hökumətlə silahlı qüvvələr arasında yaşanan «təyinat böhranı» sona çatıb. Baş nazir Ərdoğanın quru qoşunları komandanlığına ordu generalı Hasan İğsızın gətirilməsinə qarşı çıxmasından sonra yaranan böhran baş qərargahın bu vəzifəyə yeni namizəd göstərməsi ilə aradan qaldırılıb. Prezident Abdulla Gülün imzaladığı qərarla quru qoşunları komandanı, ordu generalı İşık Koşanər Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi təyin edilib. Birinci ordunun komandanı, ordu generalı Ərdal Ceylanoğlu quru qoşunları komandanı vəzifəsinə gətirilib. Koşanər vəzifəsini 3, Ceylanoğlu isə 1 il icra edəndən sonra pensiyaya çıxacaq. Avqust ayının 30-na qədər komandanlıqlarda təhvil-təslim mərasimləri keçiriləcək. Baş Qərargah rəisi, ordu generalı Koşanər vəzifəsinin icrasına 30 avqustda başlayacaq.
|
Oxumaq
10.08.10
|
| |
|
|
Azarkeşlər məşqçini döyüb
|
|
Duşan Bayeviç arzuolunmaz vəziyyətə düşüb. AEK-in azarkeşləri məşqçini döyüb. Maraqlıdır ki, buna komandanın yoldaşlıq matçındakı məğlubiyyəti səbəb olub. Afinalılar ölkə çempionatının 2-ci divizionunda yarışan "Kallitea"ya 1:2 hesabıyla uduzub. Yeri gəlmişkən, serb mütəxəssisin yerli azarkeşlərlə münasibətləri çoxdan pisləşib. Bayeviç 1996-cı ildə Yunanıstanın digər nəhəngi "Olimpiakos"dan aldığı təklifi müsbət cavablamaqla AEK fanatlarının gözündən düşmüşdü. Klubun prezidenti Stavros Adamidis baş verən hadisəyə şərh verərkən məşqçinin döyülməsi faktını klubun rüsvayçılığı kimi qələmə verib. Bayeviçin, necə deyərlər, bu gün-sabah postundan getməsi gözlənilir.
|
Oxumaq
10.08.10
|
| |
|
|
Elanonun gələcək taleyi naməlumdur
|
Onunla "Milan" və "Yuventus"un maraqlanır
"Qalatasaray"ın braziliyalı yarımmüdafiəçisi Elano Blumerin gələcək taleyi hələ də naməlumdur. Bu futbolçuyla İtaliyanın iki nəhəngi "Milan" və "Yuventus"un maraqlanır. Bugünlərdə isə Türkiyə mətbuatında Elanonun transferiylə bağlı bütün qaranlıq məsələlər aydınlaşıb. Sən demə, "Milan"ın vitse-prezidenti Adriano Qalliani 10 gün öncə İstanbula gələrək başqan Adnan Polatla müzakirələr aparıb. Məlum olduğu kimi, "Cim-Bom" "sambaçı"ya görə 15 milyon avro tələb edirdi. Amma danışıqlar zamanı bu məbləğ 14 milyon avroya enib.
|
Oxumaq
10.08.10
|
| |
|
|
“Qarabağ”da ciddi itki
|
Əfran İsmayılov 6 ay oynamayacaq
Ağdamın “Qarabağ” klubu aparıcı futbolçularından biri Əfran İsmayılovun xidmətindən məhrum olub. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının I turunun “Neftçi” ilə matçında zədələnən 22 yaşlı yarımmüdafiəçisi bu gün müayinə olunub. Nəticə futbolçu üçün heç də ürəkaçan olmayıb. Belə ki, dizindən zədələ alan Əfran birinci dövrədə meydana çıxmayacaq. Bu da onun 6 ay oynamaması deməkdir. Millimizin Küveytlə oyunu üçün açıqlanan heyətdə də yer alan İsmayılov bu gün və ya sabah Türkiyəyə cərrahiyyə əməliyyatı olunmağa yollanacaq.
|
Oxumaq
10.08.10
|
| |
|
|
|