Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« İyul.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 9.7.2010
Səhifələr : 1 2 3 » #
İspanlar almanlara aman vermədilər
Dünya çempionatının qalibi indiyə qədər çempion ola bilməyən ölkə olacaq
Oxumaq
09.07.10  
 
“Bölgə mətbuatı sırf həvəskarların üzərində qalıb”
Milli mətbuatın 135 illik yubileyi yaxınlaşır. Bayram ərəfəsində jurnalistlərin problemləri daha çox yada düşür və qabardılır
Oxumaq
09.07.10  
 
Qəzetlərin yayım dərdi
Köşklərin sayının azalması və əhalinin gur olmadığı yerlərə qoyulması qəzetlərin satılmasına ciddi problem yaradır
Oxumaq
09.07.10  
 
Qanalı futbolçuların hər birinə 20 min dollar
Qananın idman naziri Akua Sena Dansua FİFA-ya rəsmi məktub ünvanlayıb. Maraqlıdır ki, o, ali futbol təşkilatından mövcud futbol qaydalarında bir dəyişiklik etməyi xahiş edir. Naziri FİFA-ya üz tutmağa vadar edən səbəb 1/4 finalın Uruqvayla oyununun son saniyələrində Luis Suaresin qapıya istiqamətlənən topa əliylə mane olmasıyla bağlıdır. Xatırladaq ki, həmin qarşılaşmanın əlavə vaxtının son saniyələrində uruqvaylı futbolçunun bu hərəkəti təbii olaraq penalti ilə dəyərləndirilmişdi. Amma qanalıların hücumçusu Asamoa Qyan yüzfaizli qol şansını boşa vermişdi.
Oxumaq
09.07.10  
 
Naci Şensoy: “Bakı” ilə müqavilə bağlayırdıq ki, məsələyə Berti Foqts qarışdı”
“Bakı” klubunun təklifi və məqsədi məni tam qane edirdi. Artıq biz müqavilə bağlamağa hazırlaşdığımız vaxt məsələyə Berti Foqts qarışdı. Azərbaycan yığmasının baş məşqçisi həmyerlisinin tərəfini saxladı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Tovuzun “Turan” klubunun sabiq baş məşqçisi Naci Şensoy Bolqarıstan mətbuatına açıqlamasında deyib. Ötən mövsümün sonuna yaxın Plovdivin “Lokomotiv” klubundan ayrılandan sonra işsiz qalan türkiyəli mütəxəssis “Bakı” variantının olduğunu bildirib. Şensoyun sözlərinə görə, son ölkə kubokunun qalibi təcrübəli almaniyalı mütəxəssis Vinfred Şaferə qədər onunla danışıqlar aparırmış. Ancaq bu variant sonda baş tutmayıb:
Oxumaq
09.07.10  
 
Şafer “Köln”ün 2,5 milyon avroluq futbolçusunu alır
Azərbaycan kubokunun son qalibi “Bakı” Bundesliqadan növbəti transfer reallaşdıra bilər. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, ölkəmizi Avroliqada təmsil edəcək paytaxt təmsilçisinin baş məşqçisi Vinfred Şafer “Köln” klubunun nigeriyalı futbolçusu Manasseh İşiakunu (28 oyun, 1 qol) almaq istəyir.
Alman həmkarlarımızın yazdığına əsasən, Şafer kölnlülərin iki il əvvəl 2,5 milyon avroya aldığı 27 yaşlı hücumçuya təklif irəli sürüb. Avroliqaya Almaniyada hazırlaşan “Bakı” bu gün sonuncu yoxlama oyununu elə “Köln”lə keçirəcək.
Oxumaq
09.07.10  
 
Fermada yanğın
13 ton ot yanıb

Şəki rayonunun Cuma kəndində, kənd sakini Həmzəd Məmmədova məxsus fermada yanğın baş verib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, nəticədə, 1.600 kvadratmetr sahədə fermanın yanar konstruksiyaları və oraya yığılmış 13 ton ot yanıb.
Cəlilabad rayonunun Adnalı kəndində, kənd sakini Rövşən Həsənova məxsus 2 mərtəbəli 4 otaqlı evdə yanğın baş verib. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Hər iki faktla bağlı araşdırmalar aparılır.
Oxumaq
09.07.10  
 
Dilənçiliklə məşğul olan 24 nəfər saxlanılıb
Binəqədi RPİ, Yasamal RPİ və Nizami RPİ əməkdaşları paytaxt küçələrində avaralıq və dilənçiliklə məşğul olan şəxsləri saxlayıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, saxlanılan 24 nəfər olub.  Onlar Bakı BPİ-nin İnzibati Həbs Olunanları Saxlama Məntəqəsinə göndərilib. 
Oxumaq
09.07.10  
 
Paytaxtda mağaza yarılıb
Törədilən 5 oğurluq faktının üstü açılıb

Hüquq-mühafizə orqanları bir neçə oğurluq faktının üstünü açıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Binə qəsəbəsi ərazisində, qəsəbə sakini Mircamal Mürsəlova məxsus mağazadan 300 manat pul və 60 ədəd danışıq kartı oğurlanıb. Xəzər RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Hövsan qəsəbə sakini İbrahim Qasımov və Binə qəsəbə sakini Murad Əliyev tutulub.
Oxumaq
09.07.10  
 
«Mercedes» qəzaya uğrayıb
Şirvan şəhəri ərazisində, şəhər sakini Etibar Cavadov "Mercedes" markalı avtomaşını idarə edərkən onu ağaca vurub. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, nəticədə xəsarət alan E.Cavadov və sərnişinləri - qardaşı Bəhlul, habelə həmyerlisi Rizvan Qurbanov xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxumaq
09.07.10  
 
Səhifələr : 1 2 3 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •