|
|
|
|
|
|
|
|
|
Bakiyevi verin
|
Otunbayeva əl çəkmir
Qırğızıstan hökuməti eks-prezident Kurmanbek Bakiyevdən əl çəkmir. Yeni prezident Roza Otunbayeva növbəti dəfə Belarusa müraciət edib. Müraciətdə Qırğızıstanın devrilmiş prezidentinin Bişkekə təhvil verilməsi istənilib. «Əvvəllər Minsk Bakiyevin ekstradisiyasından imtina edərək, bunu Qırğızıstanın müvəqqəti hökumətinin qeyri-legitimliyi ilə əsaslandırırdı. İndi isə referendum keçirilib və Otunbayeva ölkə başçısı kimi təsdiqlənib. Artıq bütün dövlət orqanları, həmçinin Baş Prokurorluq legitimdir. Odur ki, biz bir daha Minskdən Bakiyevin Bişkekə təhvil verilməsini istəyirik» - deyə Qırğızıstan baş nazirinin müavini Azimbek Beknazarov bildirib.
|
Oxumaq
08.07.10
|
| |
|
|
Fələstinlilərlə birbaşa danışıqların vaxtı çoxdan çatıb
|
Netanyahu Obama ilə görüşündə danışıqlara hazır olduğunu ifadə edib
İsrailin baş naziri Binyamin Netanyahu ABŞ prezidenti Barak Obama ilə görüşüb. Bu onların Ağ evdə 5-ci görüşüdür. Görüş zamanı Obama Birləşmiş Ştatlar-İsrail münasibətlərini qırılmaz münasibətlər adlandırıb. Barak Obama İsrailin bir müddət əvvəl Qəzza zolağının blokadasını yüngülləşdirmək qərarını alqışlayaraq, bunu əsl irəliləyiş adlandırıb. Obama jurnalistlərə bildirib ki, onun qonağı öz hökumətinin fələstinlilərlə ciddi danışıqlara hazır olduğunu ifadə edib:
|
Oxumaq
08.07.10
|
| |
|
|
ABŞ hərbçiləri zəhərli qum kabusu ilə üz-üzə
|
Əsgərlərdə yaddaşsızlıq, hərəkətlərində, müvazinətlərində problemlər müşahidə olunur
ABŞ hərbi qüvvələri Əfqanıstanda dəhşətli bir kabusla üzləşib. Zəhərli qum fırtınaları “Taliban” silahlılarının pusqusundan, yol kənarına basdırılmış bombalardan daha qorxuludur. ABŞ donanmasının apardığı son araşdırma zamanı məlum olub ki, Əfqanıstandakı qum fırtınaları tək nəfəs yolları və ağciyərlərdə yox, əsgərlərin beynində, sinir sistemində sağalmaz zədələrə yol açır. Buna səbəb bu qumun tərkibində manqanez kimi zəhərli təsirə malik metalların olmasıdır.
|
Oxumaq
08.07.10
|
| |
|
|
|
|
|
|
Qəzetlər niyə rəngli çıxmırlar?
|
Yenə də səbəb kimi iqtisadi çətinliklər göstərilir
Milli Mətbuatımız 135 illik yubileyini qeyd etməyə hazırlaşır. Bu müddət ərzində Azərbaycan mətbuatı çox uzun bir inkişaf yolu keçib. «Əkinçi»dən başlayan bu uzun yolun 135 il ərzində çox enişi-yoxuşu olub. Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra isə mətbuatımızın inkişafında yeni bir mərhələ başlayıb. Müstəqil mətbuat inkişaf edib, yeni-yeni qəzet və jurnallar nəşrə başlayıb. Mərhələ-mərhələ mətbuatın üzləşdiyi problemlər aradan qaldırılıb. Müstəqil mətbuatın inkişafına təkan verən mükəmməl hüquqi baza yaradılıb. Bu gün hətta beynəlxalq təşkilatlar da etiraf edirlər ki, Azərbaycanın media qanunvericiliyi demokratikliyi baxımından Avropa ölkələrindən heç nə ilə geri qalmır.
|
Oxumaq
08.07.10
|
| |
|
|
|