|
|
|
|
|
|
|
Mundial xəbərləri
|
Yəqin Avstraliya Futbol Federasiyası (AFF) ətrafında yaranan qalmaqlalı hadisədən xəbəriniz var. Bugünlərdə yerli qəzetlərdən birində AFF məmurlarının FİFA-nı rüşvət yoluyla ələ almaq planı haqda sensasion məqalə çap olunmuşdu. Məqalənin həmmüəllifləri AFF bosslarının DÇ-2022-nin təşkilatçılıq hüququnu qazanmaq üçün FİFA-nın İcraiyyə Komitəsinin (İK) bir neçə üzvünə hədiyyə və rüşvət verdiyini və ya verməyi planlaşdırdığını iddia etmişdi. Bu xəbər necə deyərlər, aydın səmada şimşək effekti verməyə bilməzdi.
|
Oxumaq
07.07.10
|
| |
|
|
Maradona: Mənim dövrüm bitdi
|
Argentina milli komandasının baş məşqçisi Dieqo Maradona tutduğu vəzifəni tərk edəcək. Apasport.az saytının məlumatına görə, 50 yaşlı futbol əfsanəsi komandadan ayrılacağını açıqlayıb. Maradona Argentina yığmasındakı fəaliyyətini bitmiş hesab edir: “Mənim bu yığmadakı dövrüm bitdi. Mən bacardığım hər şeyi komandaya verdim”. Qeyd edək ki, Maradonanın rəhbərlik etdiyi Argentina yığması dünya çempionatının final mərhələsinin 1/4 final oyununda Almaniyaya 0:4 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.
|
Oxumaq
07.07.10
|
| |
|
|
“İnter”dən beşinci qələbə
|
Yeni mövsümə hazırlıqları davam etdirən Bakının “İnter” klubu Bolqarıstandakı təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Kaxaber Sxadadzenin yetirmələri Plovdivin “Lokomotiv” komandası ilə qarşılaşıb. Azərbaycan çempionu Plovdiv təmsilçisinə qalib gələ bilib. Bakılılar oyunun 68-ci dəqiqəsində Petar Zlatinovun vurduğu qolla meydanı qalib tərk edib – 1:0. Bu, paytaxt təmsilçisinin Bolqarıstandakı 5-ci qələbəsi olub. Qeyd edək ki, plovdivlilərlə görüş “İnter”in toplanışda keçirdiyi 7-ci qarşılaşma olub. Bunadək “Pravets” (6:1), “KOM Minyor” (3:1), “Botev” (2:1), MOİK (1:0) üzərində qələbələri sıralayan bakılılar son iki matçda “Vidima-Rakovski” ilə heç-heçə (2:2) edib, “Eter”ə (1:2) məğlub olmuşdu.
|
Oxumaq
07.07.10
|
| |
|
|
Şuster Anrini “Beşiktaş”a gətirir
|
“Barselona” ilə vidalaşan fransalı ulduz Tyeri Anrinin növbəti mövsümdə "Beşiktaş"da oynayacağı istisna olunmur. Apasport.az saytının xəbərinə görə, karyerasını ABŞ-da davam etdirmək haqda düşünən Anrinin fikrindən döndərilməsi üçün istanbulluların yeni baş məşqçisi Bernd Şuster də öz əlaqələrini işə salıb. "Fənərbaxça"nın da Anrini heyətinə qatmaq istədiyi, lakin "Qara qartal"ın işə daha ciddi girişdikləri bildirilir. Artıq Şuster Fransadakı bəzi dostları ilə də danışaraq, ulduz hücumçunun razılığını almağa çalışır.
|
Oxumaq
07.07.10
|
| |
|
|
FİFA “Qızıl top”la “Brilyant top”u birləşdirdi
|
Avropanın və dünyanın ən yaxşı futbolçularına verilən mükafatlar birləşdirilib. Apasport.az saytının məlumatına görə, “Qızıl top” mükafatı da bundan sonra FİFA-nın himayədarlığı altında təqdim olunacaq. Məlum olduğu kimi, “France Football” jurnalının təsis etdiyi “Qızıl top” 1956-cı ildən Avropanın ən yaxşı futbolçularına verilir. Qalib jurnalistlər arasında sorğunun nəticəsi əsasında müəyyənləşir.
|
Oxumaq
07.07.10
|
| |
|
|
Andrey Rubin “İnter”dən getdi
|
Latviya yığmasının futbolçusu “Qarabag”a keçmək istəyir
Latviya yığmasının futbolçusu Andrey Rubin Bakının “İnter” klubunu tərk edib. Bu haqda apasport.az saytına Rubinin özü məlumat verib. İstirahətdən qayıdandan sonra vətənindən birbaşa Bolqarıstana - “İnter”in hazırlıq keçdiyi məkana yollanan 32 yaşlı sol cinah yarımmüdafiəçisi artıq Bakıya qayıdıb: “Hazırda Bakıdayam, “İnter”lə müqaviləmin müddətinin bitməsini gözləyirdim. Vaxt artıq başa çatdı və mən də bu komandada qalmaq istəmədiyimdən, düşərgəni tərk etdim. İndi başqa komandaya keçidimin həllini gözləyirəm. Bu işlə menecerim məşğul olur”.
|
Oxumaq
07.07.10
|
| |
|
|
Lənkəranda bədbəxt hadisə
|
Ağacdan yıxılan şəxs dünyasını dəyişib
Lənkəranda bədbəxt hadisə baş verib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Lənkəran şəhərinin Türkəkəran kəndində, kənd sakini Feyruz Həsənov həyətindəki ağacdan yıxılıb. Xəsarət alan F.Həsənov xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırmalar aparılır.
|
Oxumaq
07.07.10
|
| |
|
|
|