|
|
|
|
|
|
|
|
|
Azərbaycanlı musiqiçilər türkdilli xalqların orkestrində
|
Azərbaycanın istedadlı musiqiçiləri Nigar İbrahimova, Mustafa Mehmandarov və Üzeyir Mahmudbəyli Türkiyədə iki konsert proqramı ilə çıxış edəcək TÜRKSOY Gənclər Evi Orkestrinin tərkibinə daxil ediliblər.
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən verilən məlumata görə, orkestrin ilk konserti avqustun 2-də Türkiyə Dövlət Rəsm Muzeyində baş tutacaq.
|
Oxumaq
30.07.10
|
| |
|
|
Qadın yol qəzası törədib
|
Yol qəzasında iki nəfər dünyasını dəyişib
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Nizami rayonu ərazisindəki H.Əliyev prospektində Bakı şəhər sakinləri Tural Əliyevin idarə etdiyi "Toyota" markalı və Qızxanım Musayevanın idarə etdiyi "Nissan" markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən Q.Musayevanın sərnişini, həmyerlisi Günay Quliyeva orada dünyasını dəyişib.
|
Oxumaq
30.07.10
|
| |
|
|
Dilənçiliklə məşğul olan 47 nəfər saxlanılıb
|
|
Bakı BPİ-nin İctimai Təhlükəsizlik İdarəsi, Səbail RPİ və Nizami RPİ əməkdaşları paytaxt küçələrində avaralıq və dilənçiliklə məşğul olan 47 nəfəri saxlanılıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Bakı BPİ-nin İnzibati Həbs Olunanların Saxlama Məntəqəsinə göndərilib.
|
Oxumaq
30.07.10
|
| |
|
|
Xeyli çətənə kolu məhv edilib
|
|
Xeyli çətənə kolu məhv edilib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Şəki ŞPŞ əməkdaşları tərəfindən rayonun Öyrət kəndi ərazisində yabanı halda bitən, çəkisi 3,2 ton olan 32.000 ədəd çətənə kolu məhv edilib. Həmçinin, Qusar RPŞ əməkdaşları Zindan-Muruq kəndi ərazisindən yabanı halda bitmiş, çəkisi 2 ton 482 kiloqram olan 2.204 ədəd çətənə kolunu yığaraq məhv ediblər.
|
Oxumaq
30.07.10
|
| |
|
|
Üç oğurluq faktının üstü açılıb
|
Saxlanılanlardan ikisi əvvəllər də məhkumluq həyatı yaşayıb
Hüquq-mühafizə orqanları bir neçə oğurluq faktının üstünü açıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Şahbaz Şahbazovun mənzilindən 2.200 manat və 100 dollar pulunu oğurlamaqda şübhəli bilinən şəxs tutulub. Saxlanılan Bakı şəhər sakini Kazım Səfərov əvvəllər də məhkumluq həyatı yaşayıb.
|
Oxumaq
30.07.10
|
| |
|
|
Bakıya çəkilən su xətti bir nəfərin ölümünə səbəb olub
|
“TTŞ İnşaat" MMC-də fəhlə işləyən İntizam Əzizov boru ilə torpaq divarın arasında qalıb
Oğuz rayonu ərazisində bədbəxt hadisə baş verib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisə Oğuz rayonundan Bakı şəhərinə çəkilən su xəttinin tikintisi zamanı baş verib. Tikintini aparan “TTŞ İnşaat” MMC-də fəhlə işləyən Tərkeş kənd sakini İntizam Əzizov su xətti üçün qazılmış quyuda borunu yerləşdirərkən torpaq sürüşməsi nəticəsində boru ilə torpaq divarının arasında qalaraq ölüb. Faktla bağlı araşdırma aparılır.
|
Oxumaq
30.07.10
|
| |
|
|
|