|
Rednikin “Xəzər-Lənkəran”da ilk rumıniyalı transferi
|
“Xəzər-Lənkəran” daha bir transfer reallaşdırıb. Apasport.az saytının məlumatına görə, Lənkəran təmsilçisi bu gün rumıniyalı futbolçu Stanku Stelianla iki illik müqavilə imzalayıb. 28 yaşlı Stelian sağ cinah müdafiəçisi olsa da, yarımmüdafiənin sağ cinahında da oynaya bilir. Peşəkar futbolçu karyerasına 18 yaşında başlayan Stelian vətənində “Astra Ploeşti” (Ploeşti), “Sportu Studentesc” (Buxarest), “Styaua” (Buxarest), “Poli Timişoara” (Timişoara) və “Braşov” (Braşov) klublarında oynayıb.
|
Oxumaq
30.07.10
|
| |
|
|
Kriştanu Ronaldo “mavi” çıxdı
|
Madrid “Real”ın portuqaliyalı ulduzu Kriştanu Ronaldo “mavi”dir. Apasport.az saytının xəbərinə görə, bu iddia ilə Avropanın bir neçə nüfuzlu mətbu orqanları çıxış edib.
Avropalı həmkarlarımızın bu qənaətə gəlməsinə səbəb portuqaliyalı futbolçunun keçmişdə çəkdirdiyi şəkillər səbəb olub. Ronaldo obyektivə müxtəlif pozalarda yaxalanıb. Qadın ayaqqabısı geyinən və kişiyə yaraşmayan şəkillər çəkdirən dünyanın ən bahalı oyunçusu yenidən gündəmi zəbt edib.
|
Oxumaq
30.07.10
|
| |
|
|
“Fulhem” Hyuza tapşırıldı
|
Mark Hyuz İngiltərənin “Fulhem” klubunun yeni baş məşqçisi təyin edilib. Apasport.az saytının məlumatına görə, tanınmış uelsli mütəxəssis qarşıdakı 24 saatda London təmsilçisinin yeni çalışdırıcısı kimi təqdim olunacaq. Hyuz klubun sahibi olan ərəb şeyxi Məhəmməd Əl Fayedin baş məşqçi postunda “Liverpul”un sükanı arxasına keçən Roy Hocsonu əvəzləmək təklifini qəbul edib. Ötən ilin dekabrında “Mançester Siti”dən qovulan Hyuza yeni klubunda ildə 2 milyon avro məvacib təklif olub. Həmin məbləğ “Ayaks”ın baş məşqçisi Martin Yola da təklif edilsə də, o, Hollandiyada işini davam etdirməyi üstün tutub.
|
Oxumaq
30.07.10
|
| |
|
|
“Fənər” İsveçrədə qələbəni əldən verdi
|
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 28-də daha 9 oyun keçirildi. Daha çox diqqətçəkən nəticələr sırasında "Aktobe"nin Təl-Əviv "Hapoel"ini minimal, "Braqa"nın "Seltik"i böyük hesabla yenməsini, "Ayaks"ın isə öz meydanında PAOK-un müqavimətini qıra bilməməsini qeyd etməliyik. Braqalılar kimi rəqibini darmadağın edən "Partizan", eləcə də səfərdə qələbə qazanan "Bazel" ilə "Rusenborq"un növbəti mərhələyə çıxmaq şansını artırdığını da vurğulaya bilərik. 3-cü təsnifat mərhələsi, ilk oyunlar
|
Oxumaq
30.07.10
|
| |
|
|
Raulu Almaniyada anşlaqla qarşıladılar
|
Onun “Şalke-04"ün hücumçusu kimi ilk məşqini 3 minə yaxın fanat izləyib
Yəqin ki, "Real"la vidalaşan Raulun "Şalke-04"ylə ikiillik müddətə müqavilə imzalamasından xəbəriniz var. Artıq futbolçu yeni klubunda rəsmi təqdimat mərasimində də iştirak edib. Qeyd edək ki, Helzenkirhendə baş tutan rəsmi təqdimat mərasimindən sonra Raul klubun rəsmi saytına müsahibə verib. Bir neçə gün öncə "Real" düşərgəsiylə vidalaşarkən "rəqib kimi "Santyaqo Bernabeu"ya qayıtmaq çox ağır olacaq" deyən forvard bu dəfə tam fərqli ifadələr işlədib.
|
Oxumaq
30.07.10
|
| |
|
|
Casus qalmaqalı səngimir
|
ABŞ Prokurorluğu Anna Fermanovanı Rusiyaya qanunsuz olaraq hərbi texnologiyalar daşımaqda ittiham edib
Birləşmiş Ştatlar daha bir rus qadın casusu ifşa edib. ABŞ Prokurorluğu Amerika vətəndaşı olan Anna Fermanovanı Rusiyaya qanunsuz olaraq hərbi texnologiyalar daşımaqda ittiham edib. Texas ştatının 24 yaşlı sakini mart ayında Nyu-York aeroportunda Moskva reysinə minən zaman yaxalanıb. Belə ki, onun baqajından Amerika hərbçilərinin yeni istehsalı olan gecə görüntülü “Raptor 4X” optik nişangahı tapılıb.Qızın sözlərinə görə, o, nişangahı İnternet vasitəsilə alıb və onları Dövlət Departamentinin icazəsi olmadan harasa aparmağın qadağan olduğunu bilməyib. Həmin vaxt texnika müsadirə edildikdən sonra Fermanova buraxılıb. O, Rusiyada olduğu müddətdə isə Rusiya ilə ABŞ arasında qalmaqal baş verib və qız iyulun 15-də ölkəsinə qayıdan zaman Fermanovanı hava limanında təhlükəsizlik xidmətinin əməkdaşları qarşılayıb. Hazırda o, valideynlərinin evində həbsdədir.
|
Oxumaq
30.07.10
|
| |
|
|
İspanlar korridaya «yox» deyir
|
Kataloniya parlamentinin üzvləri korrida yarışmasını qanundan kənar elan etdilər
İspaniyanın Kataloniya parlamentinin üzvləri korridaya qoyulan qadağanı təsdiq ediblər. Bu qadağa 2012-ci lin yanvarın 1-dən qüvvəyə minəcək. Yeni qanunun qəbuluna səbəb 180 min nəfərin imzası ilə daxil olan petisiya olub. Orada korrida həddən artıq sərt və köhnəlmiş əyləncə növü kimi göstərilib. Beləliklə, Kataloniya İspaniya vilayətləri içərisində korridaya qadağa qoyan ilk vilayət olub. Məsələ səsverməyə qoyularkən deputatların 68-i öküzlərin döyüşünün əleyhinə səs verib, 55 nəfər isə bu bu ənənənin saxlanmasını istəyib, 9 nəfər isə bitərəf qalıb.
|
Oxumaq
30.07.10
|
| |
|
|
İçməli sü problemi
|
BMT Baş Assambleyasında keçirilən səsvermə yekdil olmayıb
Birləşmiş Millətlər Təşkilatında içməli su ilə bağlı qətnamənin müzakirəsi keçirilib. Qətnamə məlum bir məsələni bəyan edir: içməli su və sanitariya həyatdan tam həzz almaq üçün lazım gələn insan haqlarıdır. Qətnamə bütün dövlətlər və beynəlxalq təşkilatları hər kəsin bu hüquqları əldə etməsi üçün səyləri artırmağa çağırır. Amma 40-dan çox ölkə bu qətnaməni dəstəkləməyib. Onların arasında Britaniya və Birləşmiş Ştatlarla yanaşı içməli suya böyük ehtiyacı olan Botsvana da var. Bu ölkənin milli valyutasının adı «qoy yağış yağsın» kimi tərcümə olunur.
|
Oxumaq
30.07.10
|
| |
|
|
|
|
|
|
|