Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« İyul.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 27.7.2010
Səhifələr : # « 1 2 3
Uqo Çaves ABŞ-ın planından xəbər tutub
O, özünə qarşı sui-qəsd hazırlandığını iddia edib

Venesuela prezidenti Uqo Çaves ABŞ tərəfindən ona qarşı sui-qəsd və Venesuelada hakimiyyət çevrilişi hazırlandığını iddia edib. O, bu bəyanatı Venesuelanın milli qəhrəmanı Simon Bolivarın 227 illiyi ilə bağlı mərasimdəki çıxışı zamanı verib. Uqo Çaves bildirib ki, bu barədə məlumatları Birləşmiş Ştatlardakı etibarlı mənbədən alıb. Uqo Çaves ona ünvanlanan xəbərdarlıq məktubundan müəyyən hissələri oxuyub. Məktubda xəbərdarlıq edilir ki, Karakasdan kənarda onun həyatına sui-qəsd hazırlanır. Bundan başqa, Uqo Çavesə məlumat verən mənbə bildirib ki, Venesuelaya qarşı təcavüz cəhdi ola bilər. Hücumda ABŞ qoşunları da iştirak etməlidir: “Bilirəm ki, barəmdə ölüm hökmü çıxarılıb. Lakin mən şantaj və təhdidlərə boyun əyməyəcəyəm”. Uqo Çaves Venesuela xalqını ondan nümunə götürməyə çağırıb.
Oxumaq
27.07.10  
 
Ən qlobal informasiya sızıntısı
Amerika və Böyük Britaniya mətbuatında Əfqanıstan müharibəsi barədə məxfi məlumatlar açıqlanıb

Amerika və Böyük Britaniya mətbuatında Əfqanıstan müharibəsi barədə məxfi məlumatlar açıqlanıb. Məlumatlar Amerika hərbçilərinin Əfqanıstandakı hərbi əməliyyatları barədə əsl həqiqətləri üzə çıxarıb.  Material ABŞ-ın  “New York Times”, Böyük Britaniyanın “Qardian”, Almaniyanın “Der Spigel” qəzetlərində nəşr olunub. Məxfi materiallara dair minlərlə fayl məxfi sənədlər və məlumatların dərci sahəsində ixtisaslaşmış «Wikileaks» saytının əlinə keçib.
Oxumaq
27.07.10  
 
BP-də “yarpaq tökümü”
Hayvardın 28 illik fəaliyyətinin uğursuz sonluğu

BP-nin baş icraçı direktoru Tony Hayvard vəzifəsindən getməyə hazırlaşır. BBC-nin əldə etdiyi məlumatlara görə, onun vəzifəsini tərk etməsi haqqında rəsmi açıqlama bu gün ərzində verilə bilər. BP-nin bu xəbərlərlə bağlı verdiyi bəyanatda deyilir ki, rəhbərlik və İdarə Heyəti onu «tam şəkildə dəstəkləyir». BBC-nin biznes məsələləri üzrə redaktoru Robert Peston deyir ki, Hayvardı vəzifəsində çox güman ki, öz amerikalı həmkarı Bob Dudley əvəzləyəcək. Dudley hazırda Meksika körfəzində neftin təmizlənməsi əməliyyatlarına rəhbərlik edir. Hayvardı əvəzləyəcəyi gözlənilən şəxs BP-nin idarəedici direktorudur.
Oxumaq
27.07.10  
 
Səhifələr : # « 1 2 3
ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev Çikaqoda bir sıra rəsmi görüşlər keçirib
  • Əli Həsənov: “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”
  • “5 mətbu orqan Azərbaycan əleyhinə təbliğat aparır”
  • Əli Həsənov: “Azərbaycana gələn qonaqların təhlükəsizliyinə təminat vermişik”
  • Azərbaycan və Fransa arasında əməkdaşlıq üzrə protokol imzalanıb
  • Azərbaycanlı deputat Fransada sosial problemlərin müzakirəsinə qatılacaq
  • Azərbaycanlı deputatlar Ermənistana getdilər
  • Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən monoqrafiya çap olunub
  • “Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar”
  • PA rəsmisi: “İran tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq”
  • İranda saxlanılan gənc şairlərin məsələsi gündəlik diqqətdədir
  • “Təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir”
  • “NATO Cənubi Qafqazdakı münaqişələrə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”

  •