|
|
|
|
|
|
|
“Visla” Bakıya darmadağınla gəlir
|
Avropa Liqasının II təsnifat mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, ikinci dərəcəli qitə klub turnirində cavab oyunları keçirilib. Bu görüşlərdən sonra 40 komanda III təsnifat mərhələsinə vəsiqə qazanıb. Çıxışını davam etdirən yeganə təmsilçimiz “Qarabağ”ın rəqibinin müəyyənləşdiyi matçda Polşanın “Visla” klubu Litva təmsilçisi “Şaulyay”ı darmadağın edib – 5:0. İlk matçda da qələbə qazanan krakovlular Qurban Qurbanovun yetirmələrinin rəqibi olub. Günün ən qeyri-adi hadisəsi isə San Marinoda qeydə alınıb. Bosniya və Herseqovina təmsilçisi “Zrinski”nin “Tre Penne” ilə səfər qarşılaşmasında 11 qol vurulub – 2:9.
|
Oxumaq
24.07.10
|
| |
|
|
Anri yeni komandasında qol hesabını açıb
|
|
Yaxında "Barselona"nı "Nyu York Red Bullz"a dəyişən Tyerri Anri artıq yeni komandasında qol hesabını açıb. Fransız hücumçu "Tottenhem"lə ABŞ turnesində keçirilən yoldaşlıq matçında fərqlənib. Amma onun vurduğu yeganə qol komandasını məğlubiyyətdən xilas etməyib. Premyer-Liqa komandası Kim və Beylin qollarıyla 2:1 hesablı qələbə qazanıb. Anrinin "Barselona"nın əsas heyətindəki yerini böyük ölçüdə itirməsindən sonra iş yerini dəyişmək perspektivinin ortaya çıxdığı hamıya bəllidir. Fransa millisiylə sonuncu mundialda biabırçılıqlardan qaça bilməyən Tyerri MLS liqasına üstünlük verməsində özü kimi məşhur həmkarı Devid Bekhemin önəmli rol oynadığını jurnalistlərdən gizlətmir. Bilindiyi kimi, İngiltərə millisinin yarımmüdafiəçisi hələ bir neçə il əvvəl "Los Anceles Qalaksi"nin fantastik təklifini qəbul edərək okeanın o tayına üz tutmuşdu. Görək Devid Anriyə necə təsir edib: "Qəti qərara gəlməzdən əvvəl Devidlə söhbət etmişdim. Ümumiyyətlə, o, mənə heç vaxt MLS haqda mənfi fikirlər bildirməyib. Əksinə, Bekhem həmişə bu liqada oynamaqdan böyük ləzzət aldığını söyləyirdi. "Beks"ə böyük hörmətim var. O, dahi futbolçudur. Məni Amerikaya inadla çağırırdı. Mən də onun çağırışına müsbət yanaşdım".
|
Oxumaq
24.07.10
|
| |
|
|
|
|
|
|
Təşəkkür
|
|
Böyük həvəslə, ruh yüksəkliyi ilə Milli Mətbuat gününü qeyd edirik. İyulun 22-si yalnız bizim peşə bayramımız yox, ümumiyyətlə, qəzet oxuyan hər bir şəxsin bayramıdır. Elə bir ziyalı, elə bir vətəndaş təsəvvür edə bilmirəm ki, gündəlik mətbuatı izləməsin və yaxud da orada öz fəaliyyətinin inikasını tapmasın. Bu baxımdan Mətbuat gününün miqyası böyüyür, başqa sözlə desək, bu gün dövlətimizin mətbuata verdiyi qiymət əslində, bütün cəmiyyətə, geniş ictimaiyyətə göstərilən münasibətdir.
|
Oxumaq
24.07.10
|
| |
|
|
|