|
|
|
|
|
|
|
İrmatovu mükafatlandırdılar
|
İslam Kərimov onun dünya çempionatındakı fəaliyyətini dövlət səviyyəsində dəyərləndirib
Özbəkistan prezidenti İslam Kərimov Ravşan İrmatovun dünya çempionatındakı fəaliyyətini dövlət səviyyəsində dəyərləndirib. Ölkə başçısı ona "Uzbekiston İftixori" fəxri adını verib. İrmatov CAR-da keçirilən DÇ-2010-un final mərhələsində 5 matça təyinat almışdı. Köməkçisi Rafael İlyasovun da mundialdakı fəaliyyəti dövlət başçısının diqqətindən yayınmayıb: bu hakim "Dustlik" ordeniylə təltif edilib. Respublikanın prezident aparatının bununla bağlı yaydığı bəyanatda belə deyilir: "Futbol üzrə 19-cu dünya çempionatı Özbəkistan futbolsevərlərinə yetərincə müsbət emosiyalar bəxş etdi. Bunun əsas səbəbi isə Ravşan İrmatovun belə böyük turnirdə yüksək səviyyəli hakimlik nümayiş etdirməsi oldu.
|
Oxumaq
23.07.10
|
| |
|
|
Platini Gürcüstana səfər edəcək
|
Mişel Platini avqustun 9-da Gürcüstana səfər edəcək. Gürcüstan Futbol Federasiyasının (GFF) bununla bağlı yaydığı bəyanatda UEFA prezidentinin səfərinin ölkə futbolunun inkişafı baxımından böyük əhəmiyyət daşıyacağı vurğulanır. GFF prezidenti Zviad Siçinavanın dediyinə görə, təmsil etdiyi qurum Avropa Liqasının 2012/13 mövsümünün final matçının paytaxt Tiflisdə keçirilməsi üçün əlindən gələni edəcək. Cənubi Qafqaz ölkəsinin Gənclər və İdman Nazirliyinin ali rəhbəri Vladimir Vardzelaşvili bu haqda jurnalistlərə belə deyib: "Əlbəttə, bu ideya bizim üçün çox əlamətdardır. Hər halda, müvafiq təkliflə çıxış edəcəyik. Amma Platininin avqustda ölkəmizə səfəriylə xoş xəyallarımızın böyük ölçüdə reallığa çevrilmək şansının artacağını düşünmək də sadəlövhlük olardı".
|
Oxumaq
23.07.10
|
| |
|
|
ÇL-lə bağlı mühüm qərar
|
|
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (BFAŞ) növbəti yeniliyə əl atıb. Bu qurumun texniki komitəsinin Uelsdə keçirilən son iclasında ÇL-lə bağlı mühüm qərar qəbul edilib. Qarşıdakı iki ildə qitənin ən nüfuzlu klub turnirinin oyunlarında əlavə iki hakimin xidmətinə ehtiyac duyulacaq. Onlar qapıların arxasında mövqe tutacaq. Hakimlərin sayının artırılmasında məqsəd cərimə meydançasında baş verən istənilən mübahisəli vəziyyətdə doğru qərar çıxarmaq və ən əsası, topun qapı xəttini keçib-keçmədiyini düzgün müəyyən etmək ehtimalının artırılmasıyla bağlıdır. Bu yerdə bu yeniliyin ötən il Avropa Liqasının qrup mərhələsi oyunlarından tətbiq edildiyini də xatırladaq.
|
Oxumaq
23.07.10
|
| |
|
|
Yıldırım İssia Dianı təriflədi
|
Asamoa Qyanla danışıqlar apardıqlarını təsdiqlədi
"Fənərbaxça"nın başqanı Əziz Yıldırım jurnalistlərlə görüşdə yeni transfer İssia Dia haqqında fikrini bildirib. Dianın önəmli transfer olduğunu vurğulayan başqan belə deyib: "Onun oyununu 5-6 dəfə izləmişəm. Hətta Stoxdan da sürətlidir. Hücum bölgəsində istənilən mövqedə, hətta oyun qurucusu mövqeyində oynaya bilər. Bütün bu məqamları nəzərə alaraq onun müqaviləsinə belə bir maddə daxil etdik ki, 2 ildən sonra Dianı almaq istəyən klub 13 milyon avro ödəməlidir". Yıldırım uzun müddətdir kadıköylülərin diqqət mərkəzində olan "Renn"in qanalı forvardı Asamoa Qyan haqda isə bunları deyib: "Qyanla nəinki maraqlanırıq, hətta danışıqlara da başlamışıq. Bu transferdə bir irəliləyiş olan kimi azarkeşlərə dərhal müjdəli xəbəri çatdıracağıq".
|
Oxumaq
23.07.10
|
| |
|
|
Kaxaber Sxadadze: Futbolçularımız ürəklə oynadılar
|
“Bu qarşılaşma həm Polşa, həm də Azərbaycandakı azarkeşlərə böyük həyəcan yaşatdı. Belə oyuna görə futbolçularıma təşəkkür edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib. Gürcüstanlı mütəxəssis Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra təşkil olunan mətbuat konfransında iştirak edib. Sxadadze Polşanın “Lex” klubunu səfərdə 1:0 hesabı ilə məğlub etməkdən razı qalsa da penaltilər seriyasındakı məğlubiyyətə üzgün olub: “Komandamızın futbolçuları bu matçda ürəklə oynadılar. Mərhələ adlamağımıza Bakıdakı ilk qarşılaşmanı uduzmağımız mane oldu. Hər iki komandanın oyunçuları bu görüşdə çoxlu güc sərf etdilər”.
|
Oxumaq
23.07.10
|
| |
|
|
“Lex”in baş məşqçisi: “İnter” ömrümün ilini aldı
|
“Bakının “İnter” klubu ilə oyunda mən ömrümün ilini itirdim. Özü də bu dəqiqdir. Azarkeşlərimiz də çox məyusdur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşa çempionu “Lex”in baş məşqçisi Yatsek Zelinski deyib. Çempionlar Liqasının II təsnifat mərhələsinin Poznan şəhərindəki cavab oyununda Bakının “İnter” klubuna 0:1 hesabı ilə uduzan polşalıların çalışdırıcısı matçdan sonra çox üzgün olub. Komandası penaltilər seriyasındakı qələbə ilə mərhələ adlasa da Zelinski qarşılaşma boyu yaşadığı gərginliyi mətbuat konfransında açıqlayıb: “Dəhşətli idi, lap birinci dərəcəlisindən. Mən hələ ilk oyundan sonra demişdim ki, heç də hər şey bitməyib, Avropada zəif komandalar yoxdur. Əgər ilk 15 dəqiqədəki imkanlardan istifadə etsəydik belə olmazdı. Futbolçularımız da penaltilər seriyasında çox əsəbiləşdilər”.
|
Oxumaq
23.07.10
|
| |
|
|
|
|
|