Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« İyul.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 22.7.2010
Səhifələr : # « 1 2
Qətl hadisəsinin üstü açılıb
Dörd nəfər saxlanılıb

DİN Baş Cinayət-Axtarış İdarəsi və Neftçala RPŞ əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində qətl hadisəsinin üstü açılıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, İmaməddin Cəfərovu ov tüfəngindən atəş açaraq qətlə yetirməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Saxlanılanlar rayonun 2-ci Mayak kənd sakinləri Seymur Hüseynov, Emil Hüseynov, onun qardaşı Etibar və Kürkənd kənd sakini Zülfüqar Soltanovdur.  E.Hüseynovdan 1 ədəd müvafiq sənədləri olmayan "İJ-18 E" markalı ov tüfəngi götürülüb.
Oxumaq
22.07.10  
 
Narkotiklərin daşınması ilə məşğul olan 15 nəfər ifşa olunub
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən son bir ayda 425 kiloqram narkotik vasitə aşkar edilərək götürülüb

Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı son bir ayda həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan 15 nəfər ifşa olunaraq yaxalanıb. MTN-nin İctimai Əlaqələr Mərkəzindən verilən məlumata görə, onlardan 425 kiloqram narkotik vasitə aşkar edilərək götürülüb, 5 cinayət işi başlanılıb.
Oxumaq
22.07.10  
 
“Qalatasaray" daha bir transfer reallaşdırıb
Bu, kolumbiyalı futbolçu Xuan Pinodur

"Qalatasaray" daha bir transfer reallaşdırıb. Söhbət kolumbiyalı futbolçu Xuan Pabl Pinodan gedir. Klubun rəsmi internet saytı da bu faktı təsdiqləyərək gənc futbolçuyla rəsmən müqavilə imzalandığını yayıb. Qeyd edək ki, Pinonun öncə Lorik Kanayla eyni vaxtda transfer olunacağı bildirilmişdi. Amma tərəflər həmin vaxt razılığa gələ bilməmişdi. Futbolçu haqda onu qeyd edək ki, 1987-ci il martın 30-da doğulan Pino karyerasına Kolumbiyanın "İndependyente Medelyin" klubunla başlayıb. Çox keçmədən bu klubun əsas heyətinə qədər yüksələn Pino daha sonra Kolumbiyanın aşağı yaş qruplarından ibarət yığmalarına da cəlb olunmağa başlayıb.
Oxumaq
22.07.10  
 
Sensasiya olmadı
Daha şanslı komandalar növbəti mərhələyə vəsiqə qazandılar

ÇL-in 2-ci təsnifat mərhələsinin iyulun 20-də keçirilən 6 cavab oyununda meydana çıxan komandalardan biri qələbə qazandı. Özü də məğlubların heç biri rəqib qapısına yol tapa bilmədi. "Omoniya" və "Liteks" cavab görüşündə də qalib gəlməklə uyğun olaraq Cənubi Kipr və Bolqarıstanın reytinqinə maksimum xal yazdırdı. Maraqlıdır ki, ilk matçlarda inamlı qələbələr qazanan "Zaltsburq", Zaqreb "Dinamo"su və "Şerif" srağagün meydanı məğlub tərk etdi. Tirana "Dinamo"su ilə "Koper" az qala inanılmazı bacaracaqdı: bu komandalar daha bir qol vursaydı mərhələ adlayacaqdı.
Oxumaq
22.07.10  
 
İdmançımız erməni rəqibini məğlub edərək dünya çempionu oldu
Macarıstanın paytaxtı Budapeştdə gənclər arasında sərbəst, qadın və yunan-Roma güləşi üzrə Dünya birinciliyi keçirilir. Hər üç növ üzrə Azərbaycan yığma komandası turnirdə iştirak edir. Azərbaycan Güləş Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, Dünya birinciliyində ilk gün yunan-Roma güləşi üzrə 50, 60, 74 və 96 kq çəki dərəcəsində pəhləvanlar mübarizə aparıb. Güləşçilərimiz ilk gün 2 qızıl medal qazanıb.
Oxumaq
22.07.10  
 
Rusiyada Su Elektrik Stansiyası partladıldı
Terrorçuların kimliyi müəyyənləşdirilib

İyulun 21-də səhər saatlarında Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının Baksan Su Elektrik Stansiyasında (SES) iki partlayış baş verib. Rusiya mətbuatının Fövqəladə Hallar Nazirliyinə istinadən yaydığı xəbərə görə, ilk partlayış Moskva vaxtı ilə saat 05:20, ikinci isə təqribən 06.00 radələrində qeydə alınıb. Məlumata görə, hadisə nəticəsində ən azı iki nəfər həlak olub ki, onların da stansiya əməkdaşları olduqları bildirilir.
Oxumaq
22.07.10  
 
Göz-gözə həll edilən problemlər
Britaniya və Amerikanın rəhbərləri iki ölkə arasında xüsusi münasibətlərin olduğunu bir daha təsdiq ediblər

Britaniya və Amerikanın rəhbərləri üç saatlıq görüşdən sonra iki ölkə arasında xüsusi münasibətlərin olduğunu bir daha təsdiq ediblər. ABŞ prezidenti Barak Obama bəyan edib ki, onlar iki ölkə arasındakı problemləri, necə deyərlər, göz-gözə həll ediblər. Britaniyanın baş naziri Devid Kameron isə vurğulayıb ki, danışıqlarda Əfqanıstan, qlobal iqtisadi böhran, Yaxın Şərq məsələlərini müzakirə ediblər.
Oxumaq
22.07.10  
 
İraqda “Eşşək Partiyası” yaradılıb
İraqın şimalında fəaliyyət göstərən Eşşəkləri Sevmə və Qoruma Dərnəyi “Eşşək Partiyası” adlı siyasi təşkilat yaradıb. Bu barədə məlumat “Əl Ərəbiyyə” telekanalının internet səhifəsində yerləşdirilib. Partiyanın baş katibi seçilən Amr Kalul İraq ərazisindəki dərnək üzvlərini partiya üzvlüyünə keçdiklərini bildirib və “digər partiyalarla rəqabətə hazırıq” bəyanatını verib.
Partiya yerli idarəetmədən maliyyə yardımı tələb edib və təbliğat məqsədilə radiostansiya yaratmağı planlaşdırır.
Oxumaq
22.07.10  
 
Heç vaxt itməyən ənənə
1881-ci ildə "Kaspi" qəzeti nəşr olunmağa başladı. "Kaspi"nin nəşr olunduğu dövr Azərbaycan mühitinin birmənalı olmayan siyasi rənglərlə boyandığı dövr idi
Oxumaq
22.07.10  
 
Səhifələr : # « 1 2
ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev Çikaqoda bir sıra rəsmi görüşlər keçirib
  • Əli Həsənov: “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”
  • “5 mətbu orqan Azərbaycan əleyhinə təbliğat aparır”
  • Əli Həsənov: “Azərbaycana gələn qonaqların təhlükəsizliyinə təminat vermişik”
  • Azərbaycan və Fransa arasında əməkdaşlıq üzrə protokol imzalanıb
  • Azərbaycanlı deputat Fransada sosial problemlərin müzakirəsinə qatılacaq
  • Azərbaycanlı deputatlar Ermənistana getdilər
  • Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən monoqrafiya çap olunub
  • “Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar”
  • PA rəsmisi: “İran tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq”
  • İranda saxlanılan gənc şairlərin məsələsi gündəlik diqqətdədir
  • “Təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir”
  • “NATO Cənubi Qafqazdakı münaqişələrə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”

  •