|
|
|
|
|
|
|
“Park Bulvar” ticarət və istirahət mərkəzinin açılışı oldu
|
|
İyulun 20-də Bakıda “Park Bulvar” ticarət və istirahət mərkəzinin açılışı olub. Dənizkənarı Milli Parkda inşa olunan yeni “Park Bulvar” ticarət və istirahət mərkəzi də öz dizaynına, memarlıq quruluşuna görə, paytaxtın simasına xüsusi yaraşıq verir.
|
Oxumaq
21.07.10
|
| |
|
|
|
|
Çadrada oxumaq alınmır
|
Suriya da qadağalara keçdi
Fransa başda olmaqla, Avropa ölkələrində qadınların ictimai yerlərdə çadrada gəzməsinə qadağa qoyulması məsələsi gündəmdə olduğu bir vaxtda Suriyadan da gözlənilməz xəbər gəlib. Əhalisinin 97 faizi müsəlman olan Suriya qız tələbələrin universitetlərə çadra və buna oxşar geyimlərdə gəlməsinə qadağa qoyub. Qadağa dövlət universitetləri ilə bərabər, özəl məktəbləri də əhatə edir. Universitetlərə artıq məsələ ilə bağlı təlimatlar göndərilib. Suriyanın Təhsil Nazirliyinin təmsilçisi deyib ki, bu, ölkənin dünyəvi mahiyyətini müdafiə etmək üçündür. Suriyanın təhsil naziri Ghiath Barakat deyib ki, insanın üzünü qapayan və tanınmaz hala gətirən çadra akademik və etik dəyərlərlə uzlaşmır. O, bu səbəbdən universitetlərdə çadraya qadağa qoyulduğunu vurğulayıb. Keçən ay Suriya hökuməti niqab geyən yüzlərlə orta məktəb müəllimini dərslərdən kənarlaşdırıb – onları inzibati vəzifələrə keçirib.
|
Oxumaq
21.07.10
|
| |
|
|
Bağıslayın, səhvən bombalamışıq
|
Klinton Pakistandan üzr istəyib
ABŞ dövlət katibi Hillari Klinton Pakistana səfərini başa vuraraq ölkəsinə dönüb. O, NATO-ya məxsus təyyarələrin Pakistan ərazisini bombalamasına görə bu ölkədən dönə-dönə üzrxahlıq edib. Klinton antiamerika əhval-ruhiyyəsini sakitləşdirmək üçün bu ölkəyə 500 milyon dollarlıq yardım verib. Bu yardım Konqresin ötən il təsdiq etdiyi 7,5 mlrd. dollarlıq yardım paketinin bir hissəsidir. Bura Pakistan ərazisində iki su elektrik stansiyasının tikintisi, iri tibb mərkəzlərinin yenidən qurulması, içməli su təchizatının yaxşılaşdırılması daxildir. Eyni zamanda, layihə Pakistana kiçik və orta biznesin inkişafı üçün irimiqyaslı yardımın ayrılmasını da nəzərdə tutur.
|
Oxumaq
21.07.10
|
| |
|
|
AKP-yə qəsddə günahlandırılanlara ittiham irəli sürülüb
|
Onların arasında 30-dək istefada olan və hazırda xidmətdə olan hərbçi var
Türkiyədə məhkəmə bir neçə keçmiş ali zabit də daxil olmaqla 196 nəfərə qarşı rəsmi qaydada hökumətə qarşı qəsd hazırlamaq ittihamını irəli sürüb. İttihamnamədə deyilir ki, bu qəsd İstanbuldakı hərbi bazada 2002-ci ildə Ədalət və İnkişaf Partiyası hakimiyyətə gəldikdən az sonra hazırlanıb.
|
Oxumaq
21.07.10
|
| |
|
|
Forlan yığmaya hələ 4 il də xidmət etməyi planlaşdırır
|
DÇ-2010-un ən yaxşı futbolçusu seçilən Dieqo Forlan yığmaya hələ 4 il də xidmət etməyi planlaşdırır. Uruqvay millisinin CAR-dakı turnirdə yarımfinala qədər irəliləməsində mühüm rol oynayan "Atletiko"nun hücumçusu Braziliyada keçiriləcək DÇ-2014-də də iştirak etmək niyyətindədir. Ötən mövsüm madridlilərlə Avropa Liqasının qalibi olan Dieqo daha bir mundialda top qovmaq istəyinin hədsiz böyük olduğunu bu sözlərlə ifadə edib: "Yaş mənim üçün heç bir əhəmiyyət daşımır. Nə qədər istəyim varsa, bir o qədər yaşıl meydanda olacağam. Azı DÇ-2014-ə qədər milli formanı da daşımaq fikrindəyəm. Braziliyada keçiriləcək dünya çempionatında komandamızın daha yaxşı nəticə göstərəcəyinə inanıram".
|
Oxumaq
21.07.10
|
| |
|
|
Anelka ilə Lizarazyu arasındakı münaqişə davam edir
|
Nikolya Biksantın həmişə Zidan və Karambö kimi futbolçuların kölgəsində qaldığını düşünür
Nikolya Anelka ilə Biksant Lizarazyu arasındakı münaqişə davam edir. Fransa millisinin keçmiş müdafiəçisi "Çelsi"nin hücumçusunu məlum qalmaqal üzündən kəskin tənqid etmişdi. Anelka isə ona 2002-ci ildə keçirilən mundialda Fransanın qrupda qalmasını xatırlatmışdı. Qeyd edək ki, Koreya və Yaponiyada düzənlənən 8 il əvvəlki DÇ-də Lizarazyunun da şərəfini qoruduğu Fransa millisi həmin turnirə son dünya çempionu kimi gəlmişdi. Sözsüz ki, DÇ-98 və AÇ-2000-də "üçrənglilər"in böyük uğurlara imza atmasında Biksantın rolu heç də az olmamışdı.
|
Oxumaq
21.07.10
|
| |
|
|
|