|
|
|
Hərbi qulluqçuların təkrar məhkəməsi başlayır
|
Tağım komandirini və onun müavinini qətlə yetirənlər barələrində çıxarılan hökmdən narazıdır
Şirvan Apelyasiya Məhkəməsində hakim Saleh Süleymanovun sədrliyi ilə ağır cinayət törətməkdə ittiham edilən hərbçilərin apelyasiya şikayətinə baxılacaq. Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsində tağım komandiri və onun müavinini qətlə yetirməkdə təqsirləndirilən əsgərlər Yusif Yusifov, Emin Rəhimov və Toğrul Bağırov barələrində çıxarılan hökmlə razılaşmayaraq onun dəyişdirilməsini və daha yüngül cəza verilməsini istəyiblər.
|
Oxumaq
21.07.10
|
| |
|
|
QHT-lərə Dövlət Dəstəyi Şurası jurnalistləri mükafatlandırıb
|
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası jurnalistlər arasında keçirdiyi müsabiqəsinin nəticələrini açıqlayıb.
İyulun 20-də “Park İnn” otelində qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə media qurumlarının rəhbərləri, QHT nümayəndələri, millət vəkilləri də iştirak edib. Şuranın sədri, millət vəkili Azay Quliyev mərasimdə çıxış edərək milli mətbuatımızın yaranma tarixindən və hazırkı inkişafından danışıb. O, çıxışında Azərbaycanda üçüncü sektorun yeni olduğunu və cəmiyyətin bu sahədə maarifləndirilməsinin zəruriliyindən danışıb. Azay Quliyev QHT-lərə Dövlət Dəstəyi Şurasının ölkə jurnalistləri arasında keçirdiyi müsabiqənin də məhz bu məqsədə xidmət etdiyini söyləyib.
|
Oxumaq
21.07.10
|
| |
|
|
“Əslində 22 iyul bütün peşə işçilərinin bayramıdır”
|
Müşfiq Əmirov: «Dövlət qurumları qarşısında mətbuatla hərtərəfli əməkdaşlıq edilməsi vəzifəsi qoyulub»
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a müsahibəsini ixtisarla təqdim edirik.
|
Oxumaq
21.07.10
|
| |
|
|
Azərbaycan mətbuatının tarixinə dair kitabın təqdimatı keçirilib
|
Atatürk Mərkəzində iyulun 20-də filologiya elmləri namizədi, dosent Akif Aşırlının “Azərbaycan mətbuatı tarixi” (1920-1990) kitabının II hissəsinin təqdimat mərasimi keçirilib.
“Gördüm ki, belə bir kitaba ehtiyac və boşluq var, bu boşluğu qismən doldurmağa çalışdım. Bu, eyni zamanda, mənim tarixçiliyimdən, peşə bazamdan irəli gələn Azərbaycan mətbuat tarixinin niyə yazıya alınmaması sualına özümün tapdığım cavabdır. Bu kitab 2 hissədən ibarətdir və kitabın I hissəsi ötən il təqdim olunub. I hissədə Azərbaycan mətbuat tarixinin 1875-1920-ci illəri göz önünə gətirməyə çalışmışam", - Akif Aşırlı çıxışında bildirib.
|
Oxumaq
21.07.10
|
| |
|
|
“Azərbaycan mətbuatı öz missiyasını yerinə yetirib”
|
Mətbuat Şurasının sədri Əflatun Amaşov: “Mətbuatımızda əməyi ən yüksək səviyyədə qiymətləndirilməyə layiq olanlarımız çoxdur. O qədər alicənabdırlar ki, əksəriyyətinin səsi də çıxmır”
Azərbaycan milli mətbuatının 135 yaşı tamam olur. Bir neçə gündən sonra ölkə ictimaiyyəti bu əlamətdar tarixi qeyd edəcək. Hadisəyə dövlət səviyyəsində yanaşılması, Azərbaycan prezidenti İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq bölgələrdə də tematik konfransların təşkili yubileyə hazırlığın ümumrespublika miqyasında aparıldığını söyləməyə əsas verir. APA-nın suallarını cavablandıran Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bütün bunları vurğulayaraq, görülən işlərin jurnalistikanın cəmiyyətdəki nüfuzunun yüksəldilməsi baxımından müstəsna əhəmiyyət daşıdığını bildirib. Müsahibəni ixtisarla təqdim edirik.
|
Oxumaq
21.07.10
|
| |
|
|
|
|
|
|
|
|
|