|
|
|
İnyesta "Qızıl top" uğrunda mübarizənin lideri hesab edilir
|
Onun əsas rəqibləri Uesli Sneyder və Dieqo Forlandır
İspaniyada çıxan populyar idman qəzetlərindən "As" əməkdaşları artıq indidən Andres İnyestanı "Qızıl top" mükafatı uğrunda mübarizənin lideri hesab edir. Bilindiyi kimi, bu mükafat Fransanın məşhur "Frans Futbol" həftəliyi tərəfindən təsis edilib və hər ilin sonuna yaxın qitə arenasında özünü ən yaxşı tərəfdən göstərə bilən futbolçulara təqdim edilir. "As" müxbirlərinə görə, İspaniya yığmasının yarımmüdafiəçisinin əsas rəqibləri Uesli Sneyder və Dieqo Forlandır. Qeyd edək ki, Andres ötən mövsüm "Barselona"yla İspaniya çempionluğunu da qazanıb.
|
Oxumaq
20.07.10
|
| |
|
|
Honda yaya kimi ÇSKA-da qalacaq
|
Son günlər Keysuke Hondanın karyerasını Fransada davam etdirəcəyiylə bağlı xəbərlərə kölgə düşüb. Yaponiya millisinin hücumameyilli yarımmüdafiəçisinin futbolçu həyatını Marsel "Olimpik"ində sürdürməyə çox yaxın olduğu bildirilirdi. Doğrudur, bu xəbər Hondanın çıxış etdiyi və ya üz tutmaq ehtimalı olan klublar tərəfindən rəsmən təsdiqlənməmişdi. Əksinə, Yevgeni Giner ilk dəfə "Radio France" radiostansiyasının jurnalisti Avi Assulinin ictimaiyyətə açıqladığı bu xəbəri təkzib edib. ÇSKA-nın prezidenti eyni zamanda Keysukenin Avropanın bir çox klublarının maraq dairəsinə düşdüyünü gizlətmir: "Buna baxmayaraq, Hondaya görə heç bir rəsmi təklif almamışıq. Yalnız onu deyə bilərəm ki, "Milan"ın baş direktoru, mənim yaxın dostum olan Umberto Qandini ilə səbəbkar haqda söhbətimiz olub.
|
Oxumaq
20.07.10
|
| |
|
|
AFFA yığmanın oyunlarına bilet satışında yenilik etdi
|
Azərbaycan milli komandasının oyunlarına bilet satışı yeni qaydada keçiriləcək. Apasport.az saytının xəbərinə görə, bu barədə jurnalistlərlə görüşündə AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. Baş katib yığmanın oyunlarına bilet əldə etmək üçün yeni layihənin vacibliyini vurğulayıb: “Əvvəllər azarkeşlər oyuna bilet tapmırdı. Buna alverçilər səbəb olurdu.
|
Oxumaq
20.07.10
|
| |
|
|
Neftçi” iki futbolçu ilə gücləndi
|
“Neftçi” daha iki hücumçu transfer edib. Komandanın baş məşqçisi Arif Əsədovun apasport.az saytına verdiyi məlumata görə, baxışa çağırılan Özbəkistan yığmasının hücumçusu Bahodir Nasimov və xeyli vaxtdır heyətdə olan gürcüstanlı Aleksandr Burduli bəyənilib: “Hər iki hücumçunu Türkiyəyə təlim-məşq toplanışına aparırıq. Onlarla müqavilə məsələləri həll olunacaq. Orada düşərgəmizə Braziliyadan bir hücumçu da gələcək. Onu da transfer etmək fikrindəyik”. Qeyd edək ki, Rusiyanın “Rubin” klubundan gələn 23 yaşlı Nasimov Bakıda “Qəbələ” ilə keçirilən yoxlama oyununda (1:1) “Neftçi”nin yeganə qoluna imza atıb.
|
Oxumaq
20.07.10
|
| |
|
|
Kyuell daha 1 il “Qalatasaray”da
|
Avstraliyalı futbol ulduzu Harri Kyuell “Qalatasaray”da qalmağa qərar verib. APA-nın “Qalatasaray”ın rəsmi saytına istinadən verdiyi məlumata görə, Kyuell türk klubu ilə müqaviləsini daha 1 il uzadıb. Xatırladaq ki, son iki mövsümü “Qalatasaray”da keçirən 1978-ci il təvəllüdlü təcrübəli futbolçunun müqaviləsi bu il bitmişdi. O, “Qalatasaray”ın heyətində 76 rəsmi matçda 42 qol vurub.
|
Oxumaq
20.07.10
|
| |
|
|
Paskal Numa xərçəng imiş
|
|
Türkiyənin “Beşiktaş” klubunun sabiq futbolçusu Paskal Numa xərçəng xəstəliyinə düçar olub. Apasport.az saytının məlumatına görə, fransalı hücumçusu artıq 7 ildir bu bəladan əziyyət çəkdiyini bildirib. 38 yaşlı futbol veteranı bütün problemlərini bir ağcaqanadın onu dişləməsi ilə bağlayır: “2003-cü ildə dostumla basketbol oynayırdıq. Birdən ağcaqanad belimdən dişlədi. Həmin yer sürətlə şişib qolf topu boyda oldu. Xəstəxanaya müraciət etdikdə, həmin şişi kəsib atdılar”.
|
Oxumaq
20.07.10
|
| |
|
|
Regional müstəvidən çıxan iqtisadi nailiyyətlər
|
Gürcüstan-Azərbaycan strateji müttəfiqliyi artıq dünya miqyasında çox mühüm amilə çevrilib
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş Gürcüstan-Azərbaycan strateji münasibətləri durmadan inkişaf edir. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq şəraitində yaşayıb, bir-birinə kömək edib, həmişə birlikdə olublar. Ölkələrimiz bütün sahələrdə uğurla əməkdaşlıq edir. Dəmir yolu sahəsində artıq planlar reallaşır. Energetika sahəsində birgə başladılan və uğurla icra edilən layihələr bu gün artıq regional müstəvidən çıxıb. Gürcüstan-Azərbaycan strateji dostluğu və müttəfiqliyi artıq dünya miqyasında çox mühüm amilə çevrilib.
|
Oxumaq
20.07.10
|
| |
|
|
“Azərikimya”nın yeni loqosu qəbul olunub
|
İyun ayının əvvəlində ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyi üçün loqotipin hazırlanması ilə əlaqədar elan edilmiş müsabiqə yekunlaşıb. Dövlət şirkətinin saytının verdiyi xəbərə görə, reklam agentliklərinin, həmçinin emblem və loqotiplərin hazırlanması üzrə təcrübəsi olan rəssam və dizaynerlərin dəvət olunduğu bu müsabiqəyə bir ay ərzində respublikamızın müxtəlif şəhərlərindən 20-ə yaxın müəllifin 240-a qədər loqo eskizi təqdim olunub.
|
Oxumaq
20.07.10
|
| |
|
|
Yol qəzası iki piyadanın həyatına son qoyub
|
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir neçə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Səbail rayonu ərazisindəki Salyan yolu küçəsində Füzuli rayon sakini Faiqət Kərimov "VAZ-21013" markalı avtomaşını idarə edərkən Gədəbəy rayon sakini Şöhrət Əhmədovu vurub. Nəticədə Ş.Əhmədov hadisə yerində dünyasını dəyişib. Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində isə qəsəbə sakini Bəyməmməd Alməmmədov "VAZ-2106" markalı avtomaşını idarə edərkən onu maneəyə vurub. Nəticədə B.Alməmmədov hadisə yerində dünyasını dəyişib. Masallı rayonu ərazisində Xıl kənd sakini İmanxan Məmmədov "QAZ-3102" markalı avtomaşını idarə edərkən Səlcivar kənd sakini Lazım Məmmədovu vurub. Sonradan idarəetməni itirərək avtomaşını ağaca vurub. Nəticədə İ.Məmmədov və L.Məmmədov hadisə yerində dəyişib.
|
Oxumaq
20.07.10
|
| |
|
|
|