|
Toldo karyerasını bitirmək qərarına gəlib
|
“İnter”in qapıçısı Françesko Toldo karyerasını bitirmək qərarına gəlib. Apasport.az saytının məlumatına görə, İtaliya yığmasının 39 yaşlı sabiq oyunçusu yaşıl meydanlarla vidalaşsa da, futbola əlvida deməyəcək. Ötən mövsüm “İnter” ilə 3 titula sahib olan Toldo bundan sonra 2001-ci ildən şərəfini qoruduğu klubda işləyəcək. Məşhur qapıçıya “Sportinq” müqavilə təklif etsə də, o, bununla razılaşmayıb. Qeyd edək ki, son ildə Juliu Sezarın əvəzləyicisi olan Toldonun arxivində ölkə çempionatının 5, ölkə kubokunun 3, İtaliya Superkubokunun 3 və Çempionlar Liqasının qızıl medalları var.
|
Oxumaq
02.07.10
|
| |
|
|
“Fənərbaxça” əzəli rəqibin futbolçusunu transfer etdi
|
“Fənərbaxça” klubu növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, İstanbul klubu son mövsümdə “Qalatasaray”da çıxış edən Caner Erkinlə müqaviləni rəsmiləşdirib. Türkiyə yığma komandasının 22 yaşlı üzvü növbəti 4 ildə “Fənərbaxça”nın uğurları üçün çalışacaq. Qeyd edək ki, “Qalatasaray”da icarə əsasında oynayan Caner Rusiyanın MOİK klubuna məxsus idi.
|
Oxumaq
02.07.10
|
| |
|
|
Alman atalar da 3-dən deyib
|
Kristian Vulf prezident seçilib
Hakim koalisiyanın namizədi Kristian Vulf Almaniya prezidenti seçilib. İyunun 30-da baş tutan seçkilər zamanı Vulfun prezident seçilməsi üçün 3 tur keçirmək lazım gəlib. Almaniya prezidenti 1244 nəfərdən ibarət olan Federal Məclis tərəfindən seçilir. Federal Məclisdə Bundestaqın 622 deputatı və federal torpaqların göndərdiyi 622 nümayəndə iştirak edir. İlk iki turda prezident seçilmək üçün namizədlərdən hər hansı biri 623 səs toplamalıdır.
|
Oxumaq
02.07.10
|
| |
|
|
25 il bəsdir
|
Larri Kinq 7-ci həyat yoldaşını efirə qurban verməyib
CNN televiziyasının efirində 25 ildən çoxdur yayımlanan «Larri Kinqlə Canlı» şou proqramı bu payızdan ekranlarda olmayacaq. 76 yaşı olan aparıcı Lari Kinq qərarını ailəsiylə daha çox vaxt keçirmək istəyi ilə izah edib. Ailəsi deyəndə, daha dəqiqi, 7-ci həyat yoldaşıyla. Larri Kinqin 7-ci həyat yoldaşı bu ilin aprel ayında məşhur aparıcı işinə həddindən artıq vaxt sərf elədiyi üçün ondan boşanmaq üçün ərizə də vermişdi. Amma Kinq ekrandan getmək bahasına da olsa xanımını fikrindən daşındıra bilib.
|
Oxumaq
02.07.10
|
| |
|
|
Meksika körfəzi üçün «Aleks» bəlası
|
|
Karib dənizi hövzəsində mövsümün ilk qasırğası «Aleks» Meksika körfəzi ilə irəliləməkdədir. Onun burada baş vermiş neft qəzası ilə bağlı əməliyyatları yubadacağı gözlənilir. Luiziana ştatından Metyu Prays xəbər verir ki, indi sahil ərazilər yeni düşmənlə üzləşib. «Aleks» qasırğasının neft axını ərazisinə elə də yaxın olmayan məsafədən keçəcəyi gözlənilir. Amma artıq müəyyən maneələr var. Güclü külək və yüksək dalğalar nefti suyun səthindən toplamağa və ya yandırmağa kömək edən yüzlərlə kiçik gəmini mövqeləri tərk edərək limana dönməyə məcbur edib.
|
Oxumaq
02.07.10
|
| |
|
|
ABŞ-da təxminən 460 Rusiya casusu var
|
Obama həbs əməliyyatı barədə əvvəldən məlumatlı olub
ABŞ prezidenti Barak Obama Rusiya xeyrinə casusluqda ittiham olunan 11 nəfərin həbs olunacağı əməliyyatından xəbərdar olub. Lakin onun nə vaxt həyata keçiriləcəyini bilməyib. Bu barədə Vaşinqtonda keçirilən brifinqdə Ağ evin nümayəndəsi Robert Gibbs məlumat verib. Ağ Evin rəsmisi onu da deyib ki, prezidentə bu həbslərlə bağlı məlumat verilmişdi, amma Obama Medvedyevlə məsələni müzakirə etməyib. Çünki iki ölkənin kəşfiyyat idarələri arasında bu cür hallar siyasətə təsir eləmir. O bildirib ki, qərarı Obama deyil, Ədliyyə Nazirliyi və Federal Təhqiqat Bürosu çıxarıb.
|
Oxumaq
02.07.10
|
| |
|
|
|
|
|
|
|