|
|
|
Mütəşəkkil dəstə üzvlərinə hökm oxunub
|
Dəstə üzvlərinə 3 ildən 12 ilədək cəza verilib
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Mirzə Xankişiyevin sədrliyi ilə şirkətlərə silahlı basqın etməkdə ittiham olunan mütəşəkkil dəstənin üzvlərinin məhkəməsi yekunlaşıb. Məhkəmə qarşısında Kənan Müqəddəmi, Məhəmməd Musayev, Seymur Yusifov, Namiq Həsənov cavab verib. İş üzrə təqsirli bilinən Mahir Alıyevin xəstəliyi ilə bağlı cinayət işi ayrılıb və o, sağalana kimi cinayət işi üzrə məhkəmənin keçirilməsi təxirə salınıb.
|
Oxumaq
17.07.10
|
| |
|
|
Qardaşını qətlə yetirən Sabirabad sakininə hökm oxunub
|
Mərifət Fərzəliyev 8 il müddətinə azadlıqdan məhrum edilib
İyulun 16-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qardaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmə qarşısında Sabirabad rayon sakini, 1986-cı il təvəllüdlü Mərifət Fərzəliyevə cavab verib. M.Fərzəliyev Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub. İttihama görə, hadisə bu il yanvarın 24-də baş verib. Sabirabad rayonu Əsədli kənd sakini M.Fərzəliyev qardaşı 1971-ci il təvəllüdlü S.Fərzəliyevi bıçaqlayıb. Hadisə isə televizora baxmaq üstündə qardaşlar arasında yaranan mübahisə zəminində törədilib. Məhkəmənin hökmü ilə M.Fərzəliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.
|
Oxumaq
17.07.10
|
| |
|
|
Paytaxtda törədilən ağır qətlin üstü açılıb
|
Qadını qətlə yetirib evdə basdırıblar
Paytaxtda ağır qətl hadisəsinin üstü açılıb. Baş Prokurorluğun rəsmi internet saytında verilən məlumata görə, hadisə 20 iyun 2010-cu il tarixdə saat 24.00 radələrində törədilib. Qabaqcadan əlbir olan bir qrup şəxs, yəni 1957-ci il təvəllüdlü Məmmədov Valet Məmməd oğlu qeyri-qəsmi ər-arvad kimi yaşadığı Əliyeva Lalə Qiyas qızı ilə birlikdə yaşadıqları Xəzər rayonu, Albalılıq bağlar massivi, Namazov küçəsi 2, 1566 saylı bağ evində şəxsiyyəti hələlik istintaqa məlum olmayan Səbinə adlı şəxslə qısqanclıq zəminində aralarında münaqişə baş verib.
|
Oxumaq
17.07.10
|
| |
|
|
Sədərək Ticarət Mərkəzindən oğurluq
|
Geyim əşyaları oğurlayan qadın tutulub
Hüquq-mühafizə orqanları üç oğurluq faktının üstünü açıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Baş Mühafizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sədərək Ticarət Mərkəzindən oğurluq edən şəxs tutulub. Saxlanılan Ucar rayon sakini Dürriyə Muradova Bakıxanov qəsəbə sakini Vəli Məmmədova məxsus mağazadan geyim əşyalarını oğurlamaqda şübhəli bilinir.
|
Oxumaq
17.07.10
|
| |
|
|
|
|
|
|
|