Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

YENİ MÜSABİQƏ

 
AXTARIŞ
 

 
 
ARXİV
 
« İyul.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
 
 




 
 
 
Xəbərlər / 15.7.2010
Səhifələr : 1 2 3 » #
“Gəncliyimiz və 135 illik mətbuatımız”
Gənclər üçün Təhsil Mərkəzi və onun mətbu orqanı olan “Tələbə” qəzetinin birgə təşəbbüsü ilə “Gəncliyimiz və 135 illik mətbuatımız” adlı dəyirmi masa keçirilib.
Oxumaq
15.07.10  
 
Meydan sahiblərinin günü
Sensasiya Maltadan gəldi
Oxumaq
15.07.10  
 
Fransa çarşaba qadağa qoydu
Nikola Sarkozi bildirib ki, onlar çətin, ancaq düz yola daxil olublar
Oxumaq
15.07.10  
 
Altı nəfər suda boğulub
Onlardan beşinin meyiti sudan çıxarılıb

İstidən canını qurtarmaq üçün suya üz tutanların bəzisi həyatını itirir. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Qaradağ rayonunun Sahil qəsəbə sakini Rəhman Rəhmanlı Sahil çimərliyində çimərkən boğulubb. R.Rəhmanlının meyiti sudan çıxarılıb. Sumqayıt şəhər sakini Nicat Səmədov da dənizdə çimərkən suda boğulub. Onun da meyiti sudan çıxarılıb.
Ağcabədi rayonunun Xocavənd kəndi ərzisində isə Salmanbəyli kənd sakini Ramil Bayramov "Qarabağ" kanalında çimərkən suda boğulub.
Qazax rayonunun Daş Salahlı kənd sakini Rəhim İsgəndərov həyətlərindəki su quyusuna yıxılaraq ölüb. R.İsgəndərovun meyiti quyudan çıxarılıb.
Oxumaq
15.07.10  
 
Yardımçı təsərrüfat yanıb
Orada olan  200 ədəd toyuq-cücə tələf olub

İyulun 13-də saat 03.00 radələrində Xəzər rayonunun Şimali DRES qəsəbəsində, qəsəbə sakini Ələsgər Mustafayevə məxsus yardımçı  təsərrüfatda yanğın baş verib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, nəticədə bütövlükdə təsərrüfatın yanar konstruksiyaları yanıb. Orada olan  200 ədəd toyuq-cücə isə tələf olub.
Ə.Mustafayev DİN-in "102" Zəng Mərkəzinə zəng edərək yardımçı təsərrüfatının qonşusu Azad Süleymanov tərəfindən qəsdən yandırılmasını bildirib. Faktla bağlı araşdırmalar aparılır.
Oxumaq
15.07.10  
 
Azərbaycanda qanunsuz yaşayan şəxs tutulub
Saxlanılanlar Pakistan vətəndaşlarıdır

Ölkəmizdə qanunsuz yaşayan iki Pakistan vətəndaşı saxlanılıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, saxlanılanlar Pakistan vətəndaşlarıdır.  2 nəfər Pakistan vətəndaşı Xəzər RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulub. Onların müvafiq qeydiyyat və icazələri olmayıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 330-cu maddəsinə uyğun olaraq onların respublikanın hüdudlarından kənara çıxarılması məsələsi həll olunur.
Oxumaq
15.07.10  
 
Oğurluq halları artıb
Hadisələrin əksəriyyəti paytaxtda törədilib

Hüquq-mühafizə orqanları bir neçə oğurluq faktının üstünü açıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Nərimanov rayonundakı S.Vurğun küçəsində Bakı şəhər sakini Nərmin Mirəliyevaya məxsus "Toyota-Prado" markalı avtomaşından oğurluq edilib. Açıq qalan qapıdan girmək yolu ilə içərisində 65 manat pul, fotoaparat və kosmetik əşyalar olan çantanı oğurlayan isə Bakı şəhər sakini Vahid İbrahimov olub. V.İbrahimov Nərimanov RPİ 16-cı PB əməkdaşları tərəfindən saxlanılıb. 
Oxumaq
15.07.10  
 
Paytaxtda əxlaqsızlıq yuvası aşkarlanıb
Saxlanılan Sumqayıt sakinidir

Paytaxtda əxlaqsızlıq yuvası aşkarlanıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri A.Məhərrəmov küçəsindəki mənzildə əxlaqsızlıq yuvası aşkarlanıb. Mənzil sahibi isə Sumqayıt şəhər sakini Könül Həsənova olub. Fakt üzrə cinayət işi başlanılıb və istintaq aparılır.
Oxumaq
15.07.10  
 
Axtarışda olan şəxs tutulub
Fəxrəddin Məmmədovun respublikamıza ekstradisiyası üçün tədbirlər görülür

"Qəsdən adam öldürmə" maddəsi ilə axtarışda olan şəxs yaxalanıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanan Fəxrəddin Məmmədovdur. F.Məmmədov Ağcabədi RPŞ tərəfindən 2000-ci ilədək qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olub. F.Məmmədov Kiyev vilayətinin Belaya Çerkov şəhərində saxlanılıb. F.Məmmədovun ölkəmizə ekstradisiya olunması üçün tədbirlər görülür.
Oxumaq
15.07.10  
 
Dəhşətli intihar
Bir yaşlı oğlunu asan ana sonradan özünə qəsd edib

Respublikada iki intihar faktı qeydə alınıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Göyçay rayonunun İnçə kənd sakini Qızılgül Lətifova həyətindəki yardımçı təsərrüfatda intihar edib. 1988-ci il təvəllüdlü Q.Lətifova özünə qəsd etməzdən öncə 1 yaşlı oğlu Məmmədi də asıb. Mərhumun özünə və azyaşlı uşağına qəsd etməsinin səbəbi hələ ki məlum deyil. İlkin məlumata görə, ailə başçısı Zabit Lətifov bir neçə ildir ki, Rusiya vətəndaşlığını qəbul edib və Sankt-Peterburq şəhərində yaşayır. Ürək xəstəliyindən əziyyət çəkən Z.Lətifovun dünən ailəsini kənddə qoyaraq, yenidən Rusiyaya qayıtdığı bildirilir.
Oxumaq
15.07.10  
 
Səhifələr : 1 2 3 » #
ONLINE XƏBƏRLƏR
 
  • Almaniya millimizi darmadağın etdi
  • ATƏT-in Baş katibi Tiflidə səfərdədir
  • BMT Gürcüstandakı münaqişələrə dair qətnamə qəbul edib
  • Bütün cəbhə boyu döyüş gedir
  • MBASK növbəti sığorta ödənişini həyata keçirib
  • ATB nümayəndələri Açıq Cəmiyyət İnstitutu Yardım Fondunda olub
  • Enerjiyə qənaət sahəsində standartların tədbiqi nəzərdə tutulub
  • ARDNŞ 7 mlrd. 484 mln. 714 min kubmetr “mavi yanacaq” verib
  • BSTA Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin növbəti görüşü olub
  • Həmsədrlər cəbhə bölgəsinə səfər ediblər
  • Qazaxıstanlı diplomatın SAM-da məruzəsi olacaq
  • Ağsuda aparılan arxeoloji tədqiqatlarla bağlı konfransı keçiriləcək
  • Yeni rabitə obyektləri əhalinin istifadəsinə verilir

  •  
    BANNERİMİZ
     
    kod almaq: