Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« İyul.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 15.7.2010
Səhifələr : # « 1 2 3 » #
Qonşusuna qarşı soyğunçuluq edən paytaxt sakini yaxalanıb
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 38 cinayət faktı qeydə alınıb. Daxili işlər Nazirliyinin (DİN) mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, qeydə alınan cinayətlərin 22-i "isti izlər"lə açılıb. Həmçinin ötən günlərdən bağlı qalan 4 cinayətin üstünü açmaq mümkün olub. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında baş verən 3 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 5 nəfər isə yaralanıb. Gün ərzində 23 yanğın hadisəsi qeydə alınıb.
Oxumaq
15.07.10  
 
Generalın qətli ilə bağlı məhkəmə qapalı keçirildi
Proses iyulun 21-də davam etdiriləcək

İyulun 14-də Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim İslam Neymanovun sədrliyi ilə Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı general-leytenant Rail Rzayevin qətli ilə bağlı həbs olunan şəxslərin məhkəməsi davam etdirilib. Məhkəmə qarşısında mərhum generalın yavəri Anar Haşımov, köməkçisi Aydın Rəfiyev və onun oğlu Anar Rəfiyev cavab verir. İyulun 14-ə təyin edilən prosesin açıq keçirilməsi nəzərdə tutulsa da, mətbuat nümayəndələri prosesə buraxılmadı. Məhkəmə prosesi iyulun 21-də davam etdiriləcək.
Oxumaq
15.07.10  
 
Davudoğlu söz verdi
«Türkiyə Ermənistanla münasibətlərin normallaşması prosesində Azərbaycanın maraqlarına heç vaxt xor baxmayacaq»
Oxumaq
15.07.10  
 
“Jurnalist əməyi nisbətən aşağı dəyərləndirilən bir səviyyədədir”
Milli mətbuatımızın 135 illik yubileyinə sayılı günlər qalır. Jurnalistlər, ayrı-ayrı jurnalist təşkilatları bayramı qeyd etməyə hazırlaşırlar. Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu ilə söhbətimiz də keçilən tarixi yol və qarşıdakı perspektivlər haqqındadır.
Oxumaq
15.07.10  
 
Puyol İspaniya yığmasından getdi
İspaniya milli komandasının heyətində dünya çempionu adını qazanan Karles Puyol bir daha yığmanın formasını geyməyəcək. Apasport.az saytının məlumatına görə, “Barselona” klubunun 32 yaşlı müdafiəçisi rəsmən milli karyerasını bitirib. Hələ ötən ilin noyabrında CAR-dakı dünya çempionatından sonra bu addımı atacağını açıqlayan Puyol artıq məsələ ilə bağlı rəhbərliklə də söhbət edib.
Oxumaq
15.07.10  
 
Azərbaycan yığması FİFA-nın reytinqində 3 pillə irəlilədi
FİFA növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması ötən reytinqlə müqayisədə 3 pillə irəliləyib. 106-cı pilləyə yüksələn milli komandamızın hesabında 266 xal var. UEFA-nın reytinqində 55-ci olan yığmamız bundan əvvəlki iki reytinqdə 109-cu pillədə idi. Berti Foqtsun çalışdırdığı millimiz son oyunlarını Avstriyada təlim-məşq toplanışında keçirib. Oradakı yoldaşlıq görüşləri çərçivəsində Moldova (1:1) və Hondurasla (0:0) heç-heçə edən komandamız Makedoniyada uduzub – 1:3.
Oxumaq
15.07.10  
 
Bukmekerlər “Bakı” və “Qarabağ”ın qələbəsini proqnozlaşdırırlar
Bukmekerlər iyulun 15-də keçiriləcək Avroliqanın II təsnifat mərhələsinin ilk oyunları üçün əmsallarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qumarbazlar bu mərhələdə iştirak edəcək “Bakı” və “Qarabağ” klublarının qalib gələcəyini proqnozlaşdırırlar. Belə ki, bu gün paytaxtda “Buduçnost”u qəbul edəcək “Bakı”nın qələbəsinə 1,72 əmsal verilib. Rəqibin ölkəmizdə 3 xal qazanması 4,85-lə qiymətləndirilib. Komandamızın heç-heçəsinə inanaraq pul qoyanlar isə əmanətlərini 3,5 dəfə artırmaq şansını əldə edəcəklər.
Qurban Qurbanovun yetirmələrinin rəqibi məğlub edəcəyi də gözləniləndir. Bukmekerlər səfərdə Ağdam komandasının qalib gələcəyinə 2 əmsal veriblər.
Oxumaq
15.07.10  
 
Hafiz Məmmədov: Könlümüzdən qrup mərhələsinə yüksəlmək keçir
“Bakı” Avroliqanın II təsnifat mərhələsində “Buduçnost” ilə oyuna hazırlığı davam etdirir. Apasport.az saytının məlumatına görə, komandanın məşqini izləyənlər arasında klubun prezidenti Hafiz Məmmədov və fəxri prezidenti Anar Məmmədov da olub.

Onlar hazırlıqları birlikdə seyr etdikdən sonra məşqçi heyəti və futbolçularla səmimi söhbət zamanı komandaya güvəndiklərini bildiriblər. H.Məmmədov “Buduçnost” klubuna qarşı oyunda “Bakı”ya uğurlar arzulayıb: “Əhval-ruhiyyə əladır. Futbolçuların necə həvəslə məşq etdiyinin şahidi oldum. Bu, məni ümidləndirməyə bilməz. Yeganə narahatlığım yeni futbolçularımızın kollektivə uyğunlaşması ilə bağlıdır. Amma əminəm ki, Vinfrid Şeferin başçılıq etdiyi təcrübəli məşqçilər korpusu bu çatışmazlığı aradan qaldıracaq”.
Oxumaq
15.07.10  
 
Tabares bundan sonra da Uruqvay yığmasına rəhbərlik edəcək
Oskar Tabares bundan sonra da Uruqvay yığmasına rəhbərlik edəcək. O, Almaniyaya mundialda 3-cü yeri tutmaq uğrunda mübarizədə 2:3 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında karyerasını bitirə biləcəyinə işarə vurmuşdu. Amma yerli futbol qurumu (UFF) təcrübəli məşqçini fikrindən daşındıra bilib. UFF-nin prezidenti Sebastyan Bauza jurnalistlərə səbəbkar haqda belə deyib: "Biz bundan sonra da Tabareslə əməkdaşlıq edəcəyik. Bu mütəxəssisin yığmamıza hələ çox şey bəxş edə biləcəyini hamı yaxşı anlayır".
Oxumaq
15.07.10  
 
«Casus qalmaqalı» səngimir
Rusiyaya işləyən sayca 12-ci casus da ələ keçdi

Amerika Birləşmiş Ştatlarında Rusiya xeyrinə casusluq etməkdə ittiham olunan daha bir nəfər, sayca 12-ci adam da həbs olunub. Həbs olunan 12-ci kəşfiyyatçının adı hələlik açıqlanmır. Ancaq o məlumdur ki, həbs olunan şəxsin 23 yaşı var və onun təhqiqatına hələ ötən ilin payızından başlanılıb. Məlumatlara görə, adı açıqlanmayan kəşfiyyatçı haqda məlumat rus casuslarının şəbəkəsinin araşdırılması zamanı təsadüfən üzə çıxıb.
Oxumaq
15.07.10  
 
Səhifələr : # « 1 2 3 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •