Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« İyul.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 14.7.2010
Səhifələr : # « 1 2 3
Rusiya vətəndaşı yol qəzası törədib
Hadisədə Gürcüstan vətəndaşı dünyasını dəyişib

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir neçə yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Hacıqabul rayonu ərazisində Rusiya Federasiyası vətəndaşı İlqam Hacıyevin idarə etdiyi "Nissan-Maxima" markalı və Bakı şəhər sakini Umarəli Eldarovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşub. Nəticədə İ.Hacıyevin sərnişini, Gürcüstan vətəndaşı Mürvət İmanov hadisə yerində dünyasını dəyişib. Xəsarət alan İ.Hacıyev və sərnişini - Bakı şəhər sakini Oqtay Nəbiyev isə xəstəxənaya yerləşdirilib. 
Oxumaq
14.07.10  
 
Xeyli çətənə kolu məhv edilib
Lənkəran sakini çətənəni həyətində becərirmiş

Xeyli miqdarda çətənə kolu məhv edilib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Lənkəran ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şilavar kənd sakini Vüqar Sadıxovun həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilən çətənə kolu aşkarlanıb. Çəkisi 4,5 kiloqram olan 24 ədəd çətənə kolu yığılaraq məhv edilib. Saxlanılan V.Sadıxov əvvəllər də  məhkumluq həyatı yaşayıb. ŞPŞ əməkdaşlarının V.Sadıxovun evinə keçirdikləri baxış zamanı əlavə olaraq 2 kiloqram 24 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Oxumaq
14.07.10  
 
Avtomobillərdən mobil telefon oğurlayan şəxs yaxalanıb
Hacı Bədəlov iki gündə 8 avtomobildən oğurluq edib

Hüquq-mühafizə orqanları bir neçə oğurluq faktının üstünü açıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunan Hacı Bədəlov şübhəli şəxs qismində ŞPİ-yə gətirilib. 
Oxumaq
14.07.10  
 
Yalan məlumat verən şəxsin məhkəməsi başlayıb
Məhkəmədə ifadə verən paytaxt sakini özünü təqsirli bilib

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna (BNEZ) bomba qoyulması barədə yalan məlumat verməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb. Məhkəmə qarşısında Bakı şəhəri sakini, 1963-cü il təvəllüdlü Nəsib Yusif oğlu Qasımov cavab verib.  İttihama görə, 2010-cu il aprelin 7-dən 8-ə keçən gecə Qasımov Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna partlayıcı qurğu yerləşdirilməsi barədə yalan məlumat verib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində N.Qasımov yaxalanaraq istintaqa təhvil verilib.
Məhkəmədə ifadə verən N.Qasımov elan olunan ittiham üzrə özünü təqsirli bilib.
Oxumaq
14.07.10  
 
Bacısını qətlə yetirən şəxsin məhkəməsi başa çatıb
İlyas Süleymanov 10 il müddətinə azadlıqdan məhrum edilib

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əlisoltan Osmanovun sədrliyi ilə bacısını qətlə yetirən şəxsin məhkəməsi yekunlaşıb. Məhkəmə qarşısında Kürdəmir rayon sakini İlyas Süleymanov cavab verib. İttihama görə, hadisə 2010-cu il yanvarın 25-də baş verib. Kürdəmirin topalhəsənli kənd sakini, 1963-cü il təvəllüdlü İ.Süleymanov bacısı, 1969-cu il təvəllüdlü Lətafət Süleymanovanı kəndirlə boğaraq öldürüb. Sonra onun meyitini öz həyətinə gətirərək torpağa basdırıb. Yanvarın 27-də rayon Polis şöbəsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Süleymanov tutularaq istintaqa təhvil verilib. O, bacısını namus üstündə öldürdüyünü etiraf edib. Məhkəmənin hökmü ilə İ.Süleymanov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Oxumaq
14.07.10  
 
Oğul atasını döyərək öldürüb
Ələsgər Səfərov daha sonra atasının meyitini kanalizasiya quyusuna atıb

Bərdə rayonunda ağır qətl hadisəsi qeydə alınıb. Baş Prokurorluğun  rəsmi internet saytında verilən məlumata görə, hadisə iyulun 12-də saat 18.15 radələrində törədilib. Bərdə rayon Polis Şöbəsinə Göyçay rayonunda məskunlaşan, 1937-ci ildə Ağdam rayonunda anadan olmuş Əmralıyev Arif İdris oğlunun üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması barədə məlumat daxil olub. Meyit mərhumun oğlu Bərdə rayonunun Şirvanlı kənd sakini Ələsgər Səfərovun yaşadığı evin həyətində yerləşən kanalizasiya quyusunda aşkarlanıb.
Oxumaq
14.07.10  
 
Avstraliya şirkəti muğam ifaçımızın diskini buraxıb
Azərbaycanlı muğam ifaçısı Qoçaq Əsgərovun Avstraliyanın “Bird Walk Records” şirkəti tərəfindən diski buraxılıb. Muğam ifaçısının APA-ya verdiyi məlumatına görə, ifası Avstraliyanın yerli radio dalğalarında səslənən ərəfələrdə musiqi şirkətinin nümayəndələri tərəfindən onun albomunu çıxarmaq ideyası yaranıb. Şirkətlə uğurlu əməkdaşlıqda xanəndəyə YUNESKO-nun eksperti, musiqişünas Sənubər Bağırova dəstək olub. Albom hazır olan kimi Böyük Britaniyada bu il keçirilən “Womad” beynəlxalq dünya musiqi, mədəniyyəti və rəqsləri festivalının iştirakçılarına təqdim edilib. Azərbaycandan həmin festivalda Qoçaq Əsgərovun solisti olduğu “Turan” qrupu iştirak edib. Daha sonra yüksək tirajla buraxılan toplu bu günlərdə Azərbaycana gətirilib.
Oxumaq
14.07.10  
 
Peşəkar jurnalist rüşvət almaz
Cahangir Məmmədli: «Peşəkarlıq da ona görə çatışmır ki, bu gün jurnalistika aləmi hər kəsin gələ biləcəyi bir meydana çevrilib. Bax, bu bizi narahat edir»
Oxumaq
14.07.10  
 
ABŞ dövlət katibindən ermənilərə tələb
Hillari Klinton Ermənistan hakimiyyətini ölkədəki siyasi məhbusları azad etməyə çağırıb
Oxumaq
14.07.10  
 
Səhifələr : # « 1 2 3
ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev Çikaqoda bir sıra rəsmi görüşlər keçirib
  • Əli Həsənov: “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”
  • “5 mətbu orqan Azərbaycan əleyhinə təbliğat aparır”
  • Əli Həsənov: “Azərbaycana gələn qonaqların təhlükəsizliyinə təminat vermişik”
  • Azərbaycan və Fransa arasında əməkdaşlıq üzrə protokol imzalanıb
  • Azərbaycanlı deputat Fransada sosial problemlərin müzakirəsinə qatılacaq
  • Azərbaycanlı deputatlar Ermənistana getdilər
  • Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən monoqrafiya çap olunub
  • “Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar”
  • PA rəsmisi: “İran tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq”
  • İranda saxlanılan gənc şairlərin məsələsi gündəlik diqqətdədir
  • “Təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir”
  • “NATO Cənubi Qafqazdakı münaqişələrə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”

  •