|
|
|
|
|
Məşhur rejissor həbsdən azad edildi
|
İsveçrə Roman Polanskini ABŞ-a verməkdən imtina etdi
İsveçrə məhkəməsi məşhur amerikalı rejissor Roman Polanskini ABŞ-a ekstradisiya etməmək barədə qərar qəbul edib. “Associated Press” agentliyinin verdyi məlumata görə, 30 il öncə azyaşlı qızla cinsi əlaqədə olmaqda ittiham rejissor ev dustaqlığından da azad edilib. Xatırladaq ki, Roman Polanski ABŞ-ın tələbi ilə saxlanılmışdı. Amerikada onun barəsində hələ 1978-ci ildə həbs qərarı çıxarılıb. 2009-cu ilin sentyabrında həbs edilən Polanski 4,5 milyon dollar girov müqabilində ev dustağı kimi saxlanılırdı. Polanski 1977-ci ildə 13 yaşı olan Samanta Qeymerlə əlaqədə olmaqda günahlandırılır. Samanta Qeymer öz iddiasından 1993-cü ildə kompensasiya aldıqdan sonra geri çəkilsə də, Amerika hökuməti işi bağlamayıb. İsveçrə məhkəməsinin qərarı qətidir və ABŞ tərəfindən şikayət oluna bilməz.
|
Oxumaq
13.07.10
|
| |
|
|
Rəqsanənin maşını dörd avtomobillə toqquşdu
|
Son aylar xarici ölkələri dolaşıb, konsertlərlə çıxış edən Rəqsanə nəzərə gəlib. Bu səhər müğənni şəxsi avtomobilində qəza keçirib. Onun Milli.Az xəbər portalına bildirdiyinə görə, hadisə telekanalların birinə gedərkən baş verib: “Maşınım 4 avtomobillə toqquşub. Toqquşma zamanı ağzım sükana dəydi. Bir anda özümü itirdim və nə baş verdiyini anlaya bilmədim. Etiraf edim ki, avtomobili 160 km/saat sürətlə idarə edirdim. Canlı efirə gecikməyim deyə, həyatımı təhlükəyə atdım. Qəza baş verəndən sonra evə zəng vurub, yardım istədim. Dərhal başqa avtomobil gəlib, məni ünvana çatdırdı. Həmin vaxt həyəcandan bərk-bərk ağlayırdım”. Müğənni bildirdi ki, toqquşma nəticəsində iki avtomobil zədələnib: “Mənim üzərimə iki avtomobili təmir etmək düşür. Hər ikisi xarici marka avtomobillərdir. Qeyd edim ki, toqquşma nəticəsində heç bir sürücü zərər çəkməyib. Sadəcə, avtomobilləri yüngül zədələnib”. Rəqsanə deyib ki, idarə etdiyi maşın ona düşmür: “Onu idarə edərkən bir neçə dəfə təhlükə ilə üzləşmişəm. Ona görə də, satmağı düşünürəm”.
|
Oxumaq
13.07.10
|
| |
|
|
Almanlar istidən qovurulurlar
|
Berlində rekord temperatur qeydə alındı
“BBC” xəbər verir ki, dünən Almaniya paytaxtında temperatur 38,8 dərəcəyə qədər qalxıb. Potsdamda isə temperatur 39 dərəcəyə çatıb. Yüksək temperatura görə Hannoverdən Kölnə gedən qatarlarda kondisionerlər işləməyib. Ekskursiyaya çıxan 27 uşağı gün vurub.
|
Oxumaq
13.07.10
|
| |
|
|
Berluskonidən xarici diplomatlara çağırış: “Gələn dəfə gözəl qızlar da gətirin”
|
İtaliyanın "Pley-old" baş nazirinin ürəyindən nələr keçir?
İtaliyanın baş naziri Silvio Berluskoni Milanda keçirilən Aralıq Dənizi Forumunda bölgə ölkələrinin diplomatlarına qəribə bir müraciət edib. Milli.Az xəbər portalı Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, bu il üçüncü dəfə keçirilən Forumun açılışında çıxış edən Silvio Berluskoni bildirib ki, o, Avropa və Aralıq Dənizi ölkələri arasında dialoq başladıb. Daha sonra İtaliya hökumətinin başçısı Aralıq dəniz və Şimali Afrika ölkələrindən gələn səfirlərə müraciət edərək, onları gələn dəfə yanlarında gözəl qızlar gətirməyə çağırıb: “Gözəl qızlarla qürur duyduğunuzu bilirəm. Biz də gözəl qızları təqdir edirik”. “Mən artıq pleyboy yox, pleyold (oğlan (boy) ifadəsini yaşlı (old) ifadəsi ilə əvəzləyib - red.) olmuşam” deyən Silvio Berluskoni bildirib ki, estetik duyğularını ifadə etmək imkanı onun üçün çox önəmlidir.
|
Oxumaq
13.07.10
|
| |
|
|
Musiqili Komediya Teatrı 100-cü mövsümünü başa vurub
|
|
Azərbaycan Dövlət Musiqili Komediya Teatrı 100-cü mövsümünün bağlanışı keçirib. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, iyulun 11-də baş tutan mövsüm bağlanışında teatr kollektivinin ifasında Ramiz Mirişli və Marat Haqverdiyevin ”Amerikalı kürəkən” tamaşası nümayiş etdirilib. Tamaşanın rejissoru əməkdar artist İlham Namiq Kamal, dirijoru Nazim Hacıəlibəyov, rəssamı Nabat Səmədovadır. Tamaşanın rollarında xalq artistləri İlham Namiq Kamal, Arif Quliyev, Fatma Mahmudova, əməkdar artistlər Xanım Qafarova, Əkbər Əlizadə və başqaları çıxış ediblər.
|
Oxumaq
13.07.10
|
| |
|
|
Azərbaycanda yeni animasiya filmləri istehsal olunub
|
|
“Azanfilm” Kinostudiyası tərəfindən bir neçə yeni animasiya filmi istehsal olunub. Bu barədə məlumat verən “Azanfilm”in direktoru Elçin Hami Axundov bildirib ki, yeni cizgi filmlərindən biri ”İt sərgisi” adlanır. Filmin quruluşçu rejissoru və rəssamı Arif Məhərrəmovdur. Azyaşlı tamaşaçıların maraqla izləyəcəyi “İt sərgisi” animasiya filminin istehsalı ötən həftə artıq başa çatıb və bu günlərdə ekranlarda nümayişi nəzərdə tutulur. Elçin Hami Axundovun sözlərinə görə, gələn həftə “Tırtılın arzusu” adlı animasiya filminin istehsalı başa çatacaq. Sözügedən cizgi filminin ssenari müəllifi Gülşən Tofiqqızı, rejissoru isə Firəngiz Quliyevadır. Hazırda istehsal olunması üçün daha 5-6 cizgi filmi ssenarisi hazırlanır və yaxın müddətdə bu ssenarilər əsasında animasiya filmlərinin çəkilişlərinə başlanılacaq. Elçin Hami Axundov yeni istehsal olunan animasiya filmlərinin beynəlxalq festivallarda iştirakını da istisna etməyib.
|
Oxumaq
13.07.10
|
| |
|
|
"Ford" qəzaya uğrayıb
|
Üç nəfər dünyasını dəyişib
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir neçə yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Masallı rayonunun Ləncan kəndi ərazisində, Təklə kənd sakini Ruslan Əliyev "Ford" markalı avtomaşını idarə edərkən onu aşırıb. Nəticədə R.Əliyev hadisə yerində dünyasını dəyişib.
|
Oxumaq
13.07.10
|
| |
|
|
Bərdə sakini sirkə turşusundan zəhərlənərək ölüb
|
|
Bərdə rayon sakini sirkə turşusundan zəhərlənib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, rayonun Alpoud kənd sakini Hicran Mehtiyeva evindən sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
|
Oxumaq
13.07.10
|
| |
|
|
Dörd ay əvvəl törədilən oğurluq faktının üstü açılıb
|
Yeddi nəfər saxlanılıb
Hüquq-mühafizə orqanları bir neçə oğurluq faktının üstünü açıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, üstü açılan oğurluq faktlarından biri 4 ay əvvəl törədilib. Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonu ərazisində yaşayan Seyfəl Məmmədovun evindən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Ramin Soltanov tutulub. R.Soltanov əvvəllər də məhkumluq həyatı yaşayıb.
|
Oxumaq
13.07.10
|
| |
|
|
|
|
|