|
|
|
Azərbaycanda gömrük sahəsində tətbiq edilən "bir pəncərə" prinsipi özünü doğruldub
|
Azərbaycan Dövlət Gömrük Komitəsi bu sahədə bütün maraqlı tərəflərlə əməkdaşlığa həmişə hazırdır. "Bir pəncərə" - Azərbaycan təcrübəsinə həsr edilən seminarda Azərbaycan DGK-nın rəhbəri Aydın Əliyev belə deyib.
Seminar Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə Asiya regional iqtisadi inkişaf (CAREC) proqramı çərçivəsində keçirilib. Seminarın işində səkkiz ölkənin, o cümlədən Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Əfqanıstan, Çin və Monqolustan nümayəndələri, AİB-in, BMT-nin Asiya və Sakit Okean üzrə sosial-iqtisadi komissiyası və BMT-nin Avropa ölkələri üzrə iqtisadi komissiyasının nümayəndələri iştirak ediblər.
|
Oxumaq
13.07.10
|
| |
|
|
|
|
Bin Ladenin oğlu psixiatrik xəstəxanaya yerləşdirilib
|
Ona atasının səsi rahatlıq vermir
“Bir nömrəli terrorçu” Üsamə bin Ladenin dördüncü oğlu, 29 yaşlı Ömər bin Laden şizofreniya diaqnozu ilə psixiatrik xəstəxanaya yerləşdirilib. Ona atasının səsi rahatlıq vermir. Onun həyat yoldaşı Zeynə əs-Sabah isə məlumatları təkzib etməyə çalışır. Zeynə iddia edir ki, Ömər stasionar medikamoz müalicə alır. Onun sözlərinə görə, həyat yoldaşı manikal-depressiv psixozun depressiv mərhələsinin qarşısının alınması üçün depressiya əleyhinə dərmanlar qəbul edir. Zeynə əs-Sabah bundan əvvəl “The Daily Mail”ə müsahibəsində şikayət edib ki, Üsamə bin Ladenə görə onun ailəsi dağılıb. Çünki terrorçunun qohumu olmaları onlara ciddi psixoloji təzyiq göstərir. O, Öməri sevməkdə davam etməsinə baxmayaraq, məhz bu səbəbdən ayrılmaq qərarına gəlib.
|
Oxumaq
13.07.10
|
| |
|
|
Uqandada terror aktı
|
|
Uqandanın paytaxtı Kampalada keçirilən terror aktlarında ən azı 64 nəfər, o cümlədən bir ABŞ vətəndaşı ölüb. Partlayışlar restoranda və idman barında törədilib. Terror aktının qurbanları futbol üzrə dünya çempionatının final matçının canlı yayımını izləmək üçün restoran və barlara gələn vətəndaşlar olub. Yerli hakimiyyət orqanları terror aktlarını “Əl-Qaida” ilə əlaqələri olan yerli “Əl-Sahab” qruplaşmasının törədə biləcəyini ehtimal edirlər. Əgər sübuta yetirilsə, bu, “Əl-Sahab”ın Somalidən kənarda törətdiyi ilk terror aktı olacaq.
|
Oxumaq
13.07.10
|
| |
|
|
Berdımuhammedovun növbəti sensasiyası
|
Türkmənistanda müstəqil qəzetlərin yaradılmasına izn verilib
Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov ölkəsində müstəqil qəzetlərin yaradılmasına izn verib. Bütün mətbuat vasitələri hökumət nəzarətində olan Türkmənistanda belə qərar çıxarılması sensasiya kimi qarşılanıb. Nazirlər Kabinetinin televiziya vasitəsilə nümayiş etdirilən görüşündə prezident hökumət rəsmilərinə müraciətində deyib ki, indi ölkədə özəl qəzet və jurnalların əsasının qoyulmasına dair təkliflər hazırlana və bu sahədə görülən iş sürətləndirilə bilər. Berdımuhammedov eyni zamanda bildirib ki, ölkənin sənaye və sahibkarlar ittifaqları da özlərinin nəşrlərinə başlamalı və orada uğurlu biznes xəbərlərini dərc etməlidirlər. "Əgər kimlərsə yeni partiya yaratmaq arzusundadırsa, biz onları dəstəkləyəcəyik» - deyə ölkə prezidenti vurğulayıb. Lakin bununla yanaşı olaraq, o, yeni partiyaların əsasının qoyulmasında tələsmək lazım olmadığını qeyd edib.
|
Oxumaq
13.07.10
|
| |
|
|
Britaniyanın elektron kəşfiyyatında diskriminasiya
|
Etnik azlıqlar sıxışdırılır
Britaniyanın elektron kəşfiyyatı – Kommunikasiya üzrə Hökumətin Baş Qərargahı yetərli qədər etnik azlığı işə götürmədiyi üçün tənqid olunur. Bu haqda mətbuata sızmış məlumatlara əsasən, hökumətin rəsmi hesabatında deyilir. «Sunday Times» qəzetində dərc edilən məqalədə deyilir ki, kəşfiyyat zabitləri təşkilatda irqçilik mədəniyyətinin mövcud olmasından şikayət ediblər. Hökumət hesabatına milli azlıqların iddiaları daxil olunub.
|
Oxumaq
13.07.10
|
| |
|
|
|
|
|
|
|
|
Bu da bizim gənclər!
|
|
Birləşmiş Ştatların dövlət katibi Hillari Klintonun Bakı səfəri hələ də beynəlxalq və yerli medianın gündəmdə saxladığı məsələlər sırasındadır. Amerikalı diplomatın səsləndirdiyi bəyanatlar iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində odluğunu və bu əlaqələrin bundan sonra da irəliyə doğru gedəcəyini deməyə əsas verir. Amerika Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı olduğunu bir daha konkret şəkildə bəyan etdi.
|
Oxumaq
13.07.10
|
| |
|
|
|
|
|