|
|
|
|
|
“Mənim duyğusallığım musiqidir”
|
|
Xəzər televiziyasının “İncilər” verilişinin “Kaspi” qəzeti ilə birgə layihəsinin qonağı «Popstar Alaturka-2010» yarışmasının qalibi Murat Şanlıdır
|
Oxumaq
10.07.10
|
| |
|
|
«Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər»
|
Milli mətbuatın 135 illik yubileyi çərçivəsində növbəti tədbirin məkanı Şəki oldu
İyulun 9-da Azərbaycan milli mətbuatının 135 illik yubileyi çərçivəsində sayca dördüncü tədbir keçirilib. Şəkidə «Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər» mövzusunda baş tutan konfransda Prezident Administrasiyasının rəsmiləri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri, ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, Şəki və ətraf bölgələrdə fəaliyyət göstərən mətbu nəşrlərin redaktorları, ictimaiyyət nümayəndələri və yerli hakimiyyət orqanlarının təmsilçiləri iştirak ediblər.
|
Oxumaq
10.07.10
|
| |
|
|
Dərman həmişə dərman olmur
|
İki nəfər dərmandan zəhərlənib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Nərimanov rayonu ərazisində yaşayan Bakı şəhər sakini Elnarə Fərzəliyeva evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Bundan başqa, Gəncə şəhərində yaşayan Nuridə Məmmədova da evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Hər iki şəxsin vəziyyəti qənaətbəxşdir. Faktla bağlı araşdırmalar aparılır.
|
Oxumaq
10.07.10
|
| |
|
|
İki avtomobil yanıb
|
Bir nəfər xəsarət alıb
Səbail rayonu ərazisindəki avtomobillərin təmiri sexində Şirvan şəhər sakini Andrey Turşilova məxsus "Mercedes" markalı avtomaşında yanğın baş verib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, nəticədə avtomaşının yanar konstruksiyaları yanıb. Onu söndürməyə cəhd göstərən sexin sahibi, Bakı şəhər sakini Mehman Nəcəfov isə ayağından yanıq xəsarəti alıb. İmişli rayonunun Bəhramtəpə kəndi ərazisində, kənd sakini Kamil Rəcəbova məxsus "VAZ-2106" markalı avtomaşında yanğın baş verib. Nəticədə avtomaşının yanar konstruksiyaları yanıb. Hər iki faktla bağlı araşdırmalar aparılır.
|
Oxumaq
10.07.10
|
| |
|
|
Qız Qalasında intihar
|
İntihar edən Qax rayon sakinidir
Bakıda Qız Qalasında intihar hadisəsi qeydə alınıb. İyulun 9-da saat 12.30 radələrində təxminən 40-45 yaşlarında qadın özünü Qız Qalasından ataraq intihar edib.Səbail rayon Prokurorluğundan verilən məlumata görə, həyata keçirilən araşdırmalar nəticəsində intihar edən qadının 46 yaşlı Qax rayon sakini Dəstəgül Əsədulla qızı Hacıyeva olduğu müəyyənləşib. İntiharın səbəbi məlum deyil. Faktla bağlı araşdırmalar aparılır.
|
Oxumaq
10.07.10
|
| |
|
|
Avtomobil qaçıran şəxs tutulub
|
|
Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qaçıran şəxs tutulub. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, saxlanılan Qəbələ rayon sakini Nuru Sədrəzənovdur. O, iyulun 7-də Sərxan Qədirova məxsus "VAZ-2107" markalı avtomaşını qaçırmaqda şübhəli bilinir. Qaçırılan avtomobil isə Bakı-Quba yolunun 6-cı km-də əzilmiş vəziyyətdə tapılıb. Faktla bağlı araşdırmalar aparılır.
|
Oxumaq
10.07.10
|
| |
|
|
Vətəndaşlardan silah və narkotik götürüb
|
|
Paytaxt polisi vətəndaşlardan silah və narkotik götürüb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Baş Mühafizə İdarəsi və Səbail RPİ əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Badamdar qəsəbəsində yaşayan Xəqani Məmmədovdan 1 ədəd "TT" markalı tapança, 1 ədəd güllə darağı, 6 ədəd güllə və 0,272 qram narkotik vasitə olan heroin götürülüb. X.Məmmədov əvvəllər də məhkumluq həyatı yaşayıb.
|
Oxumaq
10.07.10
|
| |
|
|
Qohumuna ölümcül xəsarət yetirən Valeh Quliyevin saxlanılması ilə bağlı məlumat həqiqətə uyğun deyil
|
Gəncə şəhər sakininin qohumu tərəfindən qətlə yetirilməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirilib
Baş Prokurorluq Gəncə şəhərində qohumu tərəfindən qətlə yetirilən şəxs barədə yayılan informasiyaya aydınlıq gətirib. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində Gəncə şəhər sakini İmaməddin İsgəndərovun qohumu Valeh Quliyev tərəfindən guya qətlə yetirilməsi və həmin faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işinin başlanması, həmçinin cinayəti törətməkdə təqsirli bilinən V.Quliyevin saxlanılması barədə həqiqətə uyğun olmayan informasiya verilib.
|
Oxumaq
10.07.10
|
| |
|
|
|