|
|
|
|
|
|
|
“Kino mənzilini dəyişib”
|
Rasim Balayev: «Hərdən fikirləşirəm, nə qədər ki, canım salamatdır, çəkilmək lazımdır»
Onun kinoya öz baxışı, öz yanaşması var. Ömrünün 35 ildən çoxunu kinoya həsr edən Xalq artisti Rasim Balayevin kinematoqrafiya ilə bağlı söhbətlərində həmişə bir nostalji hiss olunur. Bu, onun yaşıdı olan kino adamları kimi içində yaşatdığı xiffətdir – kinomuzun intibah dövrünün xiffəti. Bununla belə, aktyor ümidini də üzmür. Baxımlı filmlərin çəkiləcəyinə, tamaşaçı kütləsinin kinoteatrlara axınına, zamanın öz sənətkarını yetişdirəcəyinə... inanır. Aktyorla söhbətimizdə özünüz də bunun şahidi olacaqsınız.
|
Oxumaq
03.06.10
|
| |
|
|
“Kino mənzilini dəyişib”
|
Rasim Balayev: «Hərdən fikirləşirəm, nə qədər ki, canım salamatdır, çəkilmək lazımdır»
Onun kinoya öz baxışı, öz yanaşması var. Ömrünün 35 ildən çoxunu kinoya həsr edən Xalq artisti Rasim Balayevin kinematoqrafiya ilə bağlı söhbətlərində həmişə bir nostalji hiss olunur. Bu, onun yaşıdı olan kino adamları kimi içində yaşatdığı xiffətdir – kinomuzun intibah dövrünün xiffəti. Bununla belə, aktyor ümidini də üzmür. Baxımlı filmlərin çəkiləcəyinə, tamaşaçı kütləsinin kinoteatrlara axınına, zamanın öz sənətkarını yetişdirəcəyinə... inanır.
|
Oxumaq
03.06.10
|
| |
|
|
50 manatlıq saxta əsginas
|
Əsginası həmyerlisinə verən Hacıqabul rayon sakini Rəfayıl Mehtiyev tutulub
Hacıqabul RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dövriyyəyə saxta əsginas buraxan şəxs tutulub. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, saxlanılan Hacıqabul rayon sakini Rəfayıl Mehtiyevdir. R.Mehtiyev 50 manatlıq saxta əsginası mayın 31-də həmyerlisi Əlövsət Umudova verib. Faktla bağlı araşdırma aparılır.
|
Oxumaq
03.06.10
|
| |
|
|
«Nərimanova bomba qoymuşam»
|
Paytaxt polisi yenidən bomba həyəcanı yaşayıb
Paytaxt polisinə yenidən bomba həyəcanı yaşadılıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, naməlum şəxs taksafondan DİN-in “102” Zəng Mərkəzinə zəng edərək «Nərimanova bomba qoymuşam» deyərək dəstəyi asıb. Dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edən şəxs - Göyçay rayonunda anadan olan 17 yaşlı O.H. saxlanılıb və Nərimanov RPİ-nə təhvil verilib.
|
Oxumaq
03.06.10
|
| |
|
|
Qadınları fahişəliyə cəlb edən şəxs tutulub
|
Bibixanım Bayramova evində əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirləndirilir
Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qadınları fahişəliyə cəlb edən şəxs tutulub. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, saxlanılan Bakı şəhər sakini Bibixanım Bayramovadır. B.Bayramova gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb edərək evində əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirləndirilir. Fakt üzrə cinayət işi başlanılıb və istintaq aparılır.
|
Oxumaq
03.06.10
|
| |
|
|
Millət vəkilinin qardaşı bıçaqlanıb
|
Hadisənin hansı səbəbdən törədilməsi bilinmir
İyunun 2-də Salyan rayonunda bıçaqlanma faktı qeydə alınıb. Salyan İcra Hakimiyyətinin şəhər üzrə nümayəndəsi, millət vəkili Əkrəm Abdullayevin qardaşı Əlipaşa Abdullayev iş otağında bıçaqlanıb. Döş qəfəsi və qarın boşluğundan 6 bıçaq yarası alan Əlipaşa Abdullayev Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. DİN-in mətbuat xidmətindən aldığımız məlumata görə, Salyan rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb. Saxlanılan RİYAD təhlükəsizlik xidmətinin Salyan rayon şöbəsinin rəisi İslam Rzayevdir. Hadisənin hansı səbəbdən törədilməsi bilinmir. Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb və araşdırma aparılır.
|
Oxumaq
03.06.10
|
| |
|
|
Qayın qardaşı arvadını bıçaqlayıb
|
Astarada isə qayınata kürəkəninə xəsarət yetirib
Respublikada iki bıçaqlanma faktı qeydə alınıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Beyləqan rayonunun 1-ci Şahsevən kəndində, kənd sakini Səbuhi Soltanov qardaşı arvadına xəsarət yetirib. Ruhi xəstə olan S.Soltanov Sevinc Məmmədzadəyə ailə münaqişəsi zəminində bıçaqla xəsarət yetirib. Beyləqan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Soltanov tutulub.
|
Oxumaq
03.06.10
|
| |
|
|
|