|
|
|
|
|
Müstəqil Azərbaycanın ilk Dövlət Mükafatı
|
|
Elm sahəsi üzrə “Cənubi Xəzər hövzəsinin palçıq vulkanizmi və neft-qazlılığı” elmi nəşrlər silsiləsi, Ədəbiyyat sahəsi üzrə “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” kitabının müəllifləri, Mədəniyyət sahəsi üzrə isə Alim Qasımov dövlət mükafatına layiq görülüb
|
Oxumaq
02.06.10
|
| |
|
|
|
|
Sanksiyalardan daha sürətlə inkişaf edən nüvə proqramı
|
İranın boğazında ilgək daralsa da, nüvə siyasətindən əl çəkəcəyi güman olunmur
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik - BATENA bəyan edib ki, İran hazırda Qərbin bu ölkədən çıxarılmasını istədiyi uranın iki mislini istehsal edib. BATENA-dan BBC-nin əlinə keçmiş məxfi hesabatda deyilir ki, İran 2400 kiloqram aşağı zənginləşdirilmiş uranı anbarlaşdırıb. Bu, nüvə silahı başlığının istehsalı üçün lazım olandan iki dəfə çoxdur. Heç şübhəsiz ki, bu məlumat İranın nüvə yanacağının mübadiləsinə dair əldə olunmuş Tehran razılaşmasına Qərbin inamsızlığını daha da artıracaq. BATENA onu da xəbər verir ki, İran az miqdarda uranın daha da zənginləşdirilərək 20 faizə çatdırılması prosesini davam etdirir.
|
Oxumaq
02.06.10
|
| |
|
|
Avropa Rusiyaya güzəştə getmir
|
Tərəflər vizasız gediş-gəliş rejiminin müddəti ətrafında razılığa gələ bilməyiblər
Viza rejiminin yüngülləşdirilməsi məsələsi Rusiya - Avropa İttifaqının növbəti zirvə toplantısının əsas mövzularından biri olub. Avropa İttifaqı müəyyən tərəddüdlər etsə də, Moskva bu işdə daha təkidli görünürdü. Qeyd edək ki, İttifaqla Rusiya arasında siyasi münasibətlər Cənubi Osetiyadakı müharibədən sonra xeyli gərginləşmişdi. Ancaq indi ekspertlərə görə, iqtisadi böhran qarşılıqlı asılılığı dərinləşdirir. 2 günlük Rusiya-Avropa İttifaqı sammiti Rostov-Don şəhərində keçirilir. Bu, Lissabon müqaviləsinin qüvvəyə minməsindən sonra keçirilən ilk sammitdir.
|
Oxumaq
02.06.10
|
| |
|
|
Pakistanda xəstəxanaya hücum
|
Pakistanın şimalındakı Lahor şəhərində dövlət xəstəxanasına hücum nəticəsində 12 nəfər ölüb. Lahor Polis İdarəsi polis uniforması geyinmiş 6-7 nəfərin Cinnah Dövlət Xəstəxanasına hücum etdiyini açıqlayıb. Hücumda 3 polis olmaqla 12 nəfər ölüb, 10-dan çox insan isə yaralanıb. Polis keçən həftə Əhmədiyyə təriqətinə məxsus iki məscidə edilən qanlı hücumlarda yaralanan çox sayda insanın Cinnah Dövlət Xəstəxanasında müalicə olunduğunu, hücumun bu məqsədlə təşkil edilmiş ola biləcəyini vurğulayıb. Qeyd edək ki, Lahorda məscidlərə edilən hücumda 82 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Hücumun məsuliyyətini isə “Taliban” hərəkatı öz üzərinə götürüb.
|
Oxumaq
02.06.10
|
| |
|
|
“Elədikləri qarşılarına çıxdı”
|
Mahir Şükürov da “Bakı”nı qınadı
Azərbaycan yığmasının və Rusiyanın “Anji” klubunun futbolçusu Mahir Şükürovun apasport.az saytının Avstriyaya ezam olunan müxbirinə müsahibəsi
|
Oxumaq
02.06.10
|
| |
|
|
CAR polisi ingilis xuliqanlara qarşı əməliyyata başlayıb
|
Bilindiyi kimi, nəhəng turnirlər zamanı xüsusilə İngiltərədən olan fanatların iğtişaş salmasına çox təsadüf edilib. Futbolun vətənindən olan azarkeşlər nəinki sevimli komandasının uğursuzluğuna, hətta qələbəsinə də qeyri-adi şəkildə - çılğıncasına reaksiya verməsiylə çoxdan məşhurlaşıb. Bu üzdən CAR polisi indidən Britaniyadan Afrikaya gələcək fanatlara qarşı lazımi tədbirlərə start verib. Qeyd edək ki, onlar bu işdə ingilis həmkarlarıyla əməkdaşlıq edəcək. Təxminən 3200 xuliqana Afrikaya gəlmək qadağan edilib. Onlar çərşənbə axşamına qədər pasportlarını polis idarələrinə təqdim etməyə borclu idi. CAR-ın təhlükəsizlik xidmətinin bununla bağlı yaydığı bəyanatda belə deyilir: "Təxminən biray əvvəl bəzi xuliqanlar müxtəlif yollarla CAR ərazisinə soxulmağa çalışıb. Amma iki ölkənin xüsusi xidmət orqanı əməkdaşlarının birgə səyi nəticəsində onların cəhdinin qarşısı alınıb. Bu planda işlər davam etdirilir".
|
Oxumaq
02.06.10
|
| |
|
|
Xavyer Aqirrenin də siyahısı məlum oldu
|
|
Xavyer Aqirre mundialda xidmətindən istifadə etməyi lazım bildiyi 23 nəfərlik siyahını Meksika futbol ictimaiyyətinə açıqlayıb. Onun Xonatan dos Santos (Barselona), Xuan Valensuela (Amerika) və Adrian Aldretenin (Moreliya) xidmətinə ehtiyac duymadığını bəri başdan qeyd edək. Dos Santos buna etiraz əlaməti kimi bir daha millinin formasını geyməyəcəyini bəyan edib. Xonatanın atası bu haqda belə deyib: "Artıq Aqirrenin qərarlarından təngə gəlmişik. Ümumiyyətlə, Meksika millisinin məşqçiləri oğluma həmişə arzuolunmaz münasibət bəsləyib. Xonatan bir daha Meksika yığmasının düşərgəsində görünməyəcək! Aqirrenin mundimala aparmağı lazım bildiyi 23 futbolçunun hamısı əla formada olsaydı, oğlum bunda heç bir problem görməzdi. Amma qoy hamı bilsin ki, Xonatan da daxil olmaqla, bir çox futbolçular məhz baş məşqçinin şəxsi maraqlarının qurbanı olub".
|
Oxumaq
02.06.10
|
| |
|
|
|