|
|
|
|
|
|
|
Mundialda milli komandanın 4 futbolçusu itkin düşüb
|
Dünya çempionatında şok hadisə baş verib. Apasport.az saytının məlumatına görə, Şimali Koreya yığmasının 4 futbolçusu – An Çxol-Xyok, Kim Myon-Von, Kim Kyon-İl və Pak Sun -Xyok itkin düşüb. Onların hazırda harada olması məlum deyil. Həmin futbolçuların adları ilk turda Braziliya millisi ilə oyunda iştirak ərizəsinə daxil edilməmişdi. Qeyd edək ki, ilk turda beşqat dünya çempionlarına 1:2 hesabı ilə uduzan şimali koreyalıların növbəti rəqibləri Portuqaliya və Kot D’İuvar yığmalarıdır.
|
Oxumaq
19.06.10
|
| |
|
|
Maradona “sındı”: Mən ondan üzr istəyirəm
|
Argentina yığmasının baş məşqçisi Dieqo Maradona növbəti dəfə diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, əfsanəvi futbolçu gözlənilmədən UEFA prezidenti Mişel Platinidən üzr istəyib. Məsələ ondadır ki, Platininin mətbuatda Maradonanın məşqçilik bacarığına şübhə etməsi ilə bağlı açıqlaması yer almışdı. Bundan sonra argentinalı “Platini fransalıdır, biz isə bilirik ki, fransızlar necə adamlardır” deməklə, aləmi bir-birinə qatmışdı.
|
Oxumaq
19.06.10
|
| |
|
|
Mundial xəbərləri
|
|
Mihel Form müvəqqəti Hollandiya millisinin düşərgəsini tərk edib. İş ondadır ki, komandanın ehtiyat qapıçısının həyat yoldaşı Deyzi bazar axşamı ana olub. Bu üzdən yığmanın məşqçiləri Forma vətəninə yollanmağa razılıq verib. Amma əlcək sahibi yaponlarla oyuna iki gün qalmış milliyə qoşulmağa borcludur.
|
Oxumaq
19.06.10
|
| |
|
|
Vuvuzelalar Messini də danışdırdı
|
Dünya çempionatının final mərhələsinin oyunları zamanı CAR stadionlarını bürüyən vuvuzelaların səsi Argentina yığmasının lideri Lionel Messini də qəzəbləndirib. Apasport.az saytının məlumatına görə, 23 yaşlı futbolçu Cənubi Koreya ilə qarşılaşmada buraxdıqları qolun məhz bu çalğı alətinin köməyi ilə vurulmasından narazıdır. Ötən il planetin ən yaxşı futbolçusu seçilən Messi bu səs-küydən oynamağın çətinliyini etiraf edib: “Qol buraxdığımız həmin epizodda hərəmiz bir tərəfdən Demişelisə qışqırırdıq ki, arxadan oyunçu gəlir. Lakin vuvuzelaların səsindən o heç nə eşitmirdi. Əslində, özüm də iki epizodda məhz bu səslər üzündən topu qəbul edə bilmədim”. Qeyd edək ki, Argentina yığması Cənubi Koreya ilə matçda 4:1 hesabı ilə qalib gəlib.
|
Oxumaq
19.06.10
|
| |
|
|
|
|
|
|
|