Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« İyun.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 1.6.2010
Səhifələr : 1 2 » #
Çexiya sosial-demokratlarının məğlubiyyətə bərabər qələbəsi
Üç sağ mərkəzçi partiya koalision hökumət qura biləcək
Oxumaq
01.06.10  
 
“Rabitə” heyətini gücləndirməkdə davam edir
Natalya Məmmədova komandada sevimli nömrəsində çıxış edəcək
Oxumaq
01.06.10  
 
Araz çayının yeni qolu açılıb
Hazırda bu qolda su sərfi saniyədə 100 kubmetr təşkil edir. Suyun istiqaməti tam müəyyən edildikdən sonra su sərfinin saniyədə 300 kubmetrə qədər artırılması nəzərdə tutulur
Oxumaq
01.06.10  
 
Dünyanı uşaqlara verək
Sabahkı Azərbaycanın qurucuları olacaq uşaqlara qayğı, mərhəmət hamının üzərinə düşən vəzifədir
Oxumaq
01.06.10  
 
Məndən varlısı varmı?
Dünyadakı ən varlı hakim dairələrin siyahısı dərc edilib

Parisdə gündəlik nəşr olunan “L’Express» qəzeti planetin ən varlı hakim dairələrinin siyahısını dərc edib. Siyahıda 20 nəfərin adı öz əksini tapıb. Tailand kralı Bhumibol Adulyadec 23 milyard dollarlıq varidatı ilə siyahıya başçılıq edir. Sonrakı yerlərdə gələn Bruney sultanı Hacı Hassanal Bolkiah, Birləşmiş Ərəb Əmirliyinin rəhbəri Xalifa bin Zayed əl Nahyan və Səudiyyə Ərəbistanının kralı Abdullah bin Abdelaziz əl Saudin var-dövlətinin müvafiq olaraq 15,8, 14 və 13,4 milyard dollar olduğu bildirilir. İtaliya Nazirlər Şurasının rəhbəri Silvio Berluskoni 8 milyard dollarla beşinci yeri tutur.
Oxumaq
01.06.10  
 
Qazandığı kimi də xərcləyir
BP Meksika körfəzində 900 milyon dollar ziyana düşüb

BP bəyan edib ki, Meksika körfəzində neftin dağılmasından sonra apardığı əməliyyatlar ona ümumilikdə 900 milyon dollardan artığa başa gəlib. BP körfəzdə partlamış neft quyusunu bağlamaq əməliyyatlarını bərpa edib. Bundan az əvvəl əməliyyat dayandırılmış və onun nəticələri dəyərləndirilmişdi. Lakin rəsmilər deyiblər ki, şirkət yalnız bu gün səylərinin nəticəsi barədə məlumat verə biləcək. Bundan əvvəl şirkətin mətbuat xidmətinin rəhbəri hər şeyin normal getdiyini, lakin neftin çıxmasının dayanmadığını xəbər vermişdi.
Oxumaq
01.06.10  
 
Belarus Rusiyanın nəzarətinə keçmək istəyir
Ucuz neft və qazın qarşılığında

Belarusun öz qaz-nəqliyyat şəbəkəsini və aparıcı neftayırma zavodunu Rusiyanın nəzarətinə vermək təklifi Moskvada geniş müzakirələrə səbəb olub. Belarusun təklifi elə-belə deyil. Belə ki, rəsmi Minsk bunun əvəzində ucuz neft və qaz istəyir. Kreml hələ ki, təklifin maraqlı olduğunu və nəzərdən keçiriləcəyini bəyan edib. Moskvada qeyd edilir ki, Rusiyanın Belarusun qaz nəqli sistemini almağa elə bir ehtiyacı yoxdur. Bir sıra müşahidəçilərə görə, məsələ daha çox siyasidir və Rusiya hətta iqtisadi itkilərə gedib Belarusda daha çox strateji mülkiyyət əlinə keçirməyə çalışa bilər. Bu da ona Minsk üzərində daha çox təsir imkanı verə bilər.
Oxumaq
01.06.10  
 
Ronaldo mundialda keçirəcəyi hər oyunda qol vurmağa çalışacaq
Kriştiano Ronaldo qərarlıdır: o, mundialda keçirəcəyi hər oyunda qol vurmağa çalışacaq. Portuqaliya millisinin liderinin belə düşünməsi heç də səbəbsiz deyil. Yəqin "Real"ın pleymeyker-bombardirinin DÇ-2010-un seçmə turnirində meydana çıxdığı oyunlarda bir qol belə vura bilməməsi çoxlarına bəlli deyil. Amma bu nə qədər qəribə görünsə də, faktdır! Bircə onu xatırladaq ki, Kriştiano Bosniya və Herseqovina ilə keçirilən hər iki pley-off matçında zədə səbəbiylə yığmasına kömək edə bilməmişdi. Halbuki o, ötən mövsüm "Real"ın oyunlarında nadir hallarda meydanı qol vurmadan tərk etmişdi.
Oxumaq
01.06.10  
 
“Fənər”dəki qeyri-müəyyənlik davam edir
İndi də istanbulluların Manuel Pelleqriniyə göz dikdiyi barədə xəbərlər yayılıb

Artıq bir neçə həftədir ki, Superliqa başa çatsa da, "Fənərbaxça"nın gələcəyi qeyri-müəyyən olaraq qalır. İlk növbədə söhbət əlbəttə ki, baş məşqçi Kristof Daumdan gedir. Başqan Əziz Yıldırımın bu yaxınlarda təşkil etdiyi mətbuat konfransında bu məsələyə aydınlıq gətirəcəyi gözlənilsə də, belə olmadı. Düzdür, o Daumla danışıqların getdiyini bildirdi. Amma sonradan bu məsələ haqda heç bir xəbər-ətər çıxmadı.
Bu isə ilk növbədə türkiyəli jurnalistlərə sərf edir. Qarışqadan fil düzəltməyi xoşlayan türkiyəli həmkarlarımız gündə bir məşqçini Kadıköyə "yollayır".
Oxumaq
01.06.10  
 
“Qəbələ” “Seltik”lə çempion olan hücumçunu transfer edir
“Qəbələ” klubunun transfer etmək istədiyi ilk britaniyalı futbolçunun adı məlum olub. Apasport.az saytının məlumatına görə, komandanın ingiltərəli çalışdırıcısı Toni Adamsın transfer siyahısında ilk olaraq Derek Riordan durur. Britaniya mətbuatı Şotlandiyanın “Hibernians” klubunda çıxış edən 27 yaşlı hücumçunun transferinin 500 min funt-sterlinq dəyərində olduğunu iddia edir.
Qeyd edək ki, Şotlandiya milli komandasında 3 oyun keçirən hücumçu 2006-08-ci illərdə “Seltik”də də çıxış edib. Derek 2006/07 mövsümündə bu komanda ilə Şotlandiya çempionatının və kubokunun qalibi olub.
Oxumaq
01.06.10  
 
Səhifələr : 1 2 » #
ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev Çikaqoda bir sıra rəsmi görüşlər keçirib
  • Əli Həsənov: “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”
  • “5 mətbu orqan Azərbaycan əleyhinə təbliğat aparır”
  • Əli Həsənov: “Azərbaycana gələn qonaqların təhlükəsizliyinə təminat vermişik”
  • Azərbaycan və Fransa arasında əməkdaşlıq üzrə protokol imzalanıb
  • Azərbaycanlı deputat Fransada sosial problemlərin müzakirəsinə qatılacaq
  • Azərbaycanlı deputatlar Ermənistana getdilər
  • Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən monoqrafiya çap olunub
  • “Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar”
  • PA rəsmisi: “İran tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq”
  • İranda saxlanılan gənc şairlərin məsələsi gündəlik diqqətdədir
  • “Təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir”
  • “NATO Cənubi Qafqazdakı münaqişələrə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”

  •