|
«Sərhədsiz reportyorlar» yenə hürdü
|
|
Öz hesabatlarında Azərbaycan həqiqətlərini danan «keşikçi itlər»dən biri «Sərhədsiz reportyorlar» ənənəsinə sadiq qalaraq yenə hürdü. Əvvəlki yazılarımızda “keşikçi itlər” (“watchdogs” - dünyada hüquq müdafiə qrupları, ictimai rəyi öyrənən media təşkilatları belə adlandırılır) anlayışına aydınlıq gətirdiyimizdən birbaşa mətləbə keçək.
|
Oxumaq
05.05.10
|
| |
|
|
|
|
|
|
|
|
ABŞ partlayışlardan son anda qurtuldu
|
|
Amerika polisi Manhettenin mərkəzində avtomobilə yüklənmiş partlayıcı cihazı zərərsizləşdirib. Nyu-Yorkun meri Maykl Blumberq deyib ki, partlayışın qarşısı alınmasaydı, çoxsaylı itki ola bilərdi. Mer bildirib ki, bu partlayışın kimin və hansı məqsədlərlə planlaşdırdığını bilmir. O, bu cuhazın əldəqayırma bomba olduğunu deyib.
|
Oxumaq
04.05.10
|
| |
|
|
Avropa çarşabı bəyənmir
|
Belçika üz örtüyünə görə cinayət məsuliyyəti tətbiq edən ilk ölkə olacaq
Niqab və çarşabın Avropa Birliyinə daxil olan ölkələrin ərazisində qadağan olunacaq. Belə ki, Avropa parlamentinin Almaniyadan olan deputatı Silvan Kox-Merin Avropa Birliyi məkanında niqab və çarşabın qadağan olunması təşəbbüsü ilə çıxış edib. Almaniyada nəşr olunan “Bild am Sonntag” qəzetinə verdiyi müsahibədə deputat qeyd edib ki, bu cür geyimlər Avropanın bölüşmədiyi dəyərləri təcəssüm etdirir. Qeyd edək ki, Kox-Merin Avropa parlamentində Azad Demokrat Partiyasından olan deputat qrupunu təmsil edir.
|
Oxumaq
04.05.10
|
| |
|
|
Teledebatlar arxada qaldı
|
Leyboristlərin hakimiyyəti tərk etməsinin vaxtı çatıbmı?
Böyük Britaniyada üç əsas siyasi partiyanın liderləri seçki kampaniyasını davam etdirməkdədir. Ötən gün onlar üçüncü və sonuncu teledebatda iştirak ediblər. BBC-nin əməkdaşı Rob Uotson debatlara və seçkilərə bir həftədən də az qalan bir vaxtda partiyaların şansları ilə bağlı reportaj hazırlayıb: «Beləliklə, Britaniya tarixində ilk seçki teledebatları arxada qaldı. Ümumilikdə isə onlara münasibət müsbətdir. Düzdür, bəziləri bunu daha çox prezidentə malik dövlət üçün uyğun format sayırlar.
|
Oxumaq
04.05.10
|
| |
|
|
Paytaxtda qətl hadisəsi törədilib
|
Hadisəyə səbəb ailə münaqişəsi olub
Paytaxtda qətl hadisəsi törədilib. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə Mədəni-Maarif Texnikumunun yataqxanasında baş verib. həmin binada yaşayan Cəsarət Mustafayev yaxın qohumu Təranə Mustafayevanı bıçaqlayaraq öldürüb. Hadisəyə səbəb ailə-məişət münaqişəsi olub. Binəqədi RPİ 5-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Mustafayev tutulub. Faktla bağlı araşdırmalar aparılır.
|
Oxumaq
04.05.10
|
| |
|
|
İki bıçaqlanma faktının üstü açılıb
|
Əfqanıstan vətəndaşı pakistanlını bıçaqlayıb
İki bıçaqlanma faktının üstü açılıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Yasamal RPİ 26-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pakistan vətəndaşı Amcat Nasir Khana bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs tutulub. Saxlanılan Əfqanıstan vətəndaşı, əvvəllər məhkum olunan Paşton Barakatullah Əzəmət Xan oğludur. Kəpəz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əhmədova bıçaqla xəsarət yetirən Gəncə şəhər sakini saxlanılıb. Saxlanılan Cavad Vəliyev əvvəllər də məhkumluq həyatı yaşayıb. Hər iki faktla bağlı araşdırmalar aparılır.
|
Oxumaq
04.05.10
|
| |
|
|
İki nəfər intihar edib
|
Daskəsəndə qadın, Sumqayıtda kişi özünə qəsd edib
Mayın 2-də iki intihar faktı qeydə alınıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Daşkəsən rayon sakini Rahilə Musayeva yaşadığı evin 5-ci mərtəbəsindən özünü atıb. R.Musayeva aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Mərhumun ruhi xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Sumqayıt şəhərində isə 1960-cı il təvəllüdlü Nizami Aydəmirov intihar edib. N.Aydəmirovun meyiti kəndirdən asılmış vəziyyətdə aşkarlanıb. Hər iki faktla bağlı araşdırmalar aparılır.
|
Oxumaq
04.05.10
|
| |
|
|
|