Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 19.5.2010
Səhifələr : 1 2 3 » #
Atatürk bizimlə
Prezident İlham Əliyev: «Mustafa Kamal Atatürk Azərbaycan xalqının qəlbində böyük iz buraxmışdır. Azərbaycan xalqı böyük öndərin xatirəsini həmişə öz qəlbində saxlayıb və bu gün də saxlayır»

«Böyük dövlət xadimi, böyük sərkərdə, böyük siyasətçi Mustafa Kamal Atatürk Azərbaycan xalqının qəlbində böyük iz buraxmışdır. Azərbaycan xalqı böyük öndərin xatirəsini həmişə öz qəlbində saxlayıb və bu gün də saxlayır» - Prezident İlham Əliyev bu fikirləri mayın 17-də Bakıda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün abidəsinin açılışındakı nitqində söyləyib.
Oxumaq
20.05.10  
 
Hər şey bizə azdır
Qərb İranın uranın böyük bir hissəsini Türkiyəyə ixrac etməyə razılıq verməsini yetərli saymır
Oxumaq
19.05.10  
 
İlə beş milyon avro
Dik Advokaatın Rusiya yığmasının baş məşqçisi kimi alacağı məbləğ açıqlanıb
Oxumaq
19.05.10  
 
İş yerində ehtiyatlı olun!
Kompyuterdə işləyən hər bir şəxs fiziki amillərdən başqa, psixiki-neyrofizioloji amillərə də məruz qalır. Yaradıcılıq işi yerinə yetirilən iş yerləri bir-birindən 1,5-2 m hündürlüyündə arakəsmə ilə izolə edilməlidir
Oxumaq
19.05.10  
 
BBC-nin DJ-i kraliçanı “rəhmətə göndərdi”
İngiltərənin BBC radiosunun DJ-i ölkəni bir-birinə qatıb. O, radioda milli marşın müşayiəti ilə kraliça II Yelizavetanın öldüyünü elan edib. Birmingem şəhərindəki "BBC Radio WM"-in 10 illik əməkdaşı 39 yaşlı Denni Kelli canlı yayım zamanı dinləyicilərinə mühüm xəbəri olduğunu bildirib. Sonra isə musiqi sədaları altında "hörmətli dinləyicilər, kraliça II Yelizaveta bu dəqiqələrdə dünyasını dəyişib" deyib.
Təşvişə düşən proqram rejissoru dərhal canlı yayımda DJ-i tənqid edərək "belə bir şeyi necə deyə bilərsən"-deyə qışqırıb. BBC dərhal dinləyicilərindən əməkdaşının hərəkətinə görə üzr istəyib.
Oxumaq
19.05.10  
 
“Əl-Qaidə” futbolu sevmir
İraq dünya çempionatı vaxtı terror aksiyaları hazırlandığını bəyan edib
İraq təhlükəsizlik qüvvələri “Əl-Qaidə” terror təşkilatının futbol üzrə dünya çempionatı vaxtı terror aksiyaları hazırladığını bəyan edib. “MIGnews.com”un yaydığı məlumata görə, bununla bağlı Təhlükəsizliyin Təminatı Xidmətinin nümayəndəsi general-mayor Qasım əl-Müssəvi bəyanatla çıxış edib. Onun sözlərinə görə, İraq xüsusi xidmət orqanları terror aksiyalarına cəlb edilən Səudiyyə Ərəbistanı vətəndaşını tutublar.
Oxumaq
19.05.10  
 
Obamanın bibisi ABŞ-dan siyasi sığınacaq alıb
ABŞ prezidenti Barak Obamanın bibisi Zeytuni Onianqo nəhayət ki, ABŞ-dan siyasi sığınacaq alıb.  “Associated Press” agentliyinin yaydığı məlumata görə, Zeytuni Onianqoya siyasi sığınacaq verilməsi ilə bağlı ABŞ İmmiqrasiya Məhkəməsi qərar qəbul edib. Qadın bundan sonra ölkədə yaşamaq və işləmək hüququ verən viza üçün müraciət etmək niyyətindədir.
Xatırladaq ki, Zeytuni Onianqo Barak Obamanın atasının ögey bacısıdır. O, 2000-ci ildə ABŞ-dan siyasi sığınacaq istəyib və bunu Keniyadakı siyasi qeyri-stabilliklə bağlayıb. Amma hökumət ona sığınacaq verməkdən imtina edib. Hətta onun 2004-cü ildə ölkədən çıxarılması barədə qərar qəbul edilib.
Oxumaq
19.05.10  
 
Toni Adams 2 futbolçu və 3 məşqçidən imtina etdi
“Qəbələ” klubundan gedəcək futbolçulardan ikisi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, əcnəbi hücumçular – ukraynalı İqor Melniklə polşalı Tomaş Stolpa komandanın yeni baş məşqçisi Toni Adamsa lazım olmayıb. İngilis çalışdırıcının başqa futbolçularla da vidalaşacağı gözlənilir.
Melniklə Stolpa ötən il transfer olunmuşdu. Fərq ondadır ki, Tomaş qışda, İqor isə yadda komandaya gəlib. Onlar qəbələlilərin cari mövsümdə bombardiləri idi. Hamıdan çox qol vuran Stolpa rəqib qapısına 7 dəfə yol tapıb. Onun ən yaxın izləyicisi olan Melnikin hesabında 6 qol var.
Qeyd edək ki, baş məşqçi Ramiz Məmmədovun “Qəbələ”dəki köməkçilərinin çoxu da postunu itirib. Bunlar Cavanşir Novruzov, Mehman Baxışov və seleksiyaçı məşqçi Vidadi Rzayevdir. Yalnız qapıçılarla işləyən məşqçi Vüqar Məmmədov vəzifəsində qalıb.
Oxumaq
19.05.10  
 
Messi “Qızıl buts” mükafatına sahib çıxdı
Ötən il dünyanın və Avropanın ən yaxşı futbolçusu seçilən Lionel Messi növbəti mükafatını alıb. Apasport.az saytının məlumatına görə, İspaniyanın “Barselona” klubunun heyətində ardıcıl ikinci dəfə ölkə çempionu olan 23 yaşlı hücumçuya “Qızıl buts” verilib.
Bu mükafat ötən mövsüm Avropa çempionatlarında ən çox qol vuran futbolçuya təqdim olunur. İspaniya Primerosunda 34 qol vuran futbolçu reytinqdə 68 xal toplamaqla hamını qabaqlayıb. Belə ki, Messinin ən yaxın izləyiciləri olan Didye Droqba (“Çelsi”) və Antonio Di Natale (“Napoli”) müvafiq olaraq, İngiltərə və İtaliya çempionatında hərəyə 29 qol vurub. “Barselona”nın baş məşqçisi Xosep Qvardiola onları 10 xal qabaqlayan Messini ən yaxşı sayır: “Şübhəsiz ki, Messi gördüyüm futbolçular arasında ən yaxşısıdır. Anadangəlmə qalib olan Lionelin böyük iddiaları var”.
Oxumaq
19.05.10  
 
“Olimpik-Şüvəlan” Avstriyada futbolçu axtaracaq
“Olimpik-Şüvəlan” klubunun rəhbərliyi Avstriyaya gedəcək. Bu haqda apasport.az saytına məlumat verən komandanın prezidenti Vaqif Qasımov bildirib ki, baş məşqçiləri Nazim Süleymanovla birgə mayın 25-də səfərə çıxacaqlar. V.Qasımovun sözlərinə görə, məqsəd seleksiya xarakteri daşıyır və xaricdən futbolçu seçəcəklər: “Yeni mövsümdə heyətimizi gücləndirmək məqsədilə artıq işə başlayırıq. Mayın 25-də səfərə çıxıb, yolüstü bir gün Polşada qalacağıq. Bildiyiniz kimi, milli komandamız Avstriyada təlim-məşq toplanışında olacaq. Biz də həmin vaxt yığmamızın keçirəcəyi yoldaşlıq görüşlərini, oradakı digər yığmaların oyunlarını izləyəcəyik. İyunun 4-də vətənə dönəcəyik.
Oxumaq
19.05.10  
 
Səhifələr : 1 2 3 » #
ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev Çikaqoda bir sıra rəsmi görüşlər keçirib
  • Əli Həsənov: “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”
  • “5 mətbu orqan Azərbaycan əleyhinə təbliğat aparır”
  • Əli Həsənov: “Azərbaycana gələn qonaqların təhlükəsizliyinə təminat vermişik”
  • Azərbaycan və Fransa arasında əməkdaşlıq üzrə protokol imzalanıb
  • Azərbaycanlı deputat Fransada sosial problemlərin müzakirəsinə qatılacaq
  • Azərbaycanlı deputatlar Ermənistana getdilər
  • Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən monoqrafiya çap olunub
  • “Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar”
  • PA rəsmisi: “İran tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq”
  • İranda saxlanılan gənc şairlərin məsələsi gündəlik diqqətdədir
  • “Təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir”
  • “NATO Cənubi Qafqazdakı münaqişələrə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”

  •