|
|
|
|
|
Avronun xilas planı
|
Böhranla mübarizəyə yüksək məbləğ ayrılıb
Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu Avropada borc böhranı ilə mübarizəyə demək olar ki, 1 trilyon dollar ayırır. 957 milyard dolların 636 milyardını (435 milyard avronu) Avropa Birliyi artıq dünən ayırıb, 321 milyardını isə yaxın günlərdə Beynəlxalq Valyuta Fondu ayıracaq. «Bu kömək avronun güclənməsi və müdafiəsi deməkdir. Biz qeyri-adi vəziyyətdə avronu qoruyuruq». Bunu Almaniya kansleri Anqela Merkel Berlində deyib. Avropa Birliyinin ayırdığı pulun miqdarı gözləniləndən xeyli çox olub. Birliyin qərarı 11 saat çəkən müzakirələrdən sonra verilib.
|
Oxumaq
12.05.10
|
| |
|
|
Serbiyada kütləvi məzarlıq aşkar edilib
|
200-dək cəsədin Kosovo albanlarına aid olduğu bildirilir
Serbiyanın cənub-qərbində kütləvi məzarlıq aşkar edilib. 200-dək cəsədin Kosovo albanlarına aid olduğu zənn edilir. Bu məlumat Avropa Birliyinin Hüquq Komissiyasından daxil olub. Hazırda bu informasiya serblər tərəfindən öyrənilir. Serbiyanın hərbi cinayətlər üzrə prokurorluğunun sözçüsü BBC-yə deyib ki, Raska şəhəri yaxınlığında kütləvi məzarlığın aşkar edildiyinə dair məlumat alıb. Bu məzarlıqda 250 cəsəd qalığı tapılıb.
|
Oxumaq
12.05.10
|
| |
|
|
BP xeyli xərcə düşüb
|
Neft axınını azaltmaq cəhdi nəticə vermir
Böyük Britaniyanın BP neft şirkəti Meksika körfəzində baş verən qəzanın fəsadlarını aradan qaldırmaq - körfəzə dağılan nefti təmizləmək və ABŞ ştatlarına kompensasiya ödəmək üçün bu günə qədər 350 milyon dollar xərcləyib. Mütəxəssislər qəzanın BP şirkətinə ümumilikdə 12 milyard 500 milyon dollar ziyan vuracağını deyirlər. Hazırda qəzadan sonrakı hər gün bp-yə 6 milyon dollara başa gəlir. Məsələ burasındadır ki, BP-nin platformadakı neft axınını azaltmaq cəhdi nəticə vermir, neft əvvəlki həə dənizə axmaqda davam edir.
|
Oxumaq
12.05.10
|
| |
|
|
|
|
|