|
|
|
Benzin oğurlamaqda təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub
|
Təqsirləndirilən şəxslərdən 6 nəfər azadlıqdan məhrum edilib, 4 nəfər isə şərti cəza alıb
Aprelin 9-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əlövsət Abbasovun sədrliyi ilə benzin oğurlamaqda təqsirləndirilən dəstə üzvlərinin məhkəməsi başa çatıb. Məhkəmə qarşısında Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin sabiq əməliyyat müvəkkili, polis mayoru Natiq Aslanov, “Kompaniya FF” MMC-nin rəhbəri Fikrət Qasımov, onun qardaşı Fərhad Qasımov, Rövşən Məmmədov, İlqar Salayev, Xanlar Quliyev, İlham Həsənov, Elxan Hüseynov, Əlixan Hüseynov və Knyaz Əliyev cavab verib. Təqsirləndirilənlər Cinayət Məcəlləsinin 177.3.1-ci (oğurluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 177.3.2-ci (küllü miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunublar.
|
Oxumaq
09.04.10
|
| |
|
|
Silahlı dəstə üzvlərinin məhkəmə prosesi başlayıb
|
Dəstə üzvləri bir neçə sifarişli qətl hadisəsi törədib
Aprelin 9-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Kəramət Əliyevin sədrliyi ilə Bakı və Gəncə şəhərlərində qətllər törətməkdə təqsirləndirilən silahlı dəstə üzvlərinin məhkəməsi başlayıb. Məhkəmə qarşısında Şöhrət Quliyev, Mehman Qəhrəmanov, İlham Şabanov, Anar Həsənov, Səxavət Xudiyev, Xəzər Kazımov, Məharət İsmayılov, Rabit Abdinov, Elim Şahmuradov, Bilal Verdiyev, Nuru Atayev və İlahibə Ələsgərov cavab verir. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə), 217-ci (banditizm) və 228-ci (qanunsuz olaraq odlu silah, sursat əldə etmə və saxlama) və digər maddələri ilə təqsirləndirilir.
|
Oxumaq
09.04.10
|
| |
|
|
Qatil ata məhkəmə qarşısında cavab verir
|
Hadisə ailə münaqişəsi zəminində baş verib
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Cavid Hüseynovun sədrliyi ilə oğlunu qətlə yetirməkdə təqsirləndirilən atanın məhkəməsi başlayıb. Məhkəmə qarşısında Gəncə sakini Kamal Nəcəfov cavab verib. İttihama görə, Kamal Nəcəfov 2009-cu ilin dekabr ayında oğlu Sirac Nəcəfovu güllələyib. Aldığı güllə yarasından Sirac Nəcəfov hadisə yerində keçinib. Keçirilən əməliyyat tədbirləri nəticəsində Kamal Nəcəfov həbs edilib. Müəyyən edilib ki, Sirac Nəcəfov əsgərlikdən təzə qayıdıb və evdə olanlarla tez-tez mübahisə edib. Mübahisə isə ailəsi tərəfindən istəmədiyi qızla evləndirilməsi ilə baglı olub. Baş verən mübahisələrin birində ata oğlunu güllə ilə vuraq öldürüb. İlkin ifadəsində Kamal Nəcəfov elan olunan ittiham üzrə özünü təqsirli bilib.
|
Oxumaq
09.04.10
|
| |
|
|
Qadını zorladıqdan sonra qətlə yetirən şəxsə hökm oxunub
|
Məhkəmənin hökmü ilə Mehdi Nəcəfov ömürlük azadlıqdan məhrum edilib
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Novruz Kərimovun sədrliyi ilə qadını zorladıqdan sonra qətlə yetirən şəxsin məhkəməsi başa çatıb. Məhkəmə qarşısında Mehdi Nəcəfov cavab verib.
|
Oxumaq
09.04.10
|
| |
|
|
Paytaxtda ağır qətl
|
Anasını və arvadını qətlə yetirən Elman Osmanov özünə də xəsarət yetirib
Aprelin 8-də paytaxtda ağır qətl hadisəsi baş verib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisə Bakının Nərimanov rayonu ərazisində baş verib. Rayon sakini Elman Osmanov ailə münaqişəsi zəminində anası Akifəni və arvadı Aytəkini bıçaqla qətlə yetirib. Sonda isə özünə boğaz nahiyəsindən xəsarət yetirib. E.Osmanov xəstəxanaya yerləşdirilib. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
|
Oxumaq
09.04.10
|
| |
|
|
|
|
|
|
İçdiyimiz çayın tərkibindən xəbəriniz varmı?
|
|
Azərbaycanın istehlak bazarında müxtəlif adda o qədər çay var ki, istehlakçı həqiqətən də bir çox hallarda çaş-baş qalır, seçim edə bilmir. Bu gün bazarımızda yaxşı çay da var, pis çay da...
|
Oxumaq
09.04.10
|
| |
|
|
AİBA prezidenti yenidən Bakıda
|
Aprelin 23-də start götürəcək boks üzrə gənclər arasında dünya çempionatında iştirak edəcək ölkələrin və idmançıların sayı dəqiqləşib. Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abiyevın apasport.az saytına verdiyi məlumata görə, bu mötəbər yarışda 109 ölkənin 552 boksçusunun iştirakı gözlənilir. Dünya çempionatını izləmək üçün AİBA prezidenti Çinq-Kuo Vu və İcraiyyə Komitəsinin üzvləri də Bakıya gələcəklər. Qeyd edək ki, yarışlar 11 çəkidə keçiriləcək və Sinqapur-2010-a lisenziya verəcək.
|
Oxumaq
09.04.10
|
| |
|
|
12 medalla birinci olduq
|
İki dəfə Sovet İttifaqı qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə 33-cü Beynəlxalq Bakı Turniri Azərbaycan idmançılarının qələbəsi ilə yekunlaşıb. Apasport.az saytının məlumatına görə, 12 qızıl medal qazanan yığmamız komanda hesabında birinci olublar. Yarışda iştirak edən Türkiyə, Gürcüstan, Özbəkistan və İran cüdoçuları isə ölkəmizdən cəmi 5 qızıl "çıxarmağa" müvəffəq olublar. Bu medallardan da 3-ü gürcülərin, 2-si türklərin payına düşüb.
|
Oxumaq
09.04.10
|
| |
|
|
|
|
|