Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Apr.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
2627282930  
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 9.4.2010
Səhifələr : # « 1 2 3 » #
"Beşiktaş"la oyun öncəsi dava
Aprelin 10-da "Beşiktaş"la keçiriləcək oyuna hazırlaşan "Trabzonspor"un məşqində dava düşüb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Şenol Günəş son hazırlıqla bağlı tapşırıq verərkən, xorvatiyalı Hrvoy Kale və braziliyalı Alanzinyo arasında mübahisə yaranıb. Bir neçə dəqiqədən sonra isə mübahisə dava-dalaşa çevrilib. Xorvatiyalı futbolçu komanda yoldaşına "hücum"a keçib. Alanzinyo ona cavab vermək istəsə də, komanda yoldaşları onları ayırıblar.
Məşqdən sonra "Trabzonspor"un kapitanı Sonq futbolçuları barışdıra bilib.
Oxumaq
09.04.10  
 
Ağdam və Bakıdakı oyunlar canlı yayımda!
Unibank Premyer Liqasının XXVII turun iki oyunu canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, aprelin 10-da "Qarabağ" - "Neftçi" oyunu Ağdamdakı Quzanlı qəsəbə stadionundan, ertəsi "Bakı" - "Xəzər-Lənkəran" görüşü Tofiq Bəhramov adına Respublika stadionundan birbaşa efirə veriləcək. Saat 16:00-da başlayacaq hər iki oyunu "İdman Azərbaycan" kanalı yayımlayacaq.
Oxumaq
09.04.10  
 
Qadınları cinsi istismara məruz qoyan paytaxt sakini tutulub
Ofeliya Quliyeva qadınları BƏƏ-nin Dubay Əmirliyinə aparıb cinsi istismara məruz qoymaqda təqsirləndirilir

DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt sakini tutulub. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, saxlanılan Bakı şəhər sakini Ofeliya Quliyevadır. O.Quliyeva gəlir əldə etmək məqsədi ilə qadınları BƏƏ-nin Dubay Əmirliyinə aparıb cinsi istismara məruz qoymaqda təqsirləndirilir. Faktla bağlı cinayət işi başlanılıb və istintaq aparılır.
Oxumaq
09.04.10  
 
Qeydiyyatı olmayan 5 nəfər Banqladeş vətəndaşı saxlanılıb
Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində müvafiq qeydiyyatı və icazəsi olmadan Azərbaycanda yaşayan 5 nəfər Banqladeş vətəndaşı saxlanılıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 330-cu maddəsinə əsasən tədbir görülüb.
Oxumaq
09.04.10  
 
Bir neçə oğurluq faktının üstü açılıb
Saxlanılanlar arasında qiyun oğruları da var

Hüquq-mühafizə orqanları bir neçə oğurluq faktının üstünü açıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Sumqayıt şəhər sakini Əhliman Quliyevin mənzilindən pəncərədən girmək yolu ilə 350 manat pul oğurlanıb. Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi Natiq Kiçikmirzəyev tutulub. 
Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iki ay öncə törədilən oğurluğun üstü açılıb.  Saxlanılanlar Bakı şəhər sakinləri Murad İbrahimov və Zöhrab Şamilovdur. Hər iki şəxs Rəşad Əsəgərova  məxsus mağazadan oğurluq etməkdə şübhəli bilinir. 
Oxumaq
09.04.10  
 
Masallıda qətl hadisəsi törədilib
Hadisə qohumlar arasında yaranan münaqişə nəticəsində baş verib

Masallıda ağır qətl hadisəsi törədilib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Masallı rayon Ərkivan qəsəbə sakini Fərqanə Ağabalayeva evində qohumu Gülqədəm Abdinovanı küt alətlə qətlə yetirib. Hadisə qohumlar arasında baş verən münaqişə nəticəsində baş verib. Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Ağabalayeva tutulub. Faktla bağlı araşdırmalar aparılır.
Oxumaq
09.04.10  
 
Polisə yalan məlumat verən şəxs tutulub
Polisə yalan məlumat verən şəxs tutulub. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Nizami rayonu ərazisindəki taksafondan Nəsib Qasımov “102” Zəng Xidmətinə zəng edərək "Azərneftyanacaq" zavoduna bomba qoyması barədə məlumat verib. Dərhal həyata keçirilən tədbirlər nəticəsində məlumat təsdiqini tapmayıb. Nizami RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yalan məlumatı verən Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Nəsib Qasımov metronun "Qara Qarayev" stansiyası yaxınlığında saxlanılıb. Faktla bağlı araşdırmalar aparılır. 
Oxumaq
09.04.10  
 
Bir gündə 45 cinayət
Respublikanın daxili işlər orqanları tərəfindən aprelin 8-i gün ərzində 45 cinayət faktı qeydə alınıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, qeydə alınan cinayətlərin 27-i «isti izlər»lə açılıb. Həmçinin ötən günlərdən bağlı qalan 3 cinayətin üstünü açmaq mümkün olub. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 1 nəfər dünyasını dəyişib. Gün ərzində 6 yanğın hadisəsi qeydə alınıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 8 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 36 nəfər saxlanılıb. 
Oxumaq
09.04.10  
 
Reket jurnalistin həbsi ilə bağlı rəsmi məlumat yayılıb
Saxlanılanlar özlərini vəzifəli şəxs kimi təqdim edərək pul tələb edib

Bakı Şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsi “Korrupsiyaya son” MMC-nin təsisçisi və direktoru İsmayılov İbrahim Vaqif oğlunun həbs olunması ilə bağlı rəsmi məlumat yayıb. Məlumata görə, İ.İsmayılov ötən il noyabrın 2-də saat 17.00 radələrində Bakı şəhəri, 28 May küçəsində taksi dayanacağında xidməti vəzifəsini yerinə yetirən “Bakısərnişinnəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşı Faiq Abbasəliyevə yaxınlaşaraq özünü korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi kimi, yəni özbaşına vəzifəli şəxs kimi təqdim edərək, sonuncunun xidməti vəzifə borcunu yerinə yetirməsi ilə əlaqədar iradlarını bildirməklə onu işdən çıxartdıracağı ilə hədələyib.
Oxumaq
09.04.10  
 
Əfqanıstanda və Pakistanda vuruşan azərbaycanlı məhkəmə qarşısında
Vüqar İsayev özünü ittiham üzrə təqsirli bilib

Aprelin 8-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Cavid Hüseynovun sədrliyi ilə Əfqanıstanda və Pakistanda koalisiya qoşunlarına qarşı vuruşmaqda ittiham olunan şəxsin cinayət işi üzrə məhkəmə baxışı başlayıb. Məhkəmə qarşısında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbə sakini 1975-ci il təvəllüdlü İsayev Vüqar Səfa oğlu cavab verəcək. 
Oxumaq
09.04.10  
 
Səhifələr : # « 1 2 3 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •