|
"Yuve" rəhbərliyindən oriyinal cəza
|
Futbolçular "Kalyari" ilə oyunda qələbə qazana bilməsələr, mövsümün sonuna qədər maaş almayacaqlar
"Yuventus" rəhbərliyi sıralanan uğursuzluqların fonunda futbolçuları qeyri-adi şəkildə cəzalandırmaq qərarına gəlib. Turinlilər İtaliya çempionatının bazar gününə təyin edilən "Kalyari" ilə oyunda qələbə qazana bilməsə, mövsümün sonuna qədər maaş almayacaq. Turin klubunun prezidenti Yan-Klod Blan mövcud vəziyyətdə başqa çıxış yollarının olmayacağını yurnalistlərdən gizlətməyib. Onun bu məsələylə bağlı klubun baş direktoru Roberto Betteqa, baş məşqçi Alberto Zakkeroni və bir sıra aparıcı oyunçularla görüşərək fikir mübadiləsi apardığı xəbər verilir.
|
Oxumaq
09.04.10
|
| |
|
|
UEFA Serbiyanın dövlət kanalını cərimləyə bilər
|
Kanal parlamentdəki müzakirələr səbəbindən "Bavariya" - "Mançester Yunayted" qarşılaşmasını yayımlamayıb
Serbiyanın dövlət kanalı olan RTS "Bavariya" ilə "Mançester Yunayted" arasında Çempionlar liqasının 1/4 finalının ilk oyunları çərçivəsində keçirilən oyunu yayınlamaqdan imtina etdiyinə görə UEFA tərəfindən 1 milyon avro məbləğində cərimələnə bilər. Maraqlıdır ki, martın 30-da yerli vaxtla 20.45-də RTS-də oyun yox, parlamentdəki qızğın müzakirələr yayınlanıb.
|
Oxumaq
09.04.10
|
| |
|
|
|
|
|
|
|
|
|
|
Çeçenlər "Böyük Ensiklopediya"ya etiraz edir
|
Qroznı məhkəməsi Çeçenistan haqda dərc olunan məqaləni ekstremist tərkibli tanıyıb
Qroznıdakı rayon məhkəməsi "Böyük Ensiklopediya"da Çeçenistan haqda dərc olunan məqaləni ekstremist tərkibli tanıyıb. Məhkəmə habelə bu məqalənin dərc olunduğu 58-ci cildin müsadirə edilməsi hökmünü çıxarıb. Hökmdən şikayətə 10 gün vaxt verilir. Qarşı tərəf hələlik öz rəyini bildirmir, sadəcə, nəşrin saytında göstərilir ki, ensiklopediyadakı məqalələr ideologiyadan təmizlənib və ancaq faktoloji xarakterə malikdir.
|
Oxumaq
08.04.10
|
| |
|
|
ABŞ artıq Rusiyanı düşmən saymır
|
Obamanın açıqladığı yeni nüvə doktrinasında tərəfdaşlıqdan danışılır
«ABŞ artıq Rusiyanı düşmən saymır». Bu, ABŞ-ın açıqladığı yeni nüvə doktrinasında qeyd olunur. Doktrinada yazılıb ki, Rusiya artıq düşmən deyil, nüvə silahının yayılmaması və digər təhlükələrə qarşı mübarizə məsələlərində tez-tez tərəfdaş kimi iştirak edir. Bununla belə, Rusiya və Çinin ABŞ-ın Hava Hücumundan Müdafiə Sistemlərinə dair proqramına mənfi münasibət bəsləməsi səbəbindən Vaşinqtonun Moskva və Pekinlə münasibətlərdə gələcəkdə strateji stabilliyi qoruması növbəti illərin çətin tapşırığı sayılır.
|
Oxumaq
08.04.10
|
| |
|
|
Türkiyədə beynəlxalq boks turnirində qalmaqal
|
|
Türkiyədə 30 ölkədən 500 boksçunun qatıldığı beynəlxalq boks turnirində qalmaqal baş verib. Apasport.az saytının məlumatına görə, İngiltərə başda olmaqla, bir neçə ölkə təşkilatçıların onlara ayırdığı 3 ulduzlu oteldə qalmaq istəmədiklərini bildirib. Bundan sonra Türkiyə Boks Federasiyası yeni otel axtarışına başlayıb. Vaxtında otel tapılmayacağı halda, bəzi ölkələr geri qayıdacaqlarını bildiriblər. Nəticədə Türkiyə Boks Federasiyasının prezidenti Eyüp Güzgeç məsələyə qarışıb. O, ilk dəfə keçirilən belə yarışda təşkilatçılığın pis olmasından üzgün olduğunu dilə gətirib:
|
Oxumaq
08.04.10
|
| |
|
|
Berti Foqts futbolçu axtarır
|
|
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts futbolçu axtarır. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, 64 yaşlı mütəxəssis seleksiya məqsədi daşıyan növbəti toplanışın iştirakçısı olacaq. B.Foqts aprelin 19-dan 22-dək baş tutacaq təlim-məşq toplanışına rəhbərlik edəcək. Bu hazırlıqlar Bakı şəhərində gerçəkləşəcək. Qeyd edək ki, ötən ayın ikinci yarısında da seleksiya işlərində iştirak edən almaniyalı aşağı yaş qruplarının hazırlıqlarına qatılmışdı.
|
Oxumaq
08.04.10
|
| |
|
|
|