Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Apr.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
2627282930  
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 8.4.2010
Səhifələr : # « 1 2 3
Paytaxtda bıçaqlanma
Hadisəyə səbəb həmyerlilər arasında yaranan mübahisə olub

Aprelin 6-da saat 22.00 radələrində, Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində bıçaqlanma faktı qeydə alınıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Bakı şəhər sakini Bayram Mustafayev həmyerlisi Musa Qəniyevə bıçaqla xəsarət yetirib. Hadisə həmyerlilər arasında yaranan münaqişə zəminində baş verib. Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində B.Mustafayev saxlanılıb. Faktla bağlı araşdırmalar aparılır. 
Oxumaq
08.04.10  
 
Bir gündə 23 cinayət
Dələduzluq edən şəxs tutulub

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 23 cinayət faktı qeydə alınıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, qeydə alınan cinayətlərin 16-ı “isti izlər”lə açılıb. Həmçinin ötən günlərdən bağlı qalmış 8 cinayətin üstünü açmaq mümkün olub. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında baş verən 3 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 5 nəfər isə yaralanıb. Gün ərzində 5 yanğın hadisəsi qeydə alınıb. 
Oxumaq
08.04.10  
 
Valyutadəyişmə məntəqəsinin işçisinə basqın edənlərə hökm oxunub
Pərvin Həşimov 11 il, İlham Əsgərov isə 10 il müddətinə azadlıqdan məhrum edilib

Aprelin 7-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Şakir Ələsgərovun sədrliyi ilə valyutadəyişmə məntəqəsinin işçisinə qarşı quldurluqda və digər cinayət əməllində təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmə qarşısında təqsirləndirilən Saray qəsəbə sakinləri Pərvin Həşimov və İlham Əsgərov cavab verib. 
Oxumaq
08.04.10  
 
Parlament seçkilərinin təşkilində Azərbaycana yardım planı təqdim edilib
Üç beynəlxalq təşkilatın hazırladığı planın təqdimat mərasimində bildirilib ki, builki parlament seçkisi Azərbaycanda siyasi irəliləyiş və inkişaf göstəricisi kimi qiymətləndiriləcək
Oxumaq
08.04.10  
 
“Elmdə plagiatın qarşısını almaq çətindir”
Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru İsa Alıyev: Ali Attestasiya Komissiyasının Fəlsəfə və Hüquq İnstitutunda aşkarladığı plagiatlıq faktları bizdə təəssüf  doğurur
Oxumaq
08.04.10  
 
“Cəmiyyət ilk növbədə diffamasiyanın nə olduğunu anlamalıdır”
Mətbuat Şurasının sədri, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü Əflatun Amaşovun SİA-ya müsahibəsi
Oxumaq
08.04.10  
 
Beynəlxalq telekanallarda Azərbaycan reklamı
“Euronews”, CNN, “National Geographic”, BBC və CNBC-də Azərbaycanın turizm potensialı haqqında reklam çarxları nümayiş etdiriləcək
“Euronews”, CNN, “National Geographic”, BBC və CNBC kanallarında Azərbaycanın turizm potensialı haqqında videorolik və reklam çarxlarının nümayişi başlanacaq.
Oxumaq
08.04.10  
 
Ceki Çan 55 yaşında
Kunq-fu döyüş filmlərinin ən məşhur qəhrəmanlarından sayılan Ceki Çan 1954-cü ildə Honqkonqda kasıb ailədə anadan olub.
Aktyor özünün ilk ciddi rolunu 1975-ci ildə “Quanqdonqun kiçik pələngi”, eləcə də əfsanəvi Con Vunun “Ölümün əli” filmlərində alır. Brüs Linin gözlənilməz ölümündən sonra çoxları Ceki Çanı onun davamçısı adlandırmağa başlayırlar.
Oxumaq
08.04.10  
 
Cəfər Cabbarlının naməlum romanı tapılıb
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq Cəfər Cabbarlının indiyədək heç yerdə adı açıqlanmayan romanı üzə çıxıb.
Bu barədə Lent.az-a dramaturqun nəvəsi, Cəfər Cabbarlının ev muzeyinin baş elmi işçisi Qəmər Seyfəddinqızı məlumat verib.
Onun sözlərinə görə, “Kazım bəy” adlanan bu romanı Cabbarlı 13 yaşı olanda yazmağa başlayıb. Lakin tamamlamayıb. Ərəb əlifbası ilə yazılan romanın əlyazması Teatr Muzeyində saxlanılır. Dramaturqun ilk və son romanı olduğu güman edilən bu əsər üzərində hazırda elmi araşdırma aparılır.
Oxumaq
08.04.10  
 
Uitni Hyuston xəstəxanaya düşdü
Amerikalı müğənni Uitni Hyuston “səbəbi bilinməyən xroniki rinofaringitom və infeksiya” diaqnozu ilə Parisdə xəstəxanaya yerləşdirilib. “France Presse” agentliyi məlumat verir ki, Avropa turuna çıxmalı olan müğənni xəstəlik səbəbindən növbəti iki konsertini təxirə salıb.
Uitni Hyuston 1990-cı illərdə “Cangüdən” filmində iştirakından sonra məşhurlaşıb. Sonuncu dəfə 2009-cu ildə müğənni tənqidçilər tərəfindən yüksək qiymətləndirilən “I Look to You” adlı albomunu çıxarıb.
Oxumaq
08.04.10  
 
Səhifələr : # « 1 2 3
ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev Çikaqoda bir sıra rəsmi görüşlər keçirib
  • Əli Həsənov: “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”
  • “5 mətbu orqan Azərbaycan əleyhinə təbliğat aparır”
  • Əli Həsənov: “Azərbaycana gələn qonaqların təhlükəsizliyinə təminat vermişik”
  • Azərbaycan və Fransa arasında əməkdaşlıq üzrə protokol imzalanıb
  • Azərbaycanlı deputat Fransada sosial problemlərin müzakirəsinə qatılacaq
  • Azərbaycanlı deputatlar Ermənistana getdilər
  • Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən monoqrafiya çap olunub
  • “Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar”
  • PA rəsmisi: “İran tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq”
  • İranda saxlanılan gənc şairlərin məsələsi gündəlik diqqətdədir
  • “Təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir”
  • “NATO Cənubi Qafqazdakı münaqişələrə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”

  •