|
Bloq: jurnalistika, yoxsa imitasiya?
|
|
Dünyaya inteqrasiya həyatımızın bütün sferalarına təsirsiz ötüşmür. Mənfi və ya müsbət çalarlarından asılı olmayaraq, bu, qarşısıalınmaz və başadüşülən prosesdir. Azərbaycan cəmiyyətinin müasir dünyanın çağırışlarına cavab verəcək qədər dinamik olduğunu göstərmək üçün çoxlu sayda nümunə sadalamaq mümkündür. Ölkəmizdə internetin genişlənən imkanları, şəbəkə texnologiyalarının tətbiqi sahəsində MDB-də lider mövqeyimiz, son dövrlər mobil rabitənin ağlagəlməz şəkildə yayılması, elm müəssisələrində nanotexnologiyaların tətbiqi problemlərinin öyrənilməsinə başlanılması və s. Bütün bunlar Azərbaycan cəmiyyətinin dünyanın yeni dəyərlərini mənimsəməkdə maraqlı olduğunu və bu prosesə öz töhfəsini verəcəyinin göstəriciləridir.
|
Oxumaq
07.04.10
|
| |
|
|
|
|
|
|
|
|
|
|
“Heç kəs birdən-birə məktəb yaratmayıb”
|
Rüfət Həsənov: “Əcnəbilərə eşitmədiklərini təqdim etmək lazımdır”
Keçən ay İstanbulda «Uluslararası Novruz festivalı» keçirilib. İran, İraq, Türkiyə və Azərbaycan musiqiçilərinin qatıldığı festivalı keçirməkdə məqsəd ölkəni təmsil etmək və Novruzun xalqları birləşdirən bir bayram olduğunu göstərmək olub. Ölkəmizi festivalda təmsil edən İmamyar və Rüfət Həsənov qardaşlarının çıxışı böyük maraqla qarşılanıb. Bu günlərdə səfərdən qayıdan Rüfət Həsənov redaksiyamızda qonaq olaraq təəssüratlarını bölüşüb:
|
Oxumaq
06.04.10
|
| |
|
|
Mingəçevirdə bədbəxt hadisə
|
|
Mingəçevir şəhərində bədbəxt hadisə baş verib. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Qubadlı rayon sakini Ramil Məmmədov "KamAZ" markalı avtomaşına hava vurarkən təkər topdan çıxaraq başına dəyib. Nəticədə, R.Məmmədov hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırmalar aparılır.
|
Oxumaq
06.04.10
|
| |
|
|
Yol qəzalarının sayı artır
|
Daha 4 nəfər bəlanın qurbanı olub
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir neçə yol-nəqliyyat hadisəsi baş verib. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ərazisində, qəsəbə sakini Tərlan Fərzəliyev 264 nömrəli xətt üzrə "Mercedes" markalı avtobusu idarə edərkən, Şərur rayon sakini Məhərrəm Bayramovu vurub. Nəticədə ağır xəsarət alan M.Bayramov xəstəxanaya çatdırılıb.
|
Oxumaq
06.04.10
|
| |
|
|
Narkotik satışı ilə məşğul olan qadın saxlanılıb
|
Narkotik ona erməni əsilli Aynurə Şaumyan qızı satıb
Sumqayıt şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan qadın saxlanılıb. Sumqayıt şəhər Polis Şöbəsindən verilən məlumata görə, saxlanılan Ucar rayon sakini, 1985-ci il təvəllüdlü Yeganə Həsənovadır. Saxlanılarkən onun üzərindən 0.37 qram heroin aşkar edilərək götürülüb. Saxlanılan Y.Həsənovanın ətrafında aparılan araşdırmalar zamanı ona narkotik vasitəni satanın, erməni əsilli Sumqayıt şəhər sakini, 1978-ci il təvəllüdlü Aynurə Şaumyan qızı Abdullayeva olduğu müəyyən edilib. Adıçəkilən şəxsin evinə baxış keçirən əməliyyatçılar oradan 34 bükümdə, satış məqsədi ilə hazırlanan, ümumi çəkisi 2,594 qram heroin, 0.141 qram çəkidə marixuana və 1 ədəd elektron tərəzi aşkar edərək götürüblər. Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin istintaq şöbəsi tərəfindən cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
|
Oxumaq
06.04.10
|
| |
|
|
Gəncə sakini odlu silahdan açılan atəşlə qətlə yetirilib
|
Hadisə "Binə" Ticarət Mərkəzində törədilib
Gəncə sakini odlu silahdan açılan atəşlə qətlə yetirilib. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, hadisə Qaradağ rayonu ərazisində baş verib. Belə ki, rayon ərazisindəki "Binə" Ticarət Mərkəzində, naməlum şəxs tapançadan atəş açaraq, oradakı dükanlardan birində satıcı işləyən, Gəncə şəhər sakini Eldəniz Nəsirovu qətlə yetirib. Qətli törətməkdə şübhəli bilinən Yevlax şəhər sakini Vasif Rəsulzadə 6-cı mikrorayonun ərazisində, DİN Çevik Polis Alayı əməkdaşları tərəfindən saxlanılıb. O, sonrakı araşdırmaların aparılması üçün Binəqədi RPİ-nin 7-ci PB-nə təhvil verilib. V.Rəsulzadədən 1 ədəd "Makarov" tapançası və 4 ədəd güllə götürülüb.
|
Oxumaq
06.04.10
|
| |
|
|
|