|
|
|
|
|
|
|
Zakir Qaralov yenidən baş prokuror seçildi
|
|
O, prokurorluğun bundan sonra da dövlətçilik maraqlarının müdafiəsində qalacağını, insan hüquqlarının etibarlı qorunması və cinayətkarlığa qarşı mübarizədə daha ciddi mövqe tutacağını bildirdi
|
Oxumaq
28.04.10
|
| |
|
|
|
|
İran islama zidd addımlar atır
|
Müxalifət lideri hökuməti opponentləri təqib etməkdə ittiham edib
İranın müxalifət lideri Mir Hüseyn Musəvi İran hökumətini islam adı altında opponentləri təqib etməkdə ittiham edib. Öz veb səhifəsində açıqladığı bəyanatda Musəvi islamda insanları döymək, həbs etmək, ya da həbsxanalara salmağın olmadığını deyib. O, eləcə də İrandakı mühafizəkarların müxalifətin xarici qüvvələrlə əlbir olduğu haqda ittihamlarını rədd edərək, belə fikirlərin ölkənin mənafeyinə xidmət etmədiyini bildirib. Ümumiyyətlə, prezident seçkilərindən sonra yaşanan gərginlik səngimək bilmir. İranda artıq yeni hərəkat- Yaşıl Hərəkat yaranıb.
|
Oxumaq
28.04.10
|
| |
|
|
Putin 2012-ci ildə qayıdacaq
|
Kasyanovda instinktiv inam var
Rusiyanın keçmiş baş naziri və bir vaxtlar hazırkı baş nazir Vladimir Putinin siyasi müttəfiqi olmuş Mixail Kasyanov bəyan edib ki, Putin 2012-ci ildə Rusiya prezidenti vəzifəsinə qayıtmağa hazırlaşır. Artıq Putinin qatı tənqidçisinə çevrilmiş Kasyanov Londona səfəri zamanı BBC-ə verdiyi müsahibəsində Amerika və Britaniyanı Rusiyada insan haqlarının pozulması hallarına göz yummamağa çalışıb. BBC-nin hazırladığı reportaj belə başlayır: «Bir vaxtlar o qədər də tanınmayan Vladimir Putin Rusiyanın ən nüfuzlu adamına çevriləndə Mixail Kasyanov onun yanında idi.
|
Oxumaq
28.04.10
|
| |
|
|
Medvedyev əlini İrandan cəkir
|
“Bu cür vəziyyət gələcəkdə də davam etsə, biz heç nəyi, o cümlədən sanksiyaları istisna etmirik”
Rusiya prezidenti Dmitri Medvedyev İranın dünya ictimaiyyətinin nüvə proqramı ətrafındakı narahatlıqları ilə bağlı davranışını məsuliyyətsiz hesab edir. O, istisna etmir ki, rəsmi Tehran anlayış göstərməsə, sanksiyaların tətbiqi mümkündür. Rusiyanın dövlət başçısı Danimarkaya səfəri ərəfəsində Danimarka Radio Verilişləri Korporasiyasına ("DR") müsahibə verib. O bildirib ki, İranın nüvə proqramı ilə bağlı problem çoxdandır müzakirə olunur: “Əgər İran lazımi anlayışı göstərmirsə, özünü məsuliyyətsiz aparır. Əlbəttə, bu, acınacaqlıdır. Əgər bu cür vəziyyət gələcəkdə də davam etsə, biz heç nəyi, o cümlədən sanksiyaları istisna etmirik. Sanksiyalar pis zarafatdır. Çünki onlar nadir hallarda nəticə verir”. Bununla belə, Rusiya prezidenti hesab edir ki, bütün imkanlar tükənəndə, dünya ictimaiyyətinin başqa yolu qalmır.
|
Oxumaq
28.04.10
|
| |
|
|
"Access Bank" Azərbaycan milli komandalarının sponsoru oldu
|
AFFA ilə Access Bank arasında imzalanan əməkdaşlıq və sponsorluq müqaviləsinin müddəaları məlum olub. Apasport.az saytının məlumatına görə, "Access Bank" 2 mövsüm, yəni 4 il ərzində bütün milli komandaların sponsoru kimi çıxış edəcək. Bu müddətdə yığmaların formalarının üzərində "Azercell" və SOCAR şirkətləri ilə yanaşı, bankın da loqosu yerləşdiriləcək. Anlaşmaya əsasən, millinin bütün ev oyunlarında "Access Bank"ın əmtəə nişanı qoyulacaq. Tərəflər arasında müqaviləyə əsasən, "Access Bank" Azərbaycanda futbolun inkişaf etdirilməsinə, kütləviliyinin artırılmasına da dəstək olacaq, uşaq-gənclər, qadın futbolunun da inkişafı üçün AFFA-ya kömək edəcək.
|
Oxumaq
28.04.10
|
| |
|
|
"İnter"-"Xəzər-Lənkəran" finalına doğru
|
Aprelin 27-də Azərbaycan kuboku uğrunda ilk yarımfinal oyunları keçiriib. İştirakçılardan Unibank Premyer Liqasının ilk "altılığ"ında yer almayan "Olimpik-Şüvəlan" lider "Xəzər-Lənkəran"ı qəbul edib. Digər oyunda çempion "Bakı" "İnter"i məğlub edib.
|
Oxumaq
28.04.10
|
| |
|
|
Cüdo yığmamız Avropa Kubokunda 1 qızıl və 4 bürünc medal qazandı
|
|
Cüdo üzrə Çexiyanın Tepltse şəhərində keçirilən Avropa Kuboku başa çatıb. Apasport.az saytının məlumatına görə, 27 ölkənin qatıldığı yarışda Azərbaycan komandası 7-ci yeri tutub. 19 cüdoçumuzun qüvvəsini sınadığı yarışda yığmamız 1 qızıl və 4 bürünc medal qazanıb. Belə ki, bütün rəqiblərinə qalib gələn Afiq Səfərli (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Mehman Sadıqov (50 kq), İsgəndər Talışinski (55 kq), Cəlil Cəlilov (66 kq) və Adəm Ələsgərli (+ 90 kq) üçüncü yerlə kifayətləniblər.
|
Oxumaq
28.04.10
|
| |
|
|
|
|
|