Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Apr.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
2627282930  
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 27.4.2010
Səhifələr : # « 1 2 3
Deputatlar və jurnalistlər qan verməyə çağırıldı
Modern.az saytı xəbər verir ki, Parlament Jurnalistləri Birliyinin (PJB) təşəbbüsü və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin dəstəyi ilə mayın 8-i saat 10.00-da Şuşanın işğalının 18-ci ildönumu günündə Elmi Texniki Hemotologiya və Qanköçürmə İnstitutunda qanvermə aksiyası keçiriləcək.    
Bu barədə PJB sədri Elşad Eyvazlı məlumat verib. Onun sözlərinə görə, aksiyada iştirak etmək üçün millət vəkillərinə və bütövlükdə ölkə mediasına müraciət ediblər:
Oxumaq
27.04.10  
 
Dələduzluq edən şəxsin məhkəməsi başa çatıb
Fədail Gəncəliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Aprelin 26-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Kəramət Əliyevin sədrliyi ilə dələduzluq etməkdə təqsirli bilinən şəxsin məhkəməsi başa çatıb. Məhkəmə qarşısında Fədail Gəncəliyev cavab verib.
İttihama görə,  F.Gəncəliyev vətəndaşların külli miqdarda vəsaitini mənimsəyib. Belə ki, o,  2006-cı ilin iyununda Bakı şəhəri sakini Zərifə Mayılovanı aldadaraq, Yasamal rayonunda yerləşən 21 saylı “Körpələr evi, Uşaq bağçası”nı özəlləşdirəcəyi adı ilə ondan 30 min ABŞ dolları alıb. Binəqədi rayonunda yerləşən “Oksigen zavodu”nun inzibati ərazisini özəlləşdirəcəyi adı ilə isə 50 min ABŞ dolları alıb.
Oxumaq
27.04.10  
 
Cenifer Lopez Merilin Monroya çevrilib
Hollivud ulduzu Cenifer Lopez bir neçə dəqiqəliyə Merilin Monroya «çevrilib».Bu, aktrisanın «Lopez Tonight» şousunda baş verib. Lopez əfsanəvi aktrisaya dostu Corc Lopesi ad günü münasibətilə təbrik etmək üçün «çevrilib».
Corc məclisdən getməyə hazırlaşan zaman Cenifer ondan bir qəldər də oturmasını istəyib və dostuna sürprizi olduğunu bildirib. «Neynəmək olar …qadınlar daim mənə göstəriş verir», - deyə zarafatından qalmayan Corc həqiqətən də əsl sürprizlə qarşılaşıb.
Ağ-qara rənglərdə səhnəyə çıxan Cey Lo hər kəsə Merilin Monronu xatırladıb.
Oxumaq
27.04.10  
 
Pulsuz kompyuter kursları
Müharibədən zərər çəkən ailələrdən olan uşaqlar üçün pulsuz  kompyuter kursları təşkil edilib

Regional İnsan Hüquqları və Media Mərkəzi müharibədən zərər çəkən ailələrdən olan uşaqlar üçün pulsuz kompyuter kursları təşkil edib. Təşkilatın Türk İşbirliyi və Kalkınma İdarəsi Başkanlığının (TİKA) Bakı Proqram Koordinatorluğunun dəstəyi ilə həyata keçirilən layihə bir il davam edəcək. Layihə çərçivəsində qaçqın, məcburi köçkün, şəhid, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin ailələrindən olan uşaqlara kompyuter bilikləri veriləcək. Kompuyuter kursları ilkin olaraq Bərdə rayonunda təşkil təşkil olunub. Kurslar həftədə 3 dəfə olmaqla iki qrupda aparılacaq. Hər bir qrupa 10 nəfər cəlb ediləcək.
Oxumaq
27.04.10  
 
Türkmənistanda sirkə icazə verildi
Türkmənistanda 9 il əvvəl sabiq prezident Safarmurad Niyazov tərəfindən bağlanılan sirk yenidən fəaliyyətə başlayıb.

“Reutres”in məlumata görə, prezident Qurbanqulu Berdıməhəmmədov şəxsən sirkin açılışında iştirak edib.
Aşqabadda sirkin yeni açılışı isə anşlaqla keçib. Qurbanqulu Berdıməhəmmədov uşaqların əhatəsində səhnəni izləyib Türkmənistan, Keniya, Avstriya, Qazaxıstan, Polşa, Rusiya, Çin və İran sirk ustaları öz məharətlərini göstəriblər.
Oxumaq
27.04.10  
 
Zərifə xanım Əliyeva səhiyyə tariximizdə müstəsna yeri olan korifey idi
Azərbaycan Dövlət Tibb Universitetinin I Uşaq Xəstəlikləri Kafedrasının müdiri, akademik Adilə Namazovanın Yenni Azərbaycan Partiyasının saytına müsahibəsini təqdim edirik
Oxumaq
27.04.10  
 
Avropa Məhkəməsinin Fətullayevlə bağlı qərarı məhkəmənin presedent hüququna ziddir
Azərbaycan Ali Məhkəməsinin hakimi Avropa Məhkəməsinin Eynulla Fətullayevlə bağlı qərarını Konvensiyaya və bu məhkəmənin presedent hüququna zidd hesab edir
Oxumaq
27.04.10  
 
Səhifələr : # « 1 2 3
ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev Çikaqoda bir sıra rəsmi görüşlər keçirib
  • Əli Həsənov: “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”
  • “5 mətbu orqan Azərbaycan əleyhinə təbliğat aparır”
  • Əli Həsənov: “Azərbaycana gələn qonaqların təhlükəsizliyinə təminat vermişik”
  • Azərbaycan və Fransa arasında əməkdaşlıq üzrə protokol imzalanıb
  • Azərbaycanlı deputat Fransada sosial problemlərin müzakirəsinə qatılacaq
  • Azərbaycanlı deputatlar Ermənistana getdilər
  • Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən monoqrafiya çap olunub
  • “Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar”
  • PA rəsmisi: “İran tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq”
  • İranda saxlanılan gənc şairlərin məsələsi gündəlik diqqətdədir
  • “Təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir”
  • “NATO Cənubi Qafqazdakı münaqişələrə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”

  •